43 yaşlı ər arvadını niyə öldürüb? - "Məni ərinə xalası oğlu kimi təqdim etdi, dedi ki..."
17-05-2023 [11:50]
021-ci il iyulun 8-də Xəzər rayonu Binə qəsəbəsi Sovxoz adlanan ərazidə 1980-ci il təvəllüdlü Yadigar Cəfərov qeyri-rəsmi münasibətdə olan arvadı Elnarə Musayevanı öldürərək intihara cəhd etməsi barədə polisə məlumat daxil olub.
Mia.az xəbər verir ki, hadisə yerinə baxışı zamanı evdən 1986-cı il təvəllüdlü E. Musayevanın meyiti tapılıb.
İntihara cəhd edən Beyləqan rayon sakini Yadigar Cəfərovun sinə nahiyəsindən cərrahiyyə əməliyyatı zamanı qatlanan bıçaq çıxarılıb və tibbi yardım nəticəsində həyatı xilas edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Mia.az-ın məlumatına görə, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, iyulun 8-i saat 16 radələrində Yadigar Cəfərov özünə məxsus evdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Elnarə Musayeva ilə qısqanclıq zəmnində mübahisə edib. Sonra məişət təyinatlı mətbəx bıçağı ilə ümumilikdə 14 dəfə zərbə vuraraq zərərçəkmişi qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Yadigar Cəfərov bildirib ki, 2007-ci ildə Elnarə Musayeva ilə qeyri-rəsmi ailə həyatı qurub. Yaşadıqları dövrdə 2 övladları dünyaya gəlib: “2011-ci ildə Beyləqan rayonundan Bakıya gələrək, Binə Südçülük Sovxozunda torpaq sahəsi alaraq 2 otaqlı ev tikdim. Təxminən 2015-ci ildən Elnarə mənə heç nə demədən tez-tez evi tərk edirdi. Son zamanlarda hətta uşaqları məndən icazəsiz götürüb aparırdı. 2021-ci il iyunun 2-də mübahisə zamanı yumruqla xəsarətlər yetirdiyim üçün arvadım 3-cü Polis Bölməsinə məlumat verdi. Xəzər rayon Polis İdarəsində CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə başlanılan cinayət işi rayon məhkəməsinə göndərildi. İyulun 7-də Elnarə ilə barışıq əldə olunduğuna görə cinayət məsuliyyətindən azad edildim. Həmin ərəfələrdə istifadə etdiyimiz elektrik enerjisinə görə borcum yarandığı üçün “Azərişıq" ASC-nin əməkdaşları evimin işıqlarını kəsdilər. Bununla əlaqədar baş vermiş dava vaxtı işçilər tərəfindən döyüldüm. Xəsarət almağımla bağlı başlayan işə də növbəti gün, yəni iyulun 8-də məhkəmədə baxıldı. Prosesdə “Azərişıq” əməkdaşları ilə barışdığım üçün işə xitam verildi. Həmin gün Elnarə artıq mənimlə yaşamaq istəmədiyini bildirdi. Evdən paltarlarını götürmək istədiyini deyən arvadımla birlikdə evə gəldik. Aramızda yaranmış münaqişə zamanı pəncərənin yanında olan bıçağı götürüb Elnarəyə xəsarətlər yetirməyə başladım. Neçə bıçaq zərbəsi vurmağım yadımda deyil. Elnarənin öldüyünə əmin olub, həyətə çıxdım və özümü öldürmək məqsədilə, cib bıçağı ilə ürəyimə zərbə endirdim. Bundan sonra heç nəyi xatırlamıram. Gözlərimi açanda xəstəxanada olduğumu bildim”.
Yadigar Cəfərov əlavə edib ki, Elnarə Musayevaya öldürmək məqsədi ilə xəsarətlər yetirib. Övladları başsız qaldığı üçün çox peşmandır.
Zərərçəkmiş şəxsin hüquqi varisi Arzu Musayeva ifadəsində göstərib ki, qızı Elnarə 2007-ci ildə Yadigar Cəfərova könüllü qoşulub qaçıb:
“Yadigar Elnarə ilə birgə yaşasa da, onunla nikahını rəsmiləşdirməyib ki, birdən qızım əmlakına sahib çıxar. Evliliklərinin ilk illərində mehriban yaşasalar da, sonralar müəyyən ailədaxili münaqişələr yarandı. Elnarə bir neçə dəfə Şirvan şəhərinə yanıma qayıtsa da, Yadigar gəlib, üzrxahlıq edərək arvadını geri apardı. Yoldaşı tərəfindən döyülən qızım polisə şikayət etmişdi. Qızım evliliyinin davam etməsinin mümkünsüzlüyünü görərək yaşadığı evi tərk etmiş və övladlarını “Ümid” sığınacaq evinə yerləşdirmişdi. Məhkəmə prosesi zamanı Elnarə şikayətini geri götürdü və uşaqlarının xətrinə ərini bağışladı.
Sonradan öyrəndim ki, məhkəmə iclasından sonra paltarlarını götürmək istəyərkən Yadigar Elnarəni bıçaq zərbələri ilə qətlə yetirib və özünə də xəsarət yetirib”.
Şahid Çıraq Cabbarov ifadəsində göstərib ki, Binə qəsəbəsində yaşayan Elnarə Musayeva ilə hadisədən 6 ay əvvəl tanış olub: “Onunla sevgili münasibətində idik. Tanış olanda qadının evli olduğunu bilməmişəm, münasibətimiz ciddiləşdikcə, Elnarə mənə qeyri-rəsmi evli və 2 övladının olduğunu dedi. Onu sevdiyimi hətta öz ailə üzvlərimə danışmışdım. 2021-ci ilin iyul ayında Elnarə mənə əri Yadigarın onu döyməsini və bununla bağlı məhkəmədə işə baxıldığını bildirdi. Məhkəməyə onunla birlikdə getməyimi xahiş etdi. İyulun 8-də məhkəmə binasında Elnarə əri Yadigara məni xalası oğlu kimi təqdim etdi.
Prosesdən sonra qadın mənə yaşadığı evdən şəxsi əşyalarını götürəcəyini dedi. Səhərisi gün eşitdim ki, əri Elnarəni qətlə yetirib”.
Şahid Elnur Cəfərov bildirib ki, iyulun 8-də məhkəmədən sonra qardaşı Yadigar və arvadı Elnarə ilə onların evinə gedib: “Küçədə gözləyəndə, həyətdən Yadigarın qışqırıq səsini eşitdim. Dərhal içəri keçəndə qardaşımı uzanıqlı vəziyyətdə həyətdə, qadını isə evdə, qana bulaşmış halda gördüm. Təcili Tibbi Yardıma və 102 xidmətinə zəng vurub məlumat verdim. Təcili yardım işçiləri gələnədək, çox qan itirməməsindən ötrü bıçağı Yadigarın sinəsindən çıxartmadım...".
Məhkəmə iclasında Yadigar Cəfərov ittiham üzrə özünü tam təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
Məhkəmə hesab edib ki, Yadigar Cəfərovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yadigar Cəfərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.
MİA.AZ
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ