Kitaba görə TV-yə verilən cəza ləğv edildi

img

14-04-2023 [15:42]


Türkiyə Radio Televiziya Üst Kurulunun (RTÜK) Halk TV-də Serhan Əskərin proqramında HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşın “Dad” adlı kitabının yayımlanmasına görə çıxardığı cəza ləğv edilib.

Mia.Az Türkiyə mediasına istinadla xəbər verir ki, həmin proqramda aparıcı Demirtraşın yeni kitabının reklamını aparıb, oradan bəzi sitatları oxuyub.

RÜTK isə kitabda terrora çağırış ifadələrinin olduğuu iddia edərək, kanala pul cəriməsi, verilişin 5 proqramının yayımına qadağöa qoyub.

HALK TV bu qərardan məhkəməyə şikayət edib.

Bu gün məhkəmə RÜTK-in qərarını əsassız sayaraq ləğv edib.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR