"Səs" qəzetinin əməkdaşı biləyini, həkimlər isə qolunu kəsdi: "Biləyimi qopardım, ancaq həyatımı qurtardım..."

img

14-02-2023 [19:37]


Hatayın İskenderun rayonunda zəlzələdə dağıntılar altından biləyini kəsərək, xilas olan jurnalist Akın Bodur 32 illik peşə təcrübəsi ilə həyata "iki əlli" tutunduğunu deyib.

Mia.az xəbər verir ki, bölgədə yerli "Səs" qəzetində işləyən Akın Bodur mətbuata açıqlamasında başına gələnləri nəql edib:

"1990-cı ildən qəzetçiyəm. Bu illər ərzində böyük olmasa da, kiçik zəlzələlər, sellər, Suriya savaşını gördük. İndisə böyük zəlzələdə insanların necə çarəsiz vəziyyətdə olduğuna şahid olduq. Böyük bir faciədir. Böyük zəlzələdə yardımın necə gəlib-gəlmədiyini bilən biri olaraq, o an qərar vermək məcburiyyətində idim. Peşəmin verdiyi təcrübə ilə biləyimi qopmağa qərar verərək, həyatımı qurtardım...".

Xatırladaq ki, biləyini qopararaq, dağıntı altından çıxarılan jurnalistin sol qolunu xəstəxanada kəsməyə məcbur olublar.

Lamiyə,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR