Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu - FOTOLAR
01-06-2023 [14:44]
Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə, 31 may 2023-cü ildə Gənc Tamaşaçılar Teatrında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Mia.az xəbər evrir ki, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto-sərgi tədbir iştirakçıları – səhiyyə və tibb işçiləri, ictimaiyyət nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev açılış nitqi ilə çıxış edərək bildirdi ki, akademik Zərifə xanım Əliyevanın zəngin fəaliyyəti, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələridir: “Zərifə xanım insanları traxoma adlı dəhşətli xəstəlikdən xilas etmək üçün ölkəmizdə göz xəstəliklərinin geniş yayıldığı rayonlara gedib, əhali arasında tibbi maarifləndirmə aparıb, bölgələrdə oftalmoloqlarla görüşüb, uğurlu müalicə metodları, profilaktika tədbirləri barədə çıxışlar edib və onun bu əzmkar mübarizəsi uğurla nəticələnib”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycanın görkəmli alimi Zərifə Əliyevanın elmdə yeni istiqamətlərdə apardığı tədqiqatlardan söz açdı, peşə oftalmologiyasının əsasını qoyduğunu və bu sahədə qiymətli araşdırmalar apardığını nəzərə çatdırdı.
Çıxışlarda vurğulandı ki, görkəmli alim, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanı xalqımız sadə və mehriban, savadlı göz həkimi kimi sevirdi. Təsadüfi deyil ki, ötən əsrdə nümayiş olunan “Göz həkimi” televiziya tamaşası, gözlərə işıq, insanlara həyat bəxş edən oftalmoloqların əzmkar fəaliyyəti izləyicilər tərəfindən böyük sevgiylə qarşılandı.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşəbbüsü ilə, İslam Səfərlinin eyniadlı pyesi Zərifə xanımın xatirəsinə böyük ehtiramla yenidən tamaşaya qoyuldu, uzun illərdən sonra böyük səhnəyə qayıtdı.
Akademik, oftalmoloq Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə hazırlanan və yeni quruluşda ilk dəfə nümayiş olunan tamaşanın rejissoru Gülnar Hacıyeva, əsas rolların ifaçıları Gənc Tamaşaçılar Teatrının aktyorları – Əməkdar artistlər: Elnur Bəhramxan, Şəfəq Əliyeva, İlham Əsədov, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Zülfiyyə Alhüseynova, Elşən Şıxəliyev, Mehriban Hüseynova, Ramil Məmmədov, Zümrüd Quliyeva, Ədalət Əbdülsəməd idi.
Azərbaycan səhiyyə və tibb işçilərinin fədakarlığından bəhs edən tamaşa alqışlarla qarşılandı, iradəli, əzmkar, çətin əməliyyatların öhdəsindən uğurla gələn, xalqımızın sadə və mehriban göz həkimi Zərifə xanım Əliyevanın nurlu siması bir daha göz önündə canlandı.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb