Şirvan şəhərində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram tədbiri keçirilib - FOTOLAR
01-06-2023 [20:11]
Bu gün “Heydər Əliyev İli” çərçivəsində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsi önündə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda bayram tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, şəhid və qazi övladları, onların ailə üzvləri iştirak edib. Öncə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid və qazi uşaqları və müsabiqələrdə nailiyyət əldə etmiş şagirdlərlə birlikdə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir iştirakçıları şəhərin ümumtəhsil məktəb şagirdlərinin Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr etdikləri əl işlərindən və vətənpərvərlik mövzusunda rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Şəhər İcra Hakimiyyətinin başçısı sərgidə iştirak edən həvəskar rəssamlarla görüşüb, onları təbrik edib, yaradıcılıq uğurları arzulayıb.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, bayram şənliyinə toplaşan çoxsaylı uşaqları “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təbrik edib, onlara cansağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara olan xüsusi diqqət və qayğısından söz açaraq, ölkəmizdə uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyini diqqətə çatdırıb. Dövlət başçısının müvafiq sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan edilməsinin uşaqlara sonsuz qayğısının bariz nümunəsi olduğunu bildirib.
Tədbirdə şəhərin ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin şagird və uşaqlarının hazırladığı mahnı, rəqs və idman nömrələri nümayiş olunub. Daha sonra tədbir uşaqlar üçün əyləncəli-musiqili proqram ilə davam edib.
Ləman
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb