Məşhur teleaparıcı Metin Uca sərbəst buraxılıb

img

03-02-2023 [15:10]


Dünən İstanbul hava limanında saxlanılan məşhur teleaparıcı Metin Uca sərbəst buraxılıb.

Mia.az NTV-yə istinadla xəbər verir ki, o, dünən Ankaraya gedərkən hava limanında pasport yoxlanışı zamanı axtarışda olması səbəbiylə saxlanılmışdı. 

O, "Sultan Süfrələri" adlı kitabda yer alan Fatih Sultan Mehmetin bir sözü ilə bağlı işlətdiyi fikirə görə, "ictimaiyyət arasında nifrət və düşmənçilil toxunmu səpmək"də ittiham olunur.

Məlumata görə, 4.5 satlıq ifadə verən teleaparıcı sonradan buraxılıb.

Xatırladaq ki, Metin Uca Anadolu Agentliyindən ta TRT və Star TV telekanallarına qədər jurnalistikada uzun yol qət edib.

O, 2010-cu ildə yenidən Star TV-də yayımlanan "Passaparola" verilişinin aparıcısı olub.

Lamiyə Əhmədli,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR