Rusiya Avropa İttifaqının Ermənistana göndərdiyi missiyanı üstüörtülü hədələyib

img

26-01-2023 [17:40]


Rusiya Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədinə monitorinq aparmaq üçün göndərdiyi missiyanı üstüörtülü şəkildə hədələyib.

Mia.az xəbər verir ki, rəsmi Moskva bu missiyanın sülhə deyil, Ermənistanda möhkəmlənərək, Moskvanın maraqlarına qarşı olmaqda, dolayısı ilə bölgədəki gərginlik yaratmağa xidmət etdiini iddia edir.

Bu barədə bu gün bəyanat yayın Rusiya Xarici İşlər Nazirliyinin Avropa İttifaqının bu qərarını qınayıb.

Rəsmi Moskva bunun bölgədəki ziddiyyətlərin həllinə deyil, daha da böyüməsinə səbəb olacağını bəyan ediR: "Bu addım regiona geosiyasi qarşıdurma gətirə və faktiki ziddiyyətləri artıra bilər. Hesab edirik ki, mülki xarakterli bu missiya sərhəddə çaşğınlıq yaratmamalı, sülhəı xidmət etməlidir".

Rusiya XİN missiyaya Azərbaycanın razılıq verməməsinə də diqqəti çəkərək, açıq tekstlə bildirib ki, Rusiya sülhməramlı kontingenti Aİ missiyası yaxından izləyir: "Sülhməramlılar ərazidə Qərbin müşahidəçilərinin davranışlarına uyğun addımlar atacaq".

Zülfiyyə,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı