İctimai adamların bərbad geyimi... - Moda evinin rəhbəri ilə MÜSAHİBƏ
22-04-2023 [23:13]
Yay gəlir. Keçən il bu vaxtlar hamı yaşıla, narıncıya bürünmüşdü. Dəbi deyirəm. Elə indi də moda evləri, geyim və aksesuar magazaları rəngbərəng olub. Başqalarını bilmirəm, mənim bu ala-bula rənglərdən heç xoşum gəlmir. Bəlkə də yaraşmır deyə, sevmirəm bu alabəzək paltarları. Amma son söz yenə də dizaynerlərin, moda ustalarınındı. Həm yüksək moda aləmində, həm də gündəlik həyatımızda nəyi geyinib-geyinməyəcəyimizə onlar qərar verir.
Bəzən gözümüzü teleseriallardakı artistlərə, aparıcıların əyin-başına dikirik. Çoxları elə bilir, telekanallara çıxanların hamısı dəbin xiridarıdı.
Amma modelyer və dizayner, “Zərif Tərz” moda evinin rəhbəri Pərvin Mahmudova elə demir. Onun sözlərindən belə çıxır ki, biz dəb anlayışını mügənni, aktyor və ya aparıcıların əyin-başına uygunlaşdırmamalıyıq. Çünki indi göz önündə kifayət qədər zövqsüz adamlar var.
Bəs kimə baxıb geyinək?
P.Mahmudovanın Mia.az-a bildirdiyinə görə, bütün hallarda ən yaxşı məsləhətçilər moda evlərinin təmsilçiləridi:
- 2023-cü ilin yaz-yay aylarında əsasən, maviyə meyilli, mavi tonları özündə birləşdirən rənglər dəbdə olacaq. Bundan başqa, yaşılın çox sakit tonları, məsələn, çəmən yaşılı rəngi də bu yayın trendi olacaq. Eyni zamanda, “günəş saatı” deyilən rəng var, sarının çox açıq tonları dəbdə üstünlük təşkil edəcək. Qış aylarına yaxınlaşdıqca qırmızı rəngin şirəli tonlarının terend oldugunu müşahidə edəcəyik. Ümumiyyətlə, bu yayı tamamilə açıq rənglərin içində keçirəcəyik.
- Dizaynerlər podiumlara hansı rənglərlə çıxacaq?
- Maraqlıdı ki, yüksək moda seçimləri ilin və mövsümün dəbindən xeyli seçilir. Məsələn, dizaynerlər moda nümayişlərini yataq (sleep) üslüblü əlbisələr üzərində quracaq. Geyimlərə hədsiz dərəcədə düymələrin və kiçik aksesuarların, məsələn, qaş, biser, muncuq və s. bu kimi elmentlərin vurulmasını görəcəyik. Yırtılmış geyimlər, şalvar, yaxud köynəklər trend olaraq qalır. Dizaynerlər bu il geyimlərdə yuvarlaq kəsimə üstünlük verəcəklər. Keçən il oldugu kimi, yenə ekodəri məmulatından hazırlanan geyimlər, ekodəri ilə adi parçanın kombinə olunmuş variantını görə biləcəyik.
- Dəri parçalar qışda dəbdə olacaqmı?
- Ümumiyyətlə, bu qışı dəri və ya ekodəri geyimlərlə keçirəcəyik, deyə bilərəm. Məsələn, köynəklərin dəri detallarla kombinə edilməsi dəbə bir şıklıq qatacaq. Kətan parçaların dəbi yenə üstünlüyünü saxlayır. Bu qış həm də korsetlərin xüsusi yeri var.
- Bəs gündəlik həyatımızda dəb ola biləcəyikmi?
- Əlbəttə, dizaynerlər podium modasın ilə yanası, ofis və küçə geyim tərzinə də xüsusi diqqət yetirirlər. Bu ilin olmazsa olması paraşüt şalvarlardı. Paraşüt şalvar nə deməkdi? Bu, yagışa davamlı parçalardan (plaşevoy) hazırlanan və tamamilə bol kəsimi olan şalvarlardı. Bu il onların trendi olacaq. Küçə geyim tərzinin bu ilki favorisi sakit tonlardı: ag, qara, sarı və mavinin çox sakit tonlarında geyinə bilərsiniz.
- Bizim ictimai və mədəniyyət adamlarının geyimləri çox vaxt camaat üçün etalon olur. Dogrudanmı efirə çıxanların hamısı tərzdir?
- Xeyr. Mən bəzən çox təəccüb edirəm telekanallarda həm aparıcıların, həm də müxtəlif peşə sahiblərinin geyiminə. Düzdü, hamının stilisti ola bilməz, amma ən azından internetdən fikir almaq olar. Dəbə uygunlaşmaq kor-koranə məşhur brendlərin içinə girmək deyil. Əlinə nə keçdi geyinmək, xüsusən ictimai adamların geyimə etinasızlıgı ətrafa hörmətsizlik hesab olunmalıdı. Necə ki, yemək masasında sən cəngəl və qaşıgın istifadə olundugu yeməyi unutmursan, eləcə də geyimə həssaslıq göstərməlisən. Bəzən küçədə müxtəlif yaşa və sosial statusa malik insanları müşahidə edirəm. Hər dəfə belə müşahidələrdən sonra əmin oluram ki, geyim bütün hallarda zövq məsələsi olaraq qalır. Hazırda üzdə olan bəzi incəsənət adamlarının, ictimai xadimlərin, lap elə jurnalistlərin geyiminə baxın. Elə adamlar var ki, onları az qala “geyindirmək” istəyirsən.
- Dogrudanmı, bu ölkədə dəbli adam azdı? Məsələn, jurnalistlərdən kimi tərz olaraq görürsünüz?
- Samirə Mustafayeva. Mənim fikrimcə, hazırda ən tərz jurnalist odu. Başqa peşə sahiblərindən misal çəksək, göz cərrahı Cahid Şahbazov məncə, çox tərz, şarm geyinir.
- Dünya brendlərinin ideyaları son illərdə o qədər dəyişdi ki, hətta podiumlarda bir-birini təkrarladılar. 80-ci illər stilini geri qaytaran modaçılar rənglərin ahəngi əvəzinə, xaosa üstünlük verdilər. Sizcə, məşhur brendlərin təmərküzləşməsi, kiçik markaları sıxışdırması, modanın inhisara çevrilməsi insan fantaziyasını və yaradıcılıq gücünü zəiflədirmi?
- Moda aləmində həqiqətən inhisar var. Bunu biz illər öncə kosmetika və parfüm firmalarının da yaşadıgı krizis zamanı gördük. Hətta güclü sayılan firmalar böyük kapitala malik şirkətlərin təzyiqinə davam gətirmədi. Öz brend adını qorumaq üçün bir çətirin altında birləşməyi çıxış yolu seçdi. Moda, geyim aləmində də artıq bu tendensiya müşahidə olunmaqdadı. İndi hələ ki, brendlər öz ideyalarını birləşdirərək ortaya çıxıblar. Onların birləşməsindən moda dünyası bir təlatüm, şok yaşayır. Məsələn, “Adidas”la “Balensiaga” tamamilə bir-birinə zidd üslübu olan markalar olsa da, bu yaxında birləşərək olduqca maraqlı stil ortaya qoyublar. Bilirsiniz ki, “Adidas” idman üslübunda geyim tərzidi, “Balensiaga” isə bir az klassikaya meyllilik göstərir. Amma baxın, onların birləşməsindən necə maraqlı trend yaranıb: ag-qaranı birləşdirərək idman üslübunu, idman geyim tərzini dəyişiblər. Bu tərz artıq yalnız mütəhərrik yaşama malik insanların seçimi deyil. Evdar və stabil yaşam tərzi olan qadınlarımızın da istifadə edə biləcəyi paltarlar, ayaqqabılar çox populyarlıq qazanacaq. Məsələn, sən artıq idman üslüblu geyimə idman ayaqqabısı (krossovka) seçmək məcburiyyətində deyilsən: idman kostyumu böyük cəsarətlə hündürdaban ayaqqabı ilə tamamlaya bilərsən.
- İdman üslubu adətən gündəlik tərz sayılır və deyəsən, dizaynerlər bunun varlı qadınların ümumişlək tərzi ola bilməyəcəyinimi düşündülər?
- Bəli, artıq varlı qadınlar idman üslubunda çölə çıxmaga çəkinməyəcək. Bir hündürdaban stiletto onların stil “aristokratiyası”na “zərər” verməyəcək şəkildə dəb həyatını dəyişəcək.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb