"Kanals.az" internet portalının rəhbərinə hökm oxunub
12-12-2022 [14:49]
"Kanals.az" internet portalının təsisçisi və rəhbəri işləmiş Ələkbərov Sənan Məmməd oğluna 5 il müddətinə hökm oxunub.
Mia.az xəbər verir ki, bu barədə hökm Şəki Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Xatırladaq ki, "Kanals.az" internet portalının təsisçisi və rəhbəri işləmiş S.Ələkbərov qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə təkrarən hədə-qorxu gəlib xeyli miqdarda pulunu hədə-qorxu ilə tələb etməsi barədə Yevlax Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında 22 fevral 2022-ci il tarixində Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqının davam etdirilməsi üçün Yevlax Rayon Polis Şöbəsinin İstintaq bölməsinə göndərilib.
Aparılan istintaqla müəyyən edilib ki, S.Ələkbərov G.Süleymanovanın rüsvayedici fotoşəkillərini özünə məxsus olan "Kanals.az" saytında və həmin adlı “youtube” internet səhifəsində yayacağı və onu işlədiyi işdən çıxartdıracağı hədəsi ilə hədə-qorxu gəlib. O, həmin məqsədlə 2021-ci ilin dekabr ayının ortalarında G.Süleymanovanın 1000 (bir min) manat məbləğində pulunu qəsdən hədə-qorxu ilə tələb edib.
Bundan başqa, S.Ələkbərov tanışı, 29 sentyabr 1981-ci ildə Ağdam rayonunda doğulmuş Rüstəmov Teymur Hüseyn oğlu ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax şəhəri, H.Əliyev prospekti 62-də yerləşən “Zeytun 9 Yevlax” aptekinin satıcısı Misirxanova Esmira Elxan qızının hədə-qorxu ilə tələb etməklə əmlakını ələ keçirmək məqsədilə 06 fevral 2021-ci il tarixdə günorta saatlarında qadının satıcı işlədiyi həmin aptekə gələrək əlində olan “Samsung” markalı mobil telefonun videokamerası ilə gizli çəkiliş aparıb. O, E.Misirxanovadan “Amaril 400” adlanan dərman vasitəsini pul ilə aldıqdan sonra həmin çəkdiyi videogörüntüləri T.Rüstəmovun mobil telefonuna vatsap vasitəsilə göndərib. T.Rüstəmov 07 fevral 2022-ci il tarixdə saat 16 radələrində E.Misirxanovanın fəaliyyət göstərdiyi “Zeytun 9” aptekinə gələrək onun həmin aptekdə satılması qadağan edilmiş dərman vasitələrinin satışı ilə məşğul olmasını deyərək ondan 5000 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib.
Bundan başqa, S.Ələkbərov Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər nümayəndəliyində baş məsləhətçi vəzifəsində işləyən Məmmədov Rafiq Yaqub oğlunun xeyli miqdarda pulunu ələ keçirmək məqsədilə özünə məxsus “Kanals.az” youtube internet səhifəsində “mədəniyyətsiz mədəniyyət işçiləri” adı ilə yayımladığı R.Məmmədovla aralarında baş vermiş mobil telefon danışığının səsyazısının həmin internet səhifəsindən silinməsi və sonuncunun barəsində Mədəniyyət Nazirliyinə müsbət fikirlər bildirməklə onu işdən çıxartdırmayacağı adı ilə hədə-qorxu gəlib. O, həmin görüntülərin özünə məxsus “Kanals.az” youtube internet səhifəsindən silinməsi üçün 2022-ci ilin fevral ayının ortalarında R.Məmmədovun xeyli miqdarda 15 000 manat pulu hədə-qorxu ilə tələb edib.
S.Ələkbərovun barəsində Cinayət Məcəlləsin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə və T.Rüstəmovun barəsində isə 182.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəki Ağır Cinayətlər Məhkəməsin hökmü ilə S.Ələkbərov 6 il və T.Rüstəmov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb