"ULDUZ" jurnalının Heydər Əliyevə həsr olunmuş xüsusi nömrəsi işıq üzü gördü
04-05-2023 [21:23]
Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm.
Heydər Əliyev
***
"Ulduz" jurnalının aprel sayı işıq üzü görüb.
Mia.az xəbər verir ki, "Ulduz" jurnalı, "Ədəbiyyat qəzeti" və "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin ortaq layihəsi çərçivəsində dərc olunmuş dərginin özəl sayı Ümummil lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Dərgidə ilk olaraq yer alan Xalq yazıçısı Anarın " Qalib gəldi, qalib getdi" sərlövhəli məqaləsi müəllifin Ulu öndərlə bağlı düşüncələrini, xatirələrini və unudulmaz ədəbi görüşləri ehtiva edən mülahizələrini əhatə edir.
Xalq yazıçısı Elçinin "Dünya axirət əkini", filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının "Ədəbiyyata həyatdan gələn qəhrəman", eləcə də professor Mahirə Nağıqızının "Ulu öndər Heydər Əliyev və natiqlik sənəti" yazılarında Heydər Əliyev şəxsiyyətinin ali məqamlarına nəzər yetirilir. Ədəbiyyatşünas Yaşar Qarayevin "Müstəqillik dövrünün milli öndəri", akademiklər İsa Həbibbəylinin "Heydər Əliyevin böyük ədəbiyyat siyasəti", Nizami Cəfərovun "Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşmasında Heydər Əliyev fenomeni", Xalq yazıçısı Kamal Abdullanın "Ümummilli lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi kimi", şair-publisist, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəsin "Heydər Əliyev və müasir ədəbiyyat", filologiya üzrə elmlər doktoru Pərvanə Bəkirqızının "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı", professor Qəzənfər Paşayevin "Heydər Əliyev və Milli mənəvi dəyərlərimiz" məqalələrində Umummilli lider Heydər Əliyevin ədəbiyyatımızın, incəsənətimizin tərəqqisinə bəxş etdiyi əvəzsiz töhfələrdən söz açılır, milli - mənəvi dəyərlərimizin qorunması yolunda yorulmaz fəaliyyətinə nəzər salınır.
"Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın "Heydər Əliyev barədə yazılmış ilk poetik mətn" məqaləsi Cənubi Azərbaycanın böyük şairi Bulud Qaraçorlu Səhəndin "Elimin dayağı, yurdumun fəxri" şeiri ətrafında qeyd və mülahizələri özündə ehtiva edir. YAP-ın idarə heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimovanın "Ədəbi yaddaşımızın Heydər Əliyev məqamı" müsahibəsinin əsasını Xalq şairi Nəriman Həsənzadənin Heydər Əliyevlə bağlı xatirə və düşüncələri təşkil edirsə, "Heydər Əliyevin gücü, yaxud özünəqayıdışın Cavid intibahı" yazısında, adından da göründüyü kimi, Hüseyn Cavid ədəbi irsinə, eləcə də ədibin ailəsinə Heydər Əliyevin diqqət və qayğısından söhbət açılır.
"Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin baş direktoru Tural Axundovun "Ulu öndərin xeyir-duası" yazısı Heydər Əliyevin nəşriyyat və poliqrafiya sahəsinin inkişafı yolunda göstərdiyi fəaliyyətə işıq tutur. Filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun "Heydər Əliyev və Səməd Vurğun ocağı" məqaləsi Heydər Əliyevin Xalq şairi Səməd Vurğunun ailəsinə göstərdiyi dərin ehtiramın tarixçəsidir. Dərgidə son olaraq yazıçı Xeyrəddin Qocanın "Heydər Əliyevlə görüşlər, söhbətlər" xatirə yazısı təqdim edilib.
Qeyd edək ki, dərginin sözügedən sayında Ulu öndərin kəlamları və ona həsr edilmiş şeirlərlə yanaşı, dahi şəxsiyyət haqqında ölkə xaricində çap edilmiş kitablardan seçmə fikirlər də yer alıb.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb