Bu gün sizi nə gözləıyir? - BÜRCLƏR
01-02-2023 [00:16]
Qoç - sizi, gerçəkdən də, maraqlandıran işlə məşğul olaraq ikinci dərəcəli işləri təxirə salın. İctimai işlərdə iştirak edin, xeyriyyə layihələrinə qatılın. Faydalı və gərəkli prosesi reallaşdırın.
Maliyyə perspektivləri pis deyil. Anlaşma, sövdələşmələr, alış-veriş üçün əlverişli zamandır.
Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Amma kimsəyə sonadək inanmayın. Sizi tanıyanlar da bunu hiss edirlər.
Günün ikinci yarısında kiçik problemlər yarana bilər. Xoşagəlməz xəbərlər istisna deyil. Əvvəlcədən hazırladığınız planları yeni ideyalara qurban verməyin. Bu, məntiqsiz davranışdır.
Buğa - günün müsbət yönləri az deyil. Lakin ünsiyyətdə problemlər yaranacaq. Təmasda olduğunuz insanları anlamağa çalışın ki, çox kiçik məsələlərə görə mübahisələr alovlanmasın. Ünvanınıza söylənən istənilən irada sərt və qıcıqlı reaksiya verməyin. Konstruktiv tənqidə inciməyin.
Günün ikinci yarısında sizi həyəcanlandıracaq xəbərlər alacaqsınız. Sakitləşin, soyuqqanlı olun, situasiyanı araşdırın. Hər şey ilk baxışdan göründüyü kimi pis deyil.
Əkizlər - narahatlıq və nigaranlıq üçün səbəblər yox deyil. Lakin fəlakət saydığınız məsələ əslində xırda problemdir. Bədxahların bütün səylərinə rəğmən peşəkar fəaliyyət müstəvisində fəal olun. Orijinal addım və qeyri-standard həll tələb edən məsələlərdə uğur qazanacaqsınız. İşgüzar danışıqlarda şəxsi rəğbət ünsürü önəmlidir. Arqumentlər və sübutların arxa plana keçdiyi məqamlarda emosiyalar güclənir.
Hüquqi məsələlərin həlli, əmlak bölgüsü üçün əlverişli gündür. Hissə qapılmayın. Kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya etsin.
Kimsə sizi çox soyuq insan saya bilər. Sevdiyiniz insanla təmaslarda həssas olun.
Xərçəng - günü planlaşdırma ilə başlayın. Təbii, bu ən sevdiyiniz məşğuliyyət deyil - amma məqsəd və tapşırıqların dəqiqləşdirilməsi olmadan gün ağır olacaq.
Mənfi təmayüllərə sinə gərməyin yeganə yolu əvvəlcədən seçdiyiniz fəaliyyət məcrası və davranış modelinə riayət etməkdir.
Sizi mübahisələrə cəlb etmək istəyənlərin vədlərinə uymayın. Mövqeyinizi bildirəndə təmkinli olun, münaqişə səbəbkarına çevrilməyin.
Alış-veriş üçün əlverişli gün deyil.
Şir - gün uğurlu alınacaq. Dürüst qərarlar qəbul edin. Diqqət və səliqə tələb olunan işlərdə kobud səhvlərə yol verməyin. Təxəyyülünüzü işə salın, aktiv davranın. Məlumat almaq, təhlil etmək və yaymaq, habelə hesabat və biznes-planlar hazırlamaq üçün əlverişli gündür. Bilik və bacarıqları artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək olar.
Günün ikinci yarısında bütün diqqəti işlərə yönəldin. Yaxınlarınızın diqqət və dəstəyinə ehtiyacı var. Qohumlarınız sizdən yardım istəyirlər.
Qız - müsbət təmayüllərin təsiri güclüdür. Günün ilk yarısında çətinliklər yarana bilər. Onlar sizin gərəkli olan işlə məşğul olmamaq istəyinizlə bağlıdır. İfrat dərəcədə şübhəli olmayın. Yaxın ətrafınızdakı insanların sizə təmənnasız yardım etmək istədiklərinə inanın.
Enerjili və qətiyyətli olsanız, başqalarının bacarmadığı işlərin öhdəsindən gələcəksiniz. Yaxın ətrafınızdakı insanlara yardım edin. Çətin vəziyyətə düşmüş yaxınınıza həyan olun.
Tərəzi - adi günlərlə müqayisədə işgüzar aktivlik səviyyəsini aşağı salmayın. Astagəl olmayın, məhsuldar çalışın. Həmkarlarınız, rəhbərlik, tərəfdaşlar sizi tələsdirəndə qıcıqlanmayın. Münaqişə yaratmayın. Problem varsa, onu vəziyyət ciddiləşməmiş həll edin.
Hadisələrin ənənəvi axarına zidd olaraq məqsədə aşkar hərəkətlərlə can atmayın, dolayı yollarla irəliləyin. Belə olarsa, maraqlı və gülməli duruma düşəcəksiniz.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb - işgüzar tərəfdaşlarla ünsiyyətdə problemlər yarana bilər. Sözləriniz yanlış anlaşılır, ortaq məxrəcə gəlmək çətinləşir. Şəxsi münasibətlər və rəğbət hesabına təmaslar qurmaq cəhdləri uğursuzluğa düçar olur. Başqasının xoşuna gəlmək üçün nə qədər çox çalışsanız, bir o qədər güclü mənfi reaksiya ilə qarşılaşacaqsınız.
Peşəkarlıq, təcrübə və biliklərə "stavka" edin.
Şəxsi həyatda da vəziyyət asan deyil. Sizinlə manipulyasiya edir, dalana dirəmək istəyirlər. Hər şeyə rəğmən situasiya müşkül və qorxulu deyil. Yetər ki, yaşananlara fərqli mövqedən baxın.
Yaşam potensialı səviyyəsi aşağı düşüb. Özünüzü çox yormayın.
Oxatan - uğurlu və münasib gündür. Bir çox işlərin öhdəsindən gələcəksiniz. Baş verənlərə rəğmən əhvalınızı pozmayın, nikbin olun. Yaxın ətrafınızdakı insanlar sizə güvənirlər. İşdə rəhbərliklə, kommersiya layihələrində nüfuzlu insanlarla söhbətlər üçün münasib zamandır. İdeyalarınız dəstəklənəcək.
Axşam saatlarında diqqət mərkəzində olacaqsınız. Sizi həvəslə dinləyəcəklər.
Şəxsi münasibətlərdə rəvan zamandır.
Oğlaq - çox uğurlu gündür, Yaşamınızda dəyişiklik etmək istəyirsinizsə, konkret olun. Az vaxt və səy sərf etməklə məqsədə çatmağa çalışın. Yeni gəlir mənbəyi aşkarlamaq, yaxşı pul əldə etmək olar.
Səfər və ya səyahət üçün pis gün deyil.
İdeya və ya istəklərinizi yaxın ətrafınızdakı insanlar dərhal anlamırlar. Səbrli olun. Niyyətinizi başa salmaq üçün vaxta qənaət etməyin. Yalnız bundan sonra sizi dəstəkləyəcəklər.
Dolça - maraqlı və məhsuldar gündür. Bir yerdə oturmayın. Yaşanan proseslərə qatılın, hadisələrin aktiv iştirakçısı olun. Yeni işlərə başlamaq olar. Bir şərtlə ki, tərəfdaş və ya həmkarlarınız sizi dəstəkləsin.
Günün ikinci yarısında emosional fon əlverişlidir. Əhvalınız yaxşılaşacaq. İşlərdə sürətli irəliləyiş olacaq. Yanınızdakı insanlar sizə kömək edəcəklər. Alış-veriş üçün münasib zamandır.
Gəlir əldə edə bilərsiniz.
Balıqlar - maraqlı gündür. Bilik, bacarıq və potensialınızı nümayiş etdirə bilərsiniz. Nüfuzlu insanlar sizi dəstəkləyəcək. Yeni müttəfiq tapa bilərsiniz. Dəvət aldığınız tədbirdə diqqət mərkəzində olacaqsınız.
İşgüzar danışıqlar, müzakirələr, təhlillər, konfrans və seminarlar üçün əlverişli zamandır.
Yaşam və fəaliyyət arealında dəyişikliklərlə yeniliklərə ehtiyac var. Səfər və səyahət üçün yaxşı zaman deyil. Yol sizdə ciddi yorğunluq yarada bilər.Milli.Az
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ