Qobuda əməliyyat keçirilib, tutulanlar var - FOTO

img

31-01-2023 [12:02]


Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri növbəti tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb.

Mia.az xəbər verir ki, əməliyyat zamanı həmin qəsəbədə yaşayan İlqar Niyazov, Faiq Qeybullayev, Azər Məmmədov, Niyazi Kazımov və Sevindik Kərimov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR