Qonşu həyətinə düşən topun nağlı...
01-05-2023 [09:34]
Qəşəm Nəcəfzadə,
Şair, Əməkdar mədəniyyət işçisi
(Yazıçı- publisist, Əməkdar müəllim Səxavət Tağlar haqqında)
***
Bir sinif məndən yuxarı təhsi alırdı, atası kəndimizdə uzun müddət kolxoz sədri idi. Mənim atam çoban idi. Əmisi qızı, gələcəkdə həyatı yoldaşı olacaq Aidə xanım mənimlə bir sinifdə oxuyurdu, Aidənin qardaşı Vahid də sinif yoldaşım idi.
Orta məktəb illərim Səxavət, Sərvaz (Şair Sərvaz Hüseynoğlu) və Vahidlə bir keçib. Sonralar Səxavətin böyük bacısının yoldaşı Dadaş müəllim məktəbimizin direktoru oldu və mənim ən sevimli müəllimi kimi bu gün də unudulmaz xatirəsi qəlbimdə yaşayır.
Səxavətin dayısı Davud müəllim uzun müddət rayonların birində polis rəisi işləyirdi. Onun da xatirəsi əzizdi.
Əslində, bu cür başlanğıc Səxavətin xarakterini tam cizgilərinə qədər göstərmək üçündü. Yəni orta məktəbin ilk siniflərində və sonralar da Səxavət özünü heç vaxt kolxoz sədrinin oğlu və polis rəisinin bacısı oğlu kimi aparmadı. Əslində, daha sadə, aydın, emosinal, sevimli bir dost kimi, bütün məktəbin hörmətini qazandı.
Adına həyat dediyimiz bir anlam Səxavət, Sərvaz, Vahid, sonralar bizə qoşulan Səxavətin kiçik qardaşı Hasillə mənim aramda bütün çılığınlığı ilə davam edirdi.
Gah futbol topumuz məktəbin meydançasından, bəlkə də hər gün yüz dəfə qonşu həyətə - Səttar kişinin həyətinə, yoncasının tən ortasına düşürdü. Yoncanı yatırdırdı, biz də topu götürməyə gedəndə, yonca ayaqlanıb yerə yapışırdı, sonradan onu çalmaq olmurdu. Səttar kişi də topumuzu yava ilə deşirdi. Günahı da yox idi. Top düşəndən sonra ayaqlarımızı o qədər danlayırdıq ki... Onda nə biləydik ki, biz bu ayaqlarla topu daha uzaqlara vuracağıq.
Sonralar Səxavət və Vahid Xankəndində (Stepanekert) pedoqoji institututda, mən də, Sərvazla Gəncə də eyni adlı institutda oxuduq. Səxavət və Vahidlə tez – tez görüşüb yaradıcılıq söhbətləri edirdik. Səxavət Xankəndəndən, Şuşadan maraqlı faktlarla elə söhbətlər edirdi ki, elə bil hamımız şuşalı idik, Qarabağda doğulub boya- başa çatmışdıq. Səxavət Xankəndini bütünlüklə qanımıza hopdurmuşdu, mən və Sərvaz ayda üç dəfə Gəncədən Xankəndinə, Səxavət və Vahidlə görüşə getməsəydık, ürəyimiz sıxılırdı, sanki havasızlıqdan boğulurduq.
Illər keçdi, institutu bitirdik, Səxavət, Sərvaz, Vahid və mən kəndimizdə eyni məktəbdə müəllim işlədik. Amma Şuşanın və Xankəndinin havasını nəinki unutmaq, yazılarımızda onu daha reallaşdırdıq, daha da özümüzünki elədik. Səxavətin bütün yaradıcılığı Şuşaya, Xankəndinə, bütöv Qarabağa həsr olunmuşdur. Onun yaradıcılığı mənə vətən kimi gəlirdi, vətən onun hekayələrində, publisistik yazılarında canlı heykələ çevrilirdi.
Sonralar Səxavət Tağlar Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul oldu və Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin məsul katibi seçildi. Bir – birinin ardınca kitabları işıq üzü gördü. Məktəbimizin direktoru kimi istedadlı uşaq bankının yaradılmasını təşkil etdi, əsərləri ölkəmizdə və xarici ölkələrdə yayımlandı. Tanınmış ədəbiyyat xadimləri onun yaradıcılığı haqqında ürək sözlərini dedilər.
Xalq yazıçısı Anar 60 illik yubileyi vasitəsi ona ünvanladığı təbrik məktubunda yazırdı: “Səxavət Tağların yaradıcılığında Qarabağ mövzusu qırmızı xətt kimi görünür”.
Xalq şairi Nəriman Həsənzadə onun “Bir nəslin dörd fəsli” kitabına yazdığı ön sözdə deyirdi: “Səxavət Tağlar “Bir nəslin dörd fəsli” kitabında xalq ədibləri – Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anar yaradıcılığına onların adına layiq fikir ucalığından ayna tutmağı bacarıb".
Filologiya elmləri doktoru, tanınmış ədəbiyyat tənqidçisi Vaqif Yusifli Səxavətin “Gecikmiş məktub” kitabı haqqında düşüncələrində qeyd edirdi ki, “Səxavət Tağlar nədən yazırsa yazsın, yazılarında bir məhəbbət ruhu var.”
Səxavət Tağlar vətənini ürəkdən sevən, əsərlərində onu daim tərənnüm edən bir yazıçıdır. Xeyirdə, şərdə həmişə kənd camaatının yanındadı. Onların, xüsusən şəhid ailələrinin, qazilərin problemlərinin həll olunmasında əlindən gələni əsirgəmir.
Azərbaycan Respubilkasının prezidenti, Ali Baş komandanın “Dəmir yumruğ”u və Milli Ordu və xalq birliyi nəticəsində Dağlıq Qarabağ işğaldan azad olunundi. Səxavət Tağlar ruh yüksəkliyi ilə 80-ci illərin əvvəllərində Stepanekertdə (Xankəndi) təhsil aldığı vaxtlarda başına gələn hadisələri qələmə aldı. Əlbəttə, xatirələr şirindi, amma Qarabağda yaşanan xatirələr yüz qat şirindi.
Səxavət Tağlar xatirə kitabında yazırdı: “Tələbəlik illəri! Yəqin ki, o illərin tələbə yoldaşları, müəllimləri, xankəndili dostları, bir yerdə olduğum ədəbi mühitin nümayəndələri də fikirlərimi təsdiqləyərlər. İnstitutda 3 bölmə var idi: Azərbaycan, rus və erməni bölmələri. Azərbaycan və rus bölmələrində erməni müəllimlər tədris aparırdılar. Qəribə olsa da, deyim ki, müasir Azərbaycan ədəbi dilindən bizə Ararat Qriqoryan adlı bir erməni dığası dərs deməyə gələndə təəccübümü gizlədə bilmədim. Etiraz etdim! Sən demə, mənim etiraz səsim 6 ayda onun içini göynədirmiş, sən demə, öz yurdumda, öz torpağımda, öz institutumda o məndən intiqam almaq hissi ilə yaşayırmış... Xırda etiraz tezliklə Vilayət Partiya Komitəsinə, DQMV-nın prokurorluq və DİŞ orqanlarına çatdı. İzahatlar – izahatlara calandı. “Baş bilənlər”in təkidi ilə institutdan xaric olunmağım barədə ərizə yazmağım və Ararat Qriqoryandan üzr istəmək təklifi yadıma düşəndə vücudum titrəyir.
Siz elə bilməyin ki, o vaxt DQMV-da azərbaycanlı kadr yox idi. Xalqımızın qeyrətli oğlu, gözəl alim, istedadlı şair Ənvər Əhməd fars dilindən dərs keçirdi. Azərbaycan dili və ədəbiyyatı dərslərini isə ermənilər aparırdılar. O vaxt yerli radioda işləyən istedadlı şair Ələmdar Quluzadə kimi yüzlərlə pedaqoqu instituta cəlb etmək olmazdımı?”
Uğurlu rəhbərlik və nəticəyönümlü təhsil 2007-ci ildə Səxavət Tağlara daha böyük uğur gətirdi. O, İmişlinin direktor korpusunda ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görüldü.
Bu yaxınlarda kəndimizə getmişdim, İmişli rayonun Əliqulular kəndinə.
İlk qədəm basdığım yer vaxtı ilə şagird olduğum, sonra müəllim işlədiyim məktəbimiz oldu. Səxavətlə görüşdüm Məktəbin həyətində, futbol meydançasında gəzışdik. Şəkil də çəkdirdik. Topumuzun düşdüyü həyətə boylandıq. Sonra ayaqlarımıza baxdıq. İkimiz də eyni anda gülümsündük. Düşündüm ki, indi ayaqlarımız topu qonşunun həyətinə, auta deyil, daha uzaqlara vurur. Səxavət də güldü, yəqin ki, o da eyni şeyi düşünürdü.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb