Mətbuat Şurası "Euronews" telekanalına və “Le Figaro” nəşrinə müraciət edib - MƏTN
26-12-2022 [17:09]
Azərbaycan Mətbuat Şurası Euronews telekanalına və “Le Figaro” nəşrinə müraciət edib.
Mia.az xəbər verir ki, müraciətdə bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsinin Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti nəzarət zonasında olan Xankəndi şəhərində dekabrın 25-də keçirilmiş aksiya zamanı çıxış etmiş bəzi şəxslərin nitqlərindəki məzmunun “Le Fiqaro” qəzetində və “Euronews”un Fransa xidmətində birtərəfli qaydada və qərəzli səkildə yayımlanması dərin təəssüf hissi doğurur:
"Bütövlükdə Azərbaycan jurnalistlərinin haqlı narazılığını ifadə edən Mətbuat Şurasının yanaşması bundan ibarətdir ki, medianın zorakılığa, bölücülüyə və qarşıdurmaya xidmət edən propaqanda üçün tribunaya çevrilməsi yolverilməzdir, jurnalistikanın peşə prinsiplərinə ziddir.
Qarabağ Azərbaycanın BMT tərəfindən tanınmış suveren ərazisi, Xankəndi qədim Azərbaycan şəhəri, orada yaşayan əhali isə Azərbaycan vətəndaşlarıdır. Amma “Le Fiqaro” qəzeti və “Euronews”un Fransa xidməti dekabrın 25-də keçirilən aksiyasını işıqlandırarkən, nəinki Azərbaycanın suveren hüquqlarını, hətta Qarabağ bölgəsində yaşayan sıravi erməni əsilli vətəndaşların belə, mənafelərini nəzərə almayıblar. Onlar məsələni otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlamış cinayətkarların və onların əməllərinin davamçılarının maraqları kontekstində təqdim ediblər.
Təəssüflə bildiririk ki, “Le Fiqaro” və “Euronews”un Fransa xidməti Cənubi Qafqazda sabitliyin təmin olunması, xalqların dinc, yanaşı yaşamaları üçün göstərilən səyləri deyil, bölücülüyə xidmət edən, bölgədə sülh gündəliyinin əleyhinə fəaliyyət göstərənlərə meydan verdilər. Jurnalistika dəyərlərinə münasibətdə belə etinasızlığın göstərilməsi yolverilməz və qəbuledilməzdir.
“Le Fiqaro” və “Euronews” jurnalistikanın tərəfsizlik və obyektivlik kimi mühüm prinsiplərinə uyğun olaraq, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda, artıq, 15 gündür ki, davam edən aksiyası ilə maraqlana və məsələnin əsl mənzərəsini bütün tərəflərin mövqeyi nəzərə alınmaqla, təsvir edə bilərdilər. Əfsus ki, biz bu peşəkar yanaşmanı görmədik.
“Le Fiqaro” nəşri Fransanın tanınmış ictimaiyyət nümayəndələrinin Azərbaycana qarşı qeyri-obyektiv müraciətini təşkil edərək və yayaraq, belə bir təsəvvür formalaşdırmağa çalışır ki, guya, Azərbaycan Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti həyata keçirir. Aydındır ki, bu bəyanat, Fransadakı erməni lobbisinin səyləri nəticəsində ərsəyə gəlib və onun maraqlarına xidmət edir. Qeyd etməyi vacib sayırıq ki, KİV qurumunun hansısa materialı siyasi konyukturaya uyğun olaraq işıqlandırması, “Jurnalistlərin hüquq və vəzifələrinə dair Beynəlxalq Münhen Bəyannaməsi”nin prinsiplərinə ziddir. Jurnalist və KİV qurumu bundan çəkinməli, ictimaiyyətin həqiqəti bilməsi üçün çalışmalıdır.
Belə mənfi meyillər, Azərbaycan və Fransa xalqları arasında münasibətlərə də ciddi zərər gətirir, Azərbaycan ictimaiyyətində Fransa haqqında mənfi rəyin yaranmasını sürətləndirir.
Öz sıralarında Azərbaycanın məşhur media orqanlarını, jurnalist təşkilatlarını birləşdirən Azərbaycan Mətbuat Şurası “Le Fiqaro” qəzetini və “Euronews”un Fransa xidmətini Qarabağ həqiqətlərinə həssas yanaşmağa çağırır, beynəlxalq hüququn norma və prinsiplərinə, Fransa dövlətinin də tanıdığı müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmağa dəvət edir. Şura hesab edir ki, bu media orqanları, ümumən, Fransa mediası Cənubi Qafqazda yenidən siyasi avantüra planlarını reallaşdırmaq istəyənlərə tribuna verməməli, reallığı görməli, ədalət prinsiplərinə əsaslanmalıdırlar. Yalnız bu yolla bölgədə davamlı sülhün yaradılmasına, Azərbaycan və erməni xalqlarının birgə təmsil olunduqları coğrafiyada inkişafa və tərərqqiyə, insan hüquq və azadlıqlarının qorunmasına töhfə vermək mümkündür.
İnanmaq istərdik ki, müraciətimiz səmimi qəbul ediləcək, müvafiq nəticə çıxarılacaq, vurğuladığımız məqamlar kifayət qədər həssas daxili təbiətə malik Cənubi Qafqaz bölgəsinə ədalətli yanaşmanı təmin etmək meyarı kimi, “Le Fiqaro” qəzeti və “Euronews”un Fransa xidməti də daxil olmaqla, bütövlükdə Fransa və Avropa mediasının gələcək fəaliyyətində nəzərə alınacaqdır".
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb