Əvəz Zeynallının məhkəməsində gərginlik yaranıb
11-04-2023 [10:29]
Jurnalist Əvəz Zeynallının növbəti məhkəmə prosesi keçirilib.
Mia.az xəbər verir ki, ötən gün proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib. Əvəz Zeynallı ilə yanaşı, prosesdə “Səda TV” yutub kanalının rəhbəri Elnur Şükürov də təqsirləndirilən şəxs qismində iştirak edib.
Prosesdə Əvəz Zeynallının vəkilləri onun səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılmasını istəyiblər. Müdafiəçilər bildirib ki, Əvəz Zeynallı görmə qabiliyyətini itirmə təhlükəsi ilə üz-üzədir. Onun daha əvvəl də müayinədən keçməsinə dair həkim rəyi də aidiyyəti üzrə təqdim edilib. Ə.Zeynallı özü də vəsatətə münasibət bildirərkən qeyd edib ki, məhkəmə onun əməliyyat olunması üçün şərait yaratmalıdır.
Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını xahiş edib. O, Ə.Zeynallının cinayət əməlinin ictimai ağırlığını nəzərə alaraq ev dustaqlığına buraxılmasını məqbul saymayıb.
Hakimlər müşavirə keçirərək elan ediblər ki, Ə.Zeynallı ev dustaqlığına buraxılacağı təqdirdə zərərçəkmiş və şahidlərə təsir göstərə bilər. Səhhəti ilə bağlı problemin isə Penitensiar Xidmətin Müalicə Müəssisəsində aparılmasının mümkün olduğu vurğulanıb. Bu əsaslarla vəsatət təmin olunmayıb.
Daha sonra prokuror ittiham aktını elan edib. İttiham aktı elan olunan zaman proses iştirakçılar çıxışı eşidə bilmədiyi üçün etiraz edib. Prokurordan mikrofonla danışması xahiş edilib. Lakin məhkəmə zalında mikrofonlar işləmədiyi üçün ittihamçı çıxışına bu formada davam edib.
Əvəz Zeynallı ittihamla razı olmadığını deyərək bir neçə dəfə prokurorun çıxışını kəsib. Hakimlər prosesin gedişatının pozulması səbəbi ilə zalı tərk ediblər. Məhkəmə təxirə salınıb.
Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb/Qafqazinfo
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı