RUS SAVAŞ GƏMİSİNƏ HÜCUM OLDU: Türkiyəyə qaz ötürən hər iki strateji kəmərinə təhlükə yarandı - Hücumun VİDEOSU
24-05-2023 [19:58]
Qara dənizdə Rusiyanın “Türk axını” və “Mavi axını” kəmərlərini qoruyan döyüş gəmisinə hücum edilib.
Mia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xüsusi açıqlama yayıb.
Nazirliyin məlumatına əsasən, hücum Bosfor boğazından 140 kilometr şimal-şərqdə Ukraynaya məxsus pilotsuz dəniz gəmiləri vasitəsi ilə həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Qara dənizdə irəliləyən və “Türk axını” ilə “Mavi axını”nı qoruyan Rusiya donanmasına məxsus “İvan Hurs” hərbi gəmisinə hücum edən Ukrayna donanmasına aid 3 pilotsuz dəniz karteri məhv edilib: "Hadisə zamanı insan itkisi olmayıb. Hücum uğursuzluqla başa çatıb, düşmənin bütün katerləri məhv edilib. Ekipaj hücumu dəf edərək təhlükəsizliyi təmin edib".
Xatırladaq ki, “Türk axını” dəniz boru kəməri Rusiyanın Anapa sahilindən başlayaraq Qara dənizin dibi ilə 930 kilometr uzanaraq Trakiyanın Kırklareli bölgəsinin Kıyıköy rayonunda bitir.
2016-cı il oktyabrın 10-da Türkiyə ilə Rusiya arasında “Türk axını” qaz kəməri layihəsi ilə bağlı müqavilə imzalanıb.
Energetika və Təbii Sərvətlər Nazirliyinin saytında yer alan məlumata görə, layihə Rusiyadan başlayaraq Qara dəniz vasitəsilə Qara dənizdəki qəbul terminalına qədər hər birinin illik gücü 15,75 milyard kubmetr olan iki xəttdən ibarətdir. Türkiyənin dəniz sahili, daha sonra Türkiyə ərazisindən keçərək Bolqarıstan və Yunanıstan sərhədlərinə qədər qaz kəməri sistemidir.
Layihə Rusiyadan Türkiyəyə təbii qaz tədarükü ilə yanaşı, Rusiya qazının Türkiyə ərazisi ilə Avropaya nəqlini də nəzərdə tutur.
“Mavi axın” kəməri isə Rusiyadan Türkiyəyə təbii qaz nəql etmək üçün Qara dənizdən keçən əsas boru kəməridir. Boru kəməri mərkəzi Hollandiyada olan Rusiyanın "Qazprom" şirkəti və İtaliyanın ENI şirkəti ilə birgə qurulan Blue Stream Pipeline B.V. tərəfindən çəkilib.
Kəmərin Rusiya ərazisindəki hissəsinin istismarını "Qazprom", Türkiyə ərazisindəki hissəsini isə Türkiyənin BOTAŞ enerji şirkəti idarə edir.
F.ƏHMƏD
MİA.AZ
Qəbul imtahanlarının II mərhələsi üçün qeydiyyat başlayıb
Pirallahıda oğurluq: 3 nəfər tutuldu
Vilayət Eyvazov deputatın oğlunu rəis təyin etdi - FOTO
"Fənərbağça"nın qəzəbli tərəfdarları rəhbərliyi soğan və yumurta "atəş"inə tutublar
Rusiyanın itkiləri artır - MN açıqladı
Məşhur müğənnidən 5 dil bilən yeni nazirə mesaj: "Sizi yaxından izləyəcəyik" - FOTO
Ölü maral ətini yeyən çılpaq qadınlar... - Onlar kimdir? (FOTOLAR)
Messidən sonra daha bir dünya ulduzu PSJ-dən ayrıldı
"Kuruluş Osman"ın "Alçiçek Hatun"unun qohumları Ukraynada həlak olub
Rəsmi Bakı Ermənistan Təhlükəsizlik Şurasının katibinə cavab verdi: "Bu ölkənin hələ də tarixdən dərs çıxarmayıb"
CAVİD QURBANOVUN KADRLARI YOLA SALINIR - Rövşən Rüstəmov bu şəxsləri müavin təyin edəcək? (FOTO)
Mirça Luçesku Türkiyə komandasının başına keçəcək?
"MKE Ankaragücü" tarixi qələbə qazanıb
Ərdoğan Sinan Oğana vəzifə vermədi: nə baş verir? - Prezidentliyə sabiq namizəddən açıqlama
3 qol, bir qırmızı kart... - “Qalatasaray” “Fənərbağça”nı 9 ildən sonra evində devirdi
Pakistanın Baş naziri Ərdoğana nə hədiyyə edib? - "Onun yarısı qardaşımın, yarısı da baxımındır" (VİDEO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Qalatasaray” - “Fənərbaxça” derbisində dava düşüb
I ixtisas qrupu üzrə test tapşırıqları: imtahanın düzgün cavablarını buradan öyrənə bilərsiniz!
Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı
Ceyhun Bayramov Hakan Fidanı ölkəmizə səfər dəvət edib
Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib - 5 nəfər imtahanı buraxılmayıb(YENILƏNIB)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov Güləri təbrik etdi: "...atılan addımlara böyük töhfələr verəcəksiniz"
Zakir Həsənov Hulusi Akara məktub göndərdi: "Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsinə böyük töhfə vermisiniz"
Saatlıda qətl: 18 yaşlı gənc 45 yaşlı kişini evində öldürdü
Professor Mədəd Çobanov vəfat edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Akar, Soylu, Çavuşoğlu, Soylu getdi, Hakan Fidan, Yaşar Gülər gəldi - Ərdoğanın yeni komandası bəlli oldu (TAM SİYAHI / FOTOLAR) - Yenilənib
Bəylər Əyyubovla bir sırada əyləşən Paşinyan Əliyevlə Ərdoğanın səmimi görüşünü alqışladı - FOTOLAR
Azərbaycan Kuboku: “Qəbələ” tarixi qələbə qazandı
Ərdoğan and içdi, səlahiyyətinin icrasına başladı: Prezident Əliyev və birinci xanım mərasimdə - VİDEO / FOTOLAR (Yenilənib)
Şəmkirdə dəhşətli hadisə: qızını bıçaqlayan ata özünü öldürdü
Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşları artırılıb
Prezident İlham Əliyev daha bir sazişi təsdiqlədi
Türkiyə Kosovaya hərbçilər göndərir