İLLƏR KEÇSƏ DƏ... - Sərvaz Hüseynoğlu yazır
30-04-2023 [21:50]
(Yubiley yaşın mübarək, Səxavət Tağlar)
***
Əziz dostum, qardaşım, Əməkdar müəllim, tanınmış yazıçı-publisist Səxavət Tağların ad günü gəlir qarşıdan. Güllü bir yaz səhərində, mayın 1-də göz açıb dünyaya. Layiqincə qeyd etmək günümüzün baş mövzusudur.
Vaxtaşırı qələm dostum İsrafil Quliyevlə, əzizim Vilayət Muradlı ilə bu barədə xoş söhbətlərimiz olur. Təbii ki, ilk növbədə ona həsr edəcəyimiz yazılardan söz düşür. Çünki Səxavət müəllim üçün ilahi söz hər şeydən qiymətlidir.
Sözün və söz adamının qədrini yaxşı bilir. Həmişə onların yanındadır. Bu səbəbdən də mən günlərdir bu dəyərli dostumuz-qardaşımızın barəsində yazacağım yazı barədə düşünürəm. Çünki ömrün ayrı-ayrı illərində, çoxsaylı tədbir və görüşlərdə, süfrə başında, özünün olub-olmadığı yerlərdə Səxavət müəllimlə bağlı ən xoş sözlərimi dilə gətirmişəm. Özü də onun haqqı çatanı demişəm. Bilmişəm ki, İmam Əlinin (s.) buyurduğu kimi, bir insanı olduğundan artıq tərifləmək əxlaqdan sayılmır, riyakarlıqdır. İllah da insanı üzünə tərifləməyi yasaq edib aqillərimiz. Buna görə də mən indiki halda bu dəyərli insanın yalnız haqqı çatan, halal haqqı olan sözü dilə gətirmək, yazmaq istəyirəm. Və bütün səmimiyyətimlə yazır, ifadə edirəm ki, Səxavət müəllim ilk növbədə səmimiyyət, insanlıq, xeyirxahlıq mücəssiləsidir. O, yer üzünə insanlıq, xeyirxahlıq simvolu kimi gələnlərdəndir.
Böyük şairimiz Məmməd İsmayılın öz şəxsi həyatını təcəssüm etdirən bir şeirində belə misralar var ki:
Vaxtınız olanda bir sıxın məni,
Görün bir nəyəm?
Alma şirəsiyəm,
Qoyun südüyəm.
Yəni, anam məni müharibə, kimsəsizlik çətinliyində alma şirəsiylə, qoyun südüylə boya-başa yetirib...
İndi bu unudulmaz misraların oyatdığı nostalji duyğularla baş-başa düşünürəm ki, əgər Səxavət müəllimin gerçək kimliyini, həyat təyinatının nəliyini bilmək üçün onu öyrənmək (sıxmaq) istəsən, bu kimliyin yalnız və yalnız Xeyirxahlıq, Yaxşılıq, Səmimiyyət olduğunu görəcəksiniz. O xeyirxahlığa, o yaxşılığa və səmimiyyətə vurulmamaq, ondan bəhrələnməmək və bu xeyirxahlıqdan, səmimiyyətdən, yaxşılıqdan barınmamaq, nəsə əxz etməmək, sadəcə, mümkün deyil. Səxavət müəllim ərk eləməli, güvənməli bir şəxsiyyətdir. İstinad nöqtəsidir. Ən sıxıntılı, problemli anında o, dərin bir səmimiyyətlə, təmənnasız, qardaşcasına yanında olacaq. Özünün ən vacib işlərini bir kənara qoyub sənə dəstək verəcək. Bir ziyalı kimi səni başa düşəcək. Sənə dəstəkçi olacaq.
Səxavət Tağlar ilk növbədə gözəl, mükəmməl pedaqoqdur. Məktəb işi onun fəaliyyətinin ayrılmaz, başlıca hissəsidir. Onu məktəbdarlıqdan, sevimli kollektivindən ayrı təsəvvür etmək mümkün deyil. Hara getsə, harda olsa da yarı canı rəhbərlik etdiyi kollektivin, onların problemlərinin yanında olur. Bu mənada, Səxavət Tağlar nümunə və örnək olan bir məktəb direktorudur.
Uzun illərdi R.Məmmədov adına Əliqulular kənd orta məktəbinə rəhbərlik edir. Bu illərin çoxunu bir yerdə işləmişik. Və həmin o bir yerdə işlədiyimiz illərdə mən həmişə onun yaxşılığını görmüşəm. Onu da bilmişəm ki, məktəb işi və bədii yaradıcılıq onun həyatında qoşa qanad kimidir, biri o birinə güc-qüvvət verir. O, bir Səməndar, Humay quşu kimi daim məsul olduğu sahənin başı üzərində olmağı, bu sahədəki problemləri yoluna qoymağı sevir. Ən fərqli düşüncəli insanlarla eyni fikir ucalığıyla münasibət saxlamağı bacarır. Ürəyinin açıqlığı, səmimiyyəti səbəbindən adam onun yanında olması ilə dinclik tapır, rahatlanır, düşüncələrini onunla bölüşməkdən məmnun olur. Səxavət müəllimin yaxşılığı uzaq mənzillidir. Haraçan istəsən çata bilir.
Bu sətirləri qələmə aldıqca mənim gözlərim qabağına Səxavət müəllimlə birgə keçən uşaqlıq, gənclik, tələbəlik illərimiz gəlir. O illər hədsiz (və bəzən də inanılmaz, ağlagəlməz) istək və arzularla dolu idi. Səxavət kifayət qədə imkanlı, sayılıb-seçilən bir ailədə dünyaya göz açmışdı. Amma onun təbiəti, xarakteri, tay-tuşlarına münasibəti elə idi ki, bu üstünlüklərini, imtiyazlarını heç vaxt kiməsə hiss etdirmirdi. Özü də bunu məqsədli şəkildə etmirdir. Çünki bu, onun dəyişməz təbiətiydi. Varlığı, yaşam tərzi idi. Ona görə də dostları çox idi. Ən müxtəlif xarakterli tay-tuşlarımız daim onun yanında olmağa can atırdı. Səxavət müəllim də öz həlim, səmimi təbiətlə onların hamısıyla eyni doğmalıqla ünsiyyət saxlayırdı. İndi aradan çox illər keçib. Necə deyərlər, çox sular çox ayrı səmtlərə üz tutub. Amma Səxavət müəllim bu uzun illər boyu heç dəyişmədi. Özünəməxsus doğmalıq, səmimiyyət təbəssümü və şövqü onun üz-gözündən əksik olmadı. Həmişə barışdırıcı oldu. Heç kəsin qarşısından qaçmadı. Necə deyərlər, əlində yağı daşsa belə, onun adını deyib gələn hər kəsin üzünə hörmətlə qapı açdı, problemlərinin yoluna qoyulası üçün imkanlarını əsirgəmədi.
Səxavət Tağların bədii əsərləri ilk növbədə onun səmimi, həssas qəlbinin güzgüsü, ifadəçisidir. Bir xatirə-hekayəsində o, vaxtilə rəhbər vəzifədə işləyən atası, el ağsaqqalı Feyruz kişinin zəhmət adamlarına tarlada, əkin-biçində etdiyi yaxşılığı, göndərdiyi halal təndir çörəyini belə o qədər səmimi duyğularla təsvir edir, xatırlayır ki, həmin səhnə oxuduğun andan yaddaşında əbədi yurd salır. O halal, bir loxma təndir çörəyinin dadı-tamı son nəfəsində belə, dağdan ağır bir el ağsaqqalının dünyadan, dost-tanışdan, el-obadan umduğu, istədiyi, arzusunda olduğu ən əvəzolunmaz diləyə, nemətə çevrilir.
Xalq şairi Vaqif Səmədoğlu şeirlərindən birində yazır ki, bütün dəyərlərin qəhətə çəkildiyi, az qala yerlə-yeksan olduğu bir dövrdə, hər addımbaşı qanın-qadanın tüğyan etdiyi bir aləmdə göldə bir sona qalıbsa, yenə, yenə, yenə şükür. Bu arzuolunan “şükürlər”dən qələm dostumuz, gözəl pedaqoq Səxavət Tağların payına daha çox pay düşür. O, dostlararasında bağ ola bilən əlaqələndirici bir şəxsiyyətdir. Könül adamıdı. Etdiyi yaxşılığı, göstərdiyi qayğını son nöqtəsinə, sonacan yerinə yetirmək onun daxili tələbatıdır. Bunu etməyincə bir özgə narahatlıq, nigarançılıq, peşimanlıq keçirən insandı Səxavət müəllim. Onun xarakteri, cəmiyyətdəki yeri, diqqətcilliyi mənim üçün həmişə xüsusi mözu olub. Bəlkə də Səxavət Tağlar dünyada yeganə insanlardandır ki, qarşısındakının ona qarşı qeyri-səmimi, laqeyd və haqsız olduğunu bilə-bilə yenə də həmin şəxsə qarşı öz xoş diqqətini davam etdirir. Bu, peyğəmbəranə, o böyük əxlaqdan gələn bir yaşam tərzi, əvəzsiz münasibətdir.
Elə şeylər olub ki, biz onu Səxavət Tağlarla yalnız səssiz baxışlarımızla anlaşmışıq. Xəfif bir gülüş, dodaqqaçımı vasitəylə fikrimizi, münasibətimizi anlatdığımızın sayı-hesabısa nə çox... Kimdən, kimlərdənsə ən incik, haqlı-haqsız gileylərimizi həmişə Səxavət müəllimin vasitəsilə çatdırmışıq ünvanına. Üzümüzə pərdə bilmişik onu. Ərk yerimiz olub. Etibarlı xəbər mənbəyimiz olub. Darıxan yerimizə dönüb. Nağıllarda, əfsanələrdə deyildiyi kimi, bir lələk yandırsaq, duyub gəlibdi. Özü də adına layiq səxavəti, adına layiq təmənnasızlığı ilə, Xızır kimi, xilasedici kimi. Hər kəsin yerini bilib. Hər kəslə öz dilində danışıb. Səbrli, özü öz içində və poeziyasında yaşayan sirli Valeh Bahaduroğluyla da, ötkəm və jurnalistikamızın ərköyün lideri (həm də ağsaqqalı) İsrafil Quliyevlə də, tutduğunu buraxmayan, dediyini deyib duran (eyni zamanda da prinsipial olduğu qədər humanist, ədalətli olan) Sədaqət Vəlioğlu ilə də, çoxşaxəli yaradıcılıq və münasibət nəhəngi olan Qəşəm Nəcəfzadə ilə də, xarakter, şəxsiyyət bütövlüyü simvolu olan Vilayət Muradlı ilə də, barış elçisi, dinclik yolçusu olan (amma öz haqqı uğrunda ölümünəcən gedə bilən) bu sətirlərin müəllifinəcən olan dostları arasında Səxavət Tağlaq vəfadarlıq nümunəsi kimi dayana bilir. Əsl münasibət sükançılığı onun boyuna biçilib. Səmimiyyət abidəsidir.
Mən bir insan kimi həmişə bu abidə insanla olan ünsiyyətimin xoşbəxtliyini yaşamışam. Ona güvənmişəm. Bilmişəm ki, mənim üçün ona olan ərkimin heç bir vaxt məhdudiyyəti yoxdur.
Sevinirəm ki, Səxavət müəllimin bu xoş, adamda qürur doğuran xarakteri hamımızın sevimlisi, əziz övladı Yasinin varlığında təkrarlanıb. Yasin öz səmimi, mehriban və ən başlıcası, vəfalı xarakteri ilə Səxavət müəllimi tamamlayır. Mən Yasinin atasına və cəmiyyətə olan münasibətində Mevlanə Cəlaləddin Ruminin sevimli oğlu Sultan Vələdin öz valideyninə və cəmiyyətə olan pak münasibətini, davranışını görürəm. Onun öz kökü üzərində bitməsinin şükranlığını yaşayıram.
Sərvaz Hüseynoğlu,
“Ədəbiyyat qəzeti”nin şöbə müdiri,
Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri.
“Həqiqət və Reallıq” qəzeti. 25 aprel 2023-cü il
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb