RƏSMİ BAKI İRANDAKI SƏFİRLİYİMİZƏ XAİN HÜCUMLA BAĞLI BƏYANAT YAYDI: "Kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq..." 

img

27-01-2023 [10:47]


"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub".

Mia.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib: "Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Allah şəhidimizə rəhmət eləsin!"


Digər xəbərlər
SON XƏBƏRLƏR