Məşhur teleaparıcı hava limanında saxlanılıb - Səbəb (Açıqlama)

img

02-02-2023 [15:48]


Türkiyədə məşhur teleaparıcı Metin Uca Ankaraya getmək üçün yola çıxdığı İstanbul hava limanında saxlanılıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, pasport yoxlanışı zaanı onun axtarışda olduğu üzə çıxıb və bu səbəbdən polisə təhvil verilib.

Məlumata görə, onun barəsində "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək" ittihamı ilə cinayət işi açılıb.

Saxlanılan Metin Uca ilə görüşdüyünü deyən jurnalist Murat Ağırel "Twitter" hesabında yazıb: "Mətin Uca ilə görüşdüm. Saxlanılmasına səbəb "Bunu nəzərdə tuturdum?" tamaşasında Stefanos Yerasimosun "Sultan Süfrələri" adlı kitabında yer alan Fatih Sultan Mehmetin bir sözünü oxuması lazımdır! Tamaşanı izləyən bir kişi rahatsız olmuş və şikayət etmiş...".

Xatırladaq ki, Metin Uca 13 noyabr 1961-ci ildə İstanbulda anadan olub. 1987-ci ildə Anadolu Agentliyinə müxbir kimi fəaliyyətə başlayıb. 1989-cu ildə TRT-yə keçən Uca daha sonra televiziyada müxbir və redaktor kimi çalışıb. Uca, həmçinin kimya mühəndisliyi, geologiya mühəndisliyi və teatr təhsili alıb.

Metin Uca 1999-cu ildən sonra "Günaydın Türkiyə" səhər xəbər proqramları və "Passaparola" adlı verilişləri ilə populyarlıq qazanıb.

O, 2010-cu ildə yenidən Star TV-də yayımlanan "Passaparola" verilişinin aparıcısı olub.

Lamiyə Əhmədli,

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR