Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
21-01-2023 [00:04]
Qoç - böyük işlərə başlamaq, məsuliyyətli layihəni gerçəkləşdirmək olar. Pərişanlıq, bədbinlik üçün heç bir səbəb yoxdur. İşlərinizi intensivləşdirin. Daşınmaz əmlakla bağlı məsələlərdə kiçik də olsa, irəliləyişə nail olmaq mümkündür.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizdə cüzi təəssüf hissi yarada bilər. Sevdiyiniz insana qıcıqlanmayın. Axşam saatlarını sakit keçirin.
Buğa - boş söhbətlərə, mənasız dartışmalara qatılmayın. Çox ciddi qüvvə, böyük vəsait və vaxt tələb edən işə başlamaq niyyətiniz varsa, yaxşı düşünün. Fəaliyyət prosesini elə qurun ki, kimsə işlərinizə mane olmasın. Praqmat olun, situasiyanı nəzərə alın.
Günün ikinci yarısında ailə məsələlərində maddi ünsürlərlə bağlı kiçik narahatlıq yarana bilər. Qənaət üçün yollar və variantlar arayın. Axşam saatlarında fiziki işlə məşğul olmayın. Biliklərinizi artırın.
Əkizlər - təcili həllini tələb edən məsələ üçün maliyyə vəsaiti gərəkdir. Aktiv olun, problemin həll yollarını arayın. Sizə yardım edəcək insanı tapa bilərsiniz. Daha təcrübəli və bilikli insanların məsləhətlərinə qulaq asın.
Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlər rəvan və harmonik olmalıdır. Yaxınlarınız sizdən kömək istəyəcəklər. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Xərçəng - yaşam enerjinizin səviyyəsi yüksək olacaq. Özünüzü mütəxəssis və ya başqalarına rəhbərlik etməyi bacaran insan kimi tanıdın. Yaxın ətrafınızdakı insanların tənqidinə adekvat reaksiya verin. Diqqətə və etirafa ehtiyacınız var.
Günün ikinci yarısında ailə üzvlərinizdən və ya yaxınlarınızdan birinə kimsə təzyiq göstərməyə çalışarsa, mütləq şəkildə bunun qarşısını alın. Hissiyata qapılmayın, sentimental olmayın.
Axşam saatlarında iştahınız artsa da, çox yeməyin.
Şir - yeni biliklər və məlumatlar əldə etmək üçün münasib zamandır. Nikbin olun. Təcrübənizi artırın. Maliyyə məsələlərinin çözülməsində ehtiyatlı olun. Gərəkli informasiyanın olmaması itkilər və ya zərərə səbəb ola bilər. Avantüralara qatılmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə maraqlarınızı nəyin bahasına olursa-olsun, təmin etməyə çalışmayın. Axşam saatlarını istirahətə, sevdiyiniz insanla ünsiyyətə həsr edin. Rasionunuza fikir verin.
Qız - yaxın ətrafınızdakı insanlarla ünsiyyət xeyli emosiya və qüvvə tələb edəcək. İctimai həyat da vaxt alacaq. Daşınmaz əmlak anlaşmaları və ya maliyyə məsələləri ilə bağlı hüquqi prosedur gəlir vəd edir.
Günün ikinci yarısında populyarlığınız artacaq.
Ailə həyatında təmaslarda soyuqqanlılığı ifrata çatdırmayın. Emosiyalarınıza nəzarət edin, amma laqeyd insan təsiri bağışlamayın. Çağırış və ya istək yoxdursa, yardıma qaçmayın. Axşam saatlarında stressdən qurtulun.
Tərəzi - irəliləyişdə fasilələrə yol verməyin. Ötkəm, mübariz olun. İnkişaf üçün qarşınızdakı sədləri və maneələri sürətlə dəf edin. Amma ətrafınızdakı insanların maraqlarını da unutmayın. Mənasız mübahisələrə və boş söhbətlərə qatılmayın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qəfil problemlər yaranacaq. Səbəb ağlınıza belə, gətirmədiyiniz məsələlərdir. Ailədə bütün işlərə rəhbərlik etmək istəyiniz münaqişə yaradacaq.
Əqrəb - şəxsi münasibətləri həllini tələb edən məsələlərdən üstün tutmayın. Sakit və soyuqqanlı olun. Yaradıcılıq enerjiniz çoxdur. Uzaq yola çıxmaq olar. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, yeni sifarişi qəbul edin. Günün ikinci yarısı köhnə tanışlar və bir zamanlar tərəfdaşlıq etdiyiniz insanlarla əlaqələri bərpa etmək vaxtıdır. Təmaslara bir daha nəzər salın. Axşam saatlarında səhhətinizin qeydinə qalın. Axşam saatlarında normal istirahət edin.
Oxatan - genişmiqyaslı və önəmli işlərə başlamaq üçün əlverişli zamandır. Riskli, düşünülməmiş addımlar atmayın. Maliyyə məsələlərində tələsikliyə yol verməyin. Yaradıcı enerjinizin səviyyəsi yüksəkdir. Maraqlı macəralar sizi gözləyir.
Günün ikinci yarısında sevdiyiniz insanla təmaslarda alicənab olun. Münasibətləri ideallaşdırmağa çalşımayın. Yaxın ətrafınızdakı insanlardan biri azadlıq və müstəqillik istəyəcək. Mükəmməl insanın olmadığını anlayın. Axşam saatlarında istirahət edin.
Oğlaq - bu gün özünü hamıdan üstün tutan insanla qarşılaşacaqsınız. Nailiyyətləri ilə qürrələnən, təşəxxüslü davranan insanlarla təmaslarda ehtiyatlı olun. Onların təsiri altına düşməyin. Belələri sizi qıcıqlandırsa da, sərvaxt davranın.
Günün ikinci yarısında sevdiyiniz insanla təmaslarda sentimentallıq olacaq. Nəzərdə tutulmamış səfər olacaq. Hadisələrin axarı qərarlarınıza təsir edəcək, əvvəlcədən planlaşdırdığınız işlərdə dəyişiklikləri gündəmə gətirəcək.
Axşam saatlarında evdən kənarda istirahət etsəniz, pis deyil.
Dolça - yaxın ətrafınızdakı insanlarla birgə fəaliyyət üçün əlverişli zamandır. Problemlərlə qarşılaşmış şəxsə yardım edin. Daha təcrübəli tərəfdaşın məsləhətlərini qulaqardına vurmayın.
Günün ikinci yarısında dəyər verdiyiniz insanın nöqsanlarına dözümlü yanaşın. Kəskin iradlar və sərt tənqidlər münasibətləri korlaya bilər. Qarşılıqlı anlaşmaya ciddi zərurət var.
Axşam saatlarında gəzintiyə çıxın.
Balıqlar - günün ilk yarısında etibarən istirahət və ya əyləncə fikrinə düşməyin. Alış-veriş zamanı da deyil. Əlavə xərclərə əsla lüzum yoxdur. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün real addımlar atın, hədəfləri müəyyənləşdirin.
Günün ikinci yarısında əhvalınızdakı durum şəxsi münasibətlərə də təsir edəcək.
Yaxınlarınızın nazını çəkin, onlarla qayğıkeşcəsinə davranın. Axşam saatlarını sevdiyiniz insana həsr edin. Rasionda ehtiyatlı olun. Yağlı və zərərli təamlara üstünlük verməyin.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz