PA rəhbəri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvlərini iclasa çağırdı - Nələr müzakirə olunub? (FOTOLAR)
17-06-2023 [16:07]
Bu gün Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, Komissiyanın sədri Samir Nuriyev iclası giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər haqqında ətraflı çıxış edib, həmçinin ötən dövrdə Komissiyanın fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının sürətli inkişaf dinamikası fonunda ölkəmizdə korrupsiyaya qarşı effektiv mübarizəni təmin edən və müasir dövrün tələblərinə cavab verən səmərəli mexanizmlər sistemi formalaşıb. Qanunvericilikdə aparılmış dəyişikliklər və həyata keçirilən mütərəqqi institusional islahatlar bu sahədə ixtisaslaşmış nüfuzlu təşkilatlar olan Avropa Şurasına üzv dövlətlərin Korrupsiyaya qarşı Dövlət Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi tərəfindən yüksək qiymətləndirilib.
Komissiya üzvləri ölkəmizdə şəffaflıq və dürüstlüyün daha da gücləndirilməsi istiqamətində görülən işlər fonunda qeyd edilən təşkilatların tövsiyələrinin bu inkişaf prosesinə müsbət təsir göstərəcəyini vurğulayıblar.
Ölkəmizin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadənin yolverilməzliyini qeyd edən iclas iştirakçıları dövlət əmlakının mənimsənilməsi və dövlətin iqtisadi təhlükəsizliyi əleyhinə digər hüquqpozmalarla mübarizə tədbirlərini, habelə bu sahədə aidiyyəti qurumların rolu və onların üzərinə düşən vəzifələri müzakirə ediblər.
İclasda, həmçinin bəzi özəl müəssisələrin fəaliyyətində, xüsusilə mənzil-tikinti kooperativlərində yol verilən korrupsiya hallarının qarşısının alınması və vətəndaşların hüquqlarının qorunması istiqamətində görülmüş işlər barədə məruzələr dinlənilib.
Yekunda Komissiyanın növbəti dövr üçün iş planı təsdiq edilib.
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"