"Əmlakım əlimdən alınıb, onun dəyərini tələb etməyim niyə cinayət olub?” - Dünya çempionu iş adamını niyə həbs etdirmək istəyir? - Sensasion məhkəmə prosesində maraqlı sual-cavab
24-12-2022 [20:29]
Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azİmport” MMC-nin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, 5 qat dünya çempionu Azər Əsgərovun iş adamı Kamal Akimova qarşı şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Xatırladaq ki, bu iş üzrə məhkəmənin hazırlıq iclası dekabrın 9-da keçirilmişdi və iddiacı A.Əsgərov prosesə qatılmamışdı. Dünənki prosesdə “Azİmport” rəhbəri də iştirak edib.
İttiham aktına görə Kamal Akimov Cinayət Məcəlləsinin 182.3.2 (Zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir. İş adamı mətbuata bildirib ki, özü zərərçəkən olduğu halda “Azİmport” rəhbərinin şər-böhtanı ilə üzləşib. Onun sözlərinə görə, 2012-ci ilin avqust ayında Səbail rayonu, Ziya Yusifzadə küçəsi (keçmiş Xanlar küçəsi) 8 ünvanında yerləşən, 146 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsi Azər Əsgərova məxsus MMC tərəfindən dağıdılıb. Bir neçə il çəkən məhkəmə çəkişmələrindən, dövlət qurumlarına ardıcıl müraciətlərdən sonra “Azİmport” rəhbəri ona əmlakının əvəzi olaraq 800 min dollar ödəməyi öhdəsinə götürüb. Amma bu vəsaitin 500 min dolları iki il ərzində hissə-hissə ödənildikdən sonra Azər Əsgərov qalan məbləği verməkdən imtina edib. MMC rəhbəri daha sonra hüquq-mühafizə orqanlarına müraciət edərək Kamal Akimovdan şikayətçi olub. O, şikayət ərizəsində göstərib ki, iş adamı ona hədə qorxu gəlib, təhdid edib.
Mia.az Azpolitiko.info-ya istinadla xəbər verir ki, məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını təqdim edib.
O, çıxışında bildirib ki, Akimov Kamal Akimoviç Bakı Şəhəri Səbail rayonu, Həsən Abdullayev küçəsi 5 ünvanda yerləşən ofisində və Bakı şəhərinin digər ünvanlarında Azər Əsgərovu oğurlayacaqlarını, övladları və ailə üzvləri barədə bütün məlumatlara malik olduqlarını deyərək, 2 milyon ABŞ dolları məbləğində pul tələb edib: “2016-cı ildən 2018-ci ilə qədər Azər Əsgərovdan razılaşdırdığı 1 milyon 360 min manat təşkil edən 800 min ABŞ dolları puldan 500 min dollar hədə-qorxu ilə hissə-hissə alıb”.
Dövlət ittihamçısı deyib ki, Kamal Akimov Bakı şəhəri Səbail Rayonu, Xanlar küçəsi 8 ünvanda yerləşən 128 kv metr sahəyə malik qeyri-yaşayış sahəsinin “Azimport” şirkəti tərəfindən sökülməsini əsas gətirərək bu pulları tələb edib.
Daha sonra Azər Əsgərov ifadə verib. O da öz çıxşında ittiham aktında yazılanları təsdiq edib.
Kamal Akimov isə ittihamlara görə, özünü təqsirli bilmədiyini deyib. O, bildirib ki, ona məxsus ərazidəki qeyri-yaşayış tikililəri “Azİmport” şirkəti tərəfindən qanunsuz sökülüb. Uzun illər ərzində müxtəlif dövlət qurumlarına şikayətlərindən sonra əraziyə sahiblənən “Azİmport” şirkətinin timsalında Azər Əsgərovdan pulunu tələb edib. “Bu gün haqlı olduğum halda haqsız duruma düşmüşəm. Azər Əsəgrov mənim halal pulumu verməyib. Mənim əmlakım əlimdən alınıb. Əmlakımın dəyərini tələb etməyim nə zamandan cinayət olub?”, - Akimov sual edib.
İş adamının bu sözləri Azər Əsgərovla onun arasında mübahisəyə səbəb olub. Azər Əsgərov bildirib ki, onun şirkəti həmin ərazini almayıb: “Oranı alan da, tikintini sifariş verən də bəllidir. Mən orada layihləndirmə və tikinti işini görmüşəm”.
Onun bu çıxışından sonra müdafiə tərəfinin vəkili Ceyhun Yusifov Azər Əsgərova suallar ünvanlayıb:
Ceyhun Yusifov:
- Əgər Siz orada söküntü ilə məşğul olmamısınızsa, o zaman nədən “Azİmport”a məxsus texnikalar söküntünü aparırdı? Bunun üçün video sübutlar var…
Azər Əsəgrov:
- Mən bunu bilmirəm. Mənim texnikalarım çoxdur. Hər gün onları güdmək kimi zamanım da yoxdur.
Ceyhun Yusifov:
- İfadənizdə demisiniz ki, həmin dövlərdə sizi Milli Təhlükəsizlik Nazirliyinə çağırmışdılar. Sizi oraya niyə çağırıblar?
Azər Əsgərov:
- Məni Təhsin Ağayev və Füzuli Əliyev adlı şəxslər çağırıb. Bildirdilər ki, Kamala və bizə pul verməlisən.
Ceyhun Yusifov:
- Axı, sizin MTN-nə çağırılan dövrlə pul verdiyiniz dövrlər arasında fərq çoxdur…
Azər Əsgərov:
- Mən təkcə MTN-lə təhdid olunmamışam. Müxtəlif adamlar məni övladlarımın öldürülməsi ilə hədələyirdi. Başqa millətin nümayəndələri idi.
Bu arada prokuror “Hansı millətin, kimlər idi” deyə “Azİmport” rəhbərinə sual edib.
Azər Əsgərov cavabında deyib ki, Bayraq Meydanı yanında Dağıstan Respublikasına məxsus avtomobillər onu sıxışdırıb və uşağının şəkillərini ona göstərib: “Mən düşündüm ki, övladlarım mənim üçün puldan artıq deyil. Həmin zaman ailəmə mühafizəçi tudum. Polislər də mühafizə elədi”.
Ceyhun Yusifov:
- Dediniz ki, ailənizi mühafizə elədiniz. Nə zaman əmin oldunuz ki, təhlükə sovuşub?
Azər Əsgərov:
- Dedim axı, polisin mühafizəsi oldu.
Ceyhun Yusifov:
- Bəs təhlükə sovuşubsa, sonra niyə pul verdiniz?
Azər Əsgərov:
- Kriminal qrupların təhdidindən söhbət gedir. Siz axı bunu bilirsiniz ki, bu nə deməkdir?
Ceyhun Yusifov:
- Siz puldan qabaq 250 kv metrlik sahə təqdim etmisiniz. Ancaq tikintiyə baxırdınızsa, niyə o zaman bunu təklif edirdiniz?
Azər Əsgərov:
- Bu o zaman idi ki, mənə təhdid yox idi. Gəldi ki, söküblər, dedim problem yoxdur. Halallıq olsun. 2 milyon tələb edirdi. Yerinə uyğun 250 kv metrlik mənzil təklif etdik. Amma razılaşmadı. Sonrasını da bilirsiniz…
Ceyhun Yusifov:
- Bu gün Kamal Akimov sizdən aldıqlarını qaytarsa, 250 yox, 70 kvadrat metrlik sahə verərsiniz?
Azər Əsgərov:
- Artıq yox. Bu qədər olaylar oldu. Streslər yaşandı. Qanun nə deyirsə, elə də olsun…
Vəkil Ceyhun Yusfov daha sonra Azər Əsgərovdan onu da soruşub ki, hadisənin baş verməsindən 7 ilə yaxın vaxt keçib, bu müddət ərzində hüquq-mühafizə orqanlarına şikayət etməməsinin səbəbini nə ilə izah edə bilər?
“Bu suala Azər müəllim cavab verə bilmədi. Daha sonra ona sual ünvanladım ki, Akimov həmin sahənin ona məxsus olduğunu bildirib, tikilinin altındakı torpaq sahəsi ilə bağlı araşdırma apararkən nə bəlli oldu? Məlumdur ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kamal Akimovun müraciətini Səbail Prokurorluğuna göndərib. Müvəkkilimə qarşı cinayət işinin başlanması buradan yaranıb. Nəinki Azərbaycan, dünya hüquq tarxində belə şey olmayıb ki, vətəndaş icra hakimiyyətinə şikayət edir, müavin onun şikayətini rayon prokuroruna göndərir, rayon prokuroru isə şikayət edən vətəndaşa qarşı cinayət işi başlayır”, - vəkil əlavə edib.
C.Yusifovun sözlərinə görə, A.Əsgərova növbəti suallardan biri belə olub ki, Bayraq Meydanına gedərkən avtomobilin pəncərəsindən hədələndiyini bildirib, dəfələrlə dünya çempionu, Avropa çempionu, əməkdar idman ustası kimi həmin şəxslərə qarşı fiziki üstünlüyünü göstəribmi? Vəkil əlavə edib ki, bu suala da “Azİmport” rəhbəri cavab verə bilməyib.
Müdafiə tərəfinin nümayəndəsi Azər Əsgərovun söküntünün onlar tərəfindən aparılmadığı barədə cavabına daha bir sualla cavab verib. Ondan soruşub ki, söküntünü sizin şirkət aparmayıbsa, iş icraçısı olubsa, o zaman müqaviləni göstərin - vəkil qeyd edib.
Prosesdə maraqlı məqamlardan biri vəkil Ceyhun Yusifovun A.Əsgərova “bu günə qədər Akimovdan hüquq-mühafizə orqanlarına niyə şikayət etməmisiniz” sualına verdiyi cavab olub. “Azİmport rəhbəri deyib ki, “ürəyim belə istəyirdi, belə də etmişəm”.
Məhkəmənin növbəti iclası dekabrın 30-a təyin olunub.
Rasim ƏLİYEV
“AzPolitika.info”
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq