Aktrisa: "Rejissorların çoxu daimi rollarda öz məşuqələrini çəkirlər"
04-05-2023 [12:20]
“Hal-hazırda heç bir yerdə çəkilmirəm. Rollar təklif olunub, amma bəyənməmişəm. Elə natamam obrazlar verirlər ki, onu mən necə oynayım? Fikirləşirəm ki, bu rol heç vaxt tuta bilməz. Bir də bilirsiniz nəyi bəyənmirəm?! Rejissorlər mənə təkrar rolları verirlər. Eyni tipli rolları aktrisaya təklif etmək düzgün deyil. Artıq başqa bir obraza addım atmalıyıq. Mən özümü komediyadan çox dramda görürəm. Düzdür, tamaşaçı bəlkə də komediyanı daha çox sevir. Rejissorların çoxu daimi rollarda öz məşuqələrini, görüşdüklərini çəkirlər. Yaxud da kiminsə dostunun qızıdırsa, o, çəkilir. Aktyora, istedadına o qədər də qiymət verilmir. Yalnız tanışlıq olmalıdır. Bir də görürsən ki, aktyor oğru rolunu oynayır, üstündən 1 həftə keçmir ki, düzgün bir həyat tərzi yaşayan insanı canlandırır. Tamaşaçı çaş-baş qalır. Bir müddət ara vermirlər ki, aktyorun o rolu unudulsun. Türkiyədə belə deyil”
Mia.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa Nəzakət Məmmədova deyib.
“Təhminə” filmindəki Təhminə rolu əgər sizə təklif olunsaydı, oynayardınız?” sualına isə aktrisa belə cavab verib.
“Xeyr, heç vaxt Təhminəni oynamazdım, çünki orada bəzi açıq-saçıq səhnələr var. O da mənlik deyil. Ona görə deyil ki, cəsarətli aktrisa deyiləm. Xeyr, yeri gələndə ən cəsarətli aktrisayam. Amma cəsarətim açıq-saçıq səhnələr üçün deyil. Biz Azərbaycanlıyıq, öz mentalitetimiz var. Hələ ki, tamaşaçı buna hazır deyil. Düzdür, aktrisalarımız öpüşmə, yataq səhnələrində də çəkilir. “Təhminə” filmində qaynana, Zaurun anası obrazını böyük məharətlə oynayardım. Hətta deyə bilərəm ki, Zərnigar Ağakişiyevadan sonra bu rolu mənim kimi heç kim ifa edə bilməz. Bu gün çəkilən aktrisaların 90 faizi teatr aktyorlarıdır. Teatr aktyorlarında o qədər pafos var ki. Pafos yalnız səhnədə lazımdır ki, arxa cərgədə oturan tamaşaçı onu eşitsin. Efirə, ekrana pafosu gətirmək düzgün deyil. Bu günlərdə bir filmdə çəkilmək üçün mənə dəvət gəlib. İndi götür-qoy edirlər. Onu da deyim ki, ucuz çəkilmirəm. Qonorarımı deyirəm, kim razılaşırsa çəkir, razılaşmayan da çəkmir. Qızım Günel rejissordur. Hazırda qısametrajlı filmlər işləməyə hazırlaşırıq. Bu filmlərin çoxu ibrətamiz mövzudadır”, - deyə aktrisa bildirib.
Aktrisa şəxsi həyatından da danışıb: “Mənim övladlarım, oğlum və qızım öncə ailə həyatı qurmalıdır. Nənə olmaq istəyirəm. Təklik yalnız bizi yaradana məxsusdur. Hər bir insanın həyatında həyat yoldaşı olmalıdır. Həyatımı övladlarıma həsr etmişəm. Şükürlər olsun ki, özləri öz ayaqları üstə dururlar. Mən ailə qurmaq haqda heç düşünməmişəm. Ola bilər ki, taleyimə bu yazılıbsa, mən buna yalnız “hə” deyə bilərəm”(Moderator).
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb