"Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq" - Zəfər Günü ilə bağlı daha bir tədbir (FOTOLAR)
07-11-2022 [13:41]
II Vətən müharibəsi öz birliyini və gücünü nümayiş etdirən xalqımızın qalibiyyəti ilə başa çatdı.8 noyabr 2022-ci il tarixində Azərbaycan xalqı 30 ildir həsrətlə gözlədiyi böyük və şanlı qələbəsini qazanıb.
Bu barədə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğundan Mia.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə ölkəmizdə hər il 8 noyabr tarixinin “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınıb:
"Zəfər günü - bu tarixi gün müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” adlı hərbi əməliyyatında qazandığı tarixi qələbənin təcəssümüdür. İllərlə düşmən tapdağında qalan tarixi torpaqlarımızın azadlığı qovuşduğu gündür.Bu əlamətdar günün ikinci ildönümü münasibətilə ölkəmizin bütün bölgələrində silsilə tədbirlər təşkil olunur".
Bildirilib ki, 8 Noyabr-“Zəfər günü” ilə əlaqədar həyata keçirilən tədbirlərdən biri də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ağstafa rayon Gənclər evi sosial xidmət müəssisəsininbirgə təşkilatçılığı ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində keçirilmişdir.Tədbirdə Ağstafa rayon idarə və təşkilatlarının rəhbərləri, rayon ziyalıları, şəhid ailələri, 44 günlük Vətən Müharibəsinin qaziləri və 25-ə yaxın könüllü iştirak edib.
Tədbir iştirakçıları qoruq ərazisində yerləşən, Ali Baş Komandan cənab İlham Əliyevin burada olması şərəfinə ucaldılmış “İlham Əliyev adına zirvə” önündə əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Hüseynovun ifasında vətənpərvər ruhda səsləndirilən saz sədaları altında qarşılanmış, “İlham Əliyev adına zirvə” haqqında onlara məlumat verilmişdir. Qoruğun direktoru Musa Mursaquliyev tədbiri açıq elan edərək qonaqları salamlamış, 44 günlük Vətən Müharibəsində qazanılmış zəfərdən bəhs etmiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, onların ailə üzvləri şəhidlər haqqında xatirələrini bölüşmüşlər.
Həmçinin Əfqanıstan–Azərbaycan Veteranları İctimai Birliyinin Ağstafa rayon şöbəsinin sədri Mirzahid Hacıyev və Ağstafa rayon Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Nicat Vəkilov çıxış etmişlər.
Daha sonra “İlham Əliyev adına zirvə”nin ətrafında dövlət bayraqlarımız və rayondan olan şəhidlərin şəkillərinin əks olunduğu lövhələrlə fləşmob baş tutmuşdur.
Şəhid ailələri və qazilərin iştirakı ilə “İlham Əliyev adına zirvə” ətrafında Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda şanlı tarix yazaraq şəhid olmuş qəhrəmanların xatirəsinə salınmış “Badam bağı”nda yeni Ağstafa rayonundan olan hər şəhidin xatirəsinə 1 ədəd badam tingi əkilmişdir.
Sonda qonaqlar çay süfrəsinə qonaq edilmiş və xatirə şəkli çəkdirilmişdir.
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK