Direktor xalq artisti barədə etirazlara gözlənilməz cavab verdi: "Bəsdirin! Kimi oradan aparıb ötürüblər?!"
22-02-2023 [11:21]
Ötən gün dəfn olunan Xalq artisti Ramiz Novruzun vida mərasiminin təntənəli keçirilməməsi tənqid olunub.
Bir sıra sənət adamları, o cümlədən jurnalistlər ömrünün yarısından çoxunu keçirdiyi Akademik Milli Dram Teatrının səhnəsində sənətçi üçün mərasim təşkil edilməməsini qınayıblar.
Mia.az xəbər verir ki, Ölkə.az-ın əməkdaşı mövzu ilə bağlı “Azdrama”nın rəhbərliyinə müraciət edib.
Teatrın bədii rəhbəri və direktoru Azərpaşa Nemətov açıqlamasında müzakirələri “şou” adlandıraraq bu barədə danışmaq istəmədiyini deyib:
“Bu barədə danışmaq istəmirəm, siz şou edirsiniz. Neçə illərdir o qədər adam rəhmətə gedib, hansını “şey eləyiblər”. Yenə də danışırsınız. İngilissiniz, fransızsınız? Siz axı azərbaycanlısınız. Niyə şou edirsiniz? İkincisi də, mən məşqə gecikirəm. Siz kefiniz istəyən vaxtı zəng edirsiniz, mənim də vaxtım yoxdur. 24-ü tamaşam var, ora hazırlaşırıq. Dünən məşqi böyük sənətkarımız Ramiz müəllimə görə “otmenit” elədik ki, hamımız orada iştirak edək. Ramizin xətrini hamımız istəyirdik. O, çox yaxşı, mədəni insan idi. Biz də onu çox sevirdik”.
A.Nemətov illərdir ki, dünyasını dəyişən heç bir sənətçi üçün “Azdrama”nın səhnəsində vida mərasimi təşkil edilmədiyini söyləyib: “Sonuncu dəfə 20 il əvvəl olub. Bəsdirin! Kimi oradan aparıb ötürüblər?! Mən nə bilim nə üçün təşkil olunmur. Gedin, lazımi yerlərdən öyrənin. Məndən niyə soruşursunuz?”
Direktor “vida mərasimini teatr təşkil etməlidirmi” sualına isə “xeyr” cavabını verib.
Qeyd edək ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Ramiz Novruz komaya düşüb və ayılmayıb.
Ləman,
Mia.az
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ