Ceyhun Bayramov ATƏT sədri ilə bir arada: "Bakı ilə İrəvan arasında birbaşa təmaslar dayanıb"
12-04-2023 [12:59]
“Biz bugünkü görüşdə Ermənistanla sülh müqaviləsinə dair danışıqların aparılmasına diqqət yetirdik”.
Mia.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Bakıda ATƏT-in sədri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, Ermənistanın destruktiv mövqeyi nəticəsində Bakı ilə İrəvan arasında birbaşa təmaslar dayanıb: “Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmağa çalışır. Bu istiqamətdə ardıcıl addımlar atılır. Biz Ermənistan tərəfinə danışıqlar masasına qayıtmaq üçün çağırış etmişik. Ermənistanın qeyri-destruktiv yanaşması təkcə danışıqlar prosesinə təsir etmir. Biz yeni hərbi təxribatların da şahidi oluruq. Belə təxribatlardan sonuncusu dünən baş verib. Təəssüf ki, bölgədə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində addım atılan zaman Ermənistanın hərbi-siyasi təxribata əl atması ilk deyil. İlkin rəy onu deməyə əsas verir ki, bu, planlaşdırılmış təxribat idi. Ermənistan xüsusi təyinatlı qüvvəsinin komandanının təxribat zamanı ərazidə mövcudluğu göstərir ki, dünənki hadisə, konkret olaraq, düşünülmüş plan idi. Təxribatın Laçında baş tutması həm də məcburi köçkünlərin geri qayıdışına mane olmaq cəhdi kimi qiymətləndirə bilər: "Ermənistan belə destruktiv addımlardan çəkinməlidir. Əks halda nəticəsi ağır olacaq. Biz dünən də bunu gördük".
Nazir bildirib ki, Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi qəbuledilməzdir: "Mən bu gün ATƏT sədrini Qarabağdakı ermənilərin reinteqrasiya prosesi barədə məlumatlandırdım. Danışıqlar bundan sonra da olacaq. Azərbaycan tərəfi görüşlərin Bakıda keçirilməsini təklif edib. Ancaq Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi bizim üçün qəbuledilməzdir...".
ATƏT sədri isə deyib ki, ATƏT Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə dialoqa töhfə verən bütün təşəbbüsləri dəstəkləyir: "Hazırda onun məqsədi sülh və təhlükəsizliyi təşviq etmək üçün Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsinə və dərinləşdirilməsinə nail olmaqdır. ATƏT təşkilata üzv dövlətlər arasında etimad yaratmaq niyyətini bir daha təsdiq edir, münasibətlərin qurulması və etimad mühitinin yaradılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirməlidir. Mən nazirlə rəsmi Bakının bu prosesə necə töhfə verə biləcəyi barədə müzakirə apardım. Biz ölkələr arasında münasibətlərin normallaşması üçün Ermənistan və Azərbaycan arasında birbaşa təmasların davam etdirilməsinə tərəfdarıq...".
Zülfiyyə
MİA.AZ
Akşener CHP-nin təklifini rədd etdi: "Seçkilərə azad və müstəqil şəkildə gedəcəyik"
İsrail Livanın cənubunu bombaladı: elektrik enerjisi kəsildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" yenidən liderrliyə yüksəlib
Qəzzada savaş: minlərlə fələstinli Misir sərhədinə sığınıb
Ərdoğan Qətər əmiri ilə bir araya gəldi, 12 əməkdaşlıq sazişi imzalandı - İsraillə bağlı mesaj verildi (FOTOLAR)
Körpü-Bina-Tikinti” məhkəməyə verildi
Nazir müavini, icra başçısı, YAP sədri və sabiq icra başçısının qızı... - Sensasiyalı səs yazısı yayıldı (VİDEO)
Leyla Əliyeva Dubayda panel iclasda - FOTOLAR
Bakıda növbəti beynəlxalq oyun festivalı-Gamesummit keçiriləcək
Sahibkarlarla növbəti görüş Gəncə şəhərində keçiriləcək
Rəsmi Bakıdan bəyanat: "Ermənistan XİN-in 4 dekabr 2023-cü il tarixli açıqlamasını qətiyyətlə rədd edirik"
DAHA BİR AGENTLİYƏ SƏDR TƏYİNATI OLDU - Emin Əmrullayev bu şöbə müdirinə etimad göstərdi (FOTO)
SOCAR ABŞ şirkəti ilə yeni müqavilə imzaladı - FOTO
"Ordumuz atəş açmayıb" - MN Ermənistan MN-in xəbərini yalanladı
Ceyhun Bayramov Rusiyaya gedib
YAP-dan qurultayla bağlı açıqlama: "Seçkilərdən öncə..."
“Fövqəladə vəziyyət haqqında” qanun dəyişdi - Əli Əsədov yeni qərar verdi (DETALLAR)
İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Bakıya gəlib
Azərbaycanda 20 nəfər koronavirusa yoluxub - 4 nəfər ölüb
Səudiyyə Ərəbistanı: nefti sudan ucuz ölkə və ya illər sonra Ermənistanla qurulan əlaqə...
Samux rayonunda 9 müraciət ünvanlandı - FOTOLAR
Penitensiar Xidmətinin sabiq rəisi hakim qarşısında - Generala qarşı ifadələr verilib
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Həsənov Misirdə - FOTOLAR
“Real Madrid”in ulduzu: "Arda möhtəşəmdir" - "Hələ də ispan dilində danışa bilmirəm"
6, yoxsa 17 milyonluq mənimsəmə? - Sabiq deputat ittihamı qəbul etmir (Məhkəmə prosesi)
10-cu sinif şagirdi ilə 20 yaşlı oğlanın fermada sərgüzəştləri və ya qəfil otağa girən Anarın iyrənc şantajı... - Biləsuvarda zorlama, təhdid və...
Azərbaycan çempionatında növbəti turun proqramı açıqlanıb
Harris Mahmud Abbasla danışdı: "Qəzza yenidən Fələstin administrasiyasının tabeliyində olacaq"
YENİ NAZİR APARAT RƏHBƏRİNİ VƏZİFƏDƏN AZAD ETDİ
ARDNF-dən valyuta hərracları ilə bağlı - Açıqlama
Prezident Malayziyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident Ərdoğan böyük heyətlə Qətərə gedib - Səbəb
Sabah güclü külək olacaq, yağış yağacaq - Xəbərdarlıq
Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək
“Adana Dəmirspor”un baş məşqçisi istefaya göndərildi
Azərbaycan idmançıları medal qazanıblar
Aparat rəhbəri yenə şikayət verdi
Prezident Çinlə əməkdaşlığa dair Memorandumu təsdiqləyib
Laçında silah-sursat tapılıb
MƏHKƏMƏLƏRLƏ BAĞLI YENİ FƏRMAN VERİLDİ - Dəyişiklik