Media subyektləri 3 il müddətində vergidən azad olunacaq, çap mediası ilə bağlı isə...

img

12-01-2023 [12:23]


“Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edən qanun layihəsi hazırlanıb”.

Mia.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

O qeyd edib ki, qanun layihsinə əsasən, media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, istehsal etdikləri media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən azad edilməsini ehtiva edir.

Ə.İsmayılov bildirib ki, qanun layihəsi maraqlı orqanlarla tam razılaşdırılıb və hökumətdə baxılmaqdadır/Report.

O əlavə edib ki, çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb və aidiyyəti üzrə təqdim edilib”.

Onun sözlərinə görə, region mediasının inkişafı ilə bağlı da diaqnostik icmal hazırlanmaqdadır: “Onu da bildirim ki, milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR