Metin Kadıkla müsahibə: “Leyla xanımla məni bir araya gətirən məhz düzgün qidalanma mövzusu oldu....” - FOTO
10-05-2023 [16:52]
Bakıda, Xəzər dənizinin sahilində, mənzərəli dəniz qəsəbəsi olan “Sea Breeze Resort”un ərazisindəki “Nine Senses” incəsənət mərkəzində yerləşən “Vida Cafe” restoranında Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam və şair Leyla Əliyeva və baş aşpaz Metin Kadıkın “Şirin, amma şəkərsiz” adlı birgə kitabının təqdimatı olub.
Mia.az xəbər verir ki, kitab kağız və elektron versiyada olmaqla dörd dildə - Azərbaycan, rus, ingilis və türk dillərində nəşr olunub.
Bütün insanların, o cümlədən özlərinin sağlamlığının qayğısına qalan müəlliflər sağlam inqrediyentlərə əsaslanan və təbii dadlandırıcıların istifadə olunduğu reseptlər təklif edirlər. Elə reseptlər ki, çox vaxt yalnız peşəkar kulinariya mütəxəssislərinə məlumdur.
Media.az Türkiyə, Dubay və Banqkokdakı restoranların mətbəxlərinə rəhbərlik edən, tanınmış aşpaz Metin Kadıkdan müsahibə alıb. Hazırda o, Azərbaycanda yaşayır və işləyir, “Vida Cafe Baku” restoranında baş aşpaz kimi fəaliyyət göstərir.
- Metin bəy, nə qədər müddətdir Bakıda çalışırsınız?
- Son iki ildir. Bütün bu müddət ərzində mən sağlam yeməklərin hazırlanması üzrə ixtisaslaşıram. Çox zəngin milli mətbəxin olduğu Azərbaycanda buna nail olmaq asan deyil. Lakin mövsümi meyvə və tərəvəzlərin böyük çeşidi sayəsində biz bununla bağlı nəticə əldə edə bilirik. Ona görə də hazırladığım yeməklərdə məhz mövsümi məhsullardan istifadə etməyə, mümkün qədər emal olunmuş qidalardan uzaq durmağa çalışıram.
- Leyla Əliyeva ilə tanışlığınız necə olub?
- Leyla xanımla məni bir araya gətirən məhz düzgün qidalanma mövzusu oldu. Sağlam və balanslaşdırılmış qidalanma onunla daim müzakirə etdiyimiz mövzulardır. Sağlam qidalanmağa həsr olunmuş kitab ərsəyə gətirmək ideyası da belə yarandı.
Biz istədik ki, hər kəs üçün əlçatan olan reseptləri paylaşaq, həmçinin yeməklərin hazırlanması üçün istifadə olunan inqrediyentləri tapmaq asan olsun və hər kəs onları öz evində bişirə bilsin.
Mən bu restoranın baş aşpazı kimi hər bir yeməyə xüsusi qayğı və diqqətlə yanaşmağa, boşqabda sənət əsəri yaratmağa çalışıram.
- Leyla xanımın ən çox sevdiyi yeməklər barədə danışa bilərsinizmi?
- Leyla xanım sağlam və balanslaşdırılmış qidalanmaya böyük diqqət yetirir. Onun sevdiyi yeməklərdən danışsaq, bunlar mövsümi meyvə-tərəvəzlər əsasında hazırlanan yeməklərdir.
- Bəs şirniyyat necə?
- Leyla xanım da hamı kimi, şirniyyatı çox sevir, lakin şəkərsiz desertlərə üstünlük verir. Onun ən çox sevdiyi şirniyyata gəlincə, bu, yəqin ki, veqanlar üçün brauni və avokado tartaletləridir.
- Bəs öz sevimli yeməkləriniz barədə nə deyə bilərsiniz? Milli mətbəximizdən nələrə üstünlük verirsiniz?
- Mən düşbərəni, turşuları və müxtəlif plov növlərini sevirəm. Həmçinin Türkiyədə vərdiş etdiyim yeməklərin bir az fərqli də olsa, Azərbaycanda hazırlandığını görmək mənə çox xoşdur.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb