Dövlət Xidmətindən saytlara böyük məbləğdə cərimə - Xəbərdarlığı
16-02-2023 [16:09]
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin təhlili zamanı bir sıra internet portallarında mövcud qanunvericiliyin tələblərinə zidd olaraq qanunsuz idman mərc oyunlarının reklam edildiyi müəyyən olunub.
MİA.AZ Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu cür reklamlarda həmin qanunsuz oyun və lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikri aşılanır, həmçinin qazanc əldə edilməsinə zəmanət verilməsinə dair fikirlər də yer alır ki, bu da müvafiq qanunvericiliyin tələblərinə ziddir:
"İdman obyektlərində, eləcə də bədən tərbiyəsi-sağlamlıq tədbirləri və yarışlarının keçirildiyi digər yerlərdə reklamın yerləşdirilməsi və yayımı qaydası, habelə idman mərc oyunlarının reklamına dair tələblər “Reklam haqqında” qanunla tənzimlənir. Qanuna əsasən, mərc oyunları müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən etdiyi qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) tərəfindən həyata keçirilir.
Qumar oyunları, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” qanunlarla müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil edilib. Dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının reklamına yol verilmir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, həmçinin keçirilməsi qadağan edilmiş və yaxud keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər isə 40 min manat cərimə olunur.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu cür reklamların yerləşdirilməsi ilə əlaqədar araşdırmalara başlayıb. Araşdırmaların nəticələrinə uyğun olaraq, qanun pozuntularına yol vermiş bazar subyektləri barəsində tədbirlər görüləcək".
Lamiyə,
Mia.az
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb