Səlim Müslümovun məhkəməsində şahidlər ifadə verir: "Yığılan pulları Fuad Əlizadəyə verirdik”
05-11-2022 [22:17]
“Nöqsanların şişirdilməməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət şöbəsinin rəis müavini Nizami Xanlarova 12 min manat pul vermişəm”.
Mia.az Report-a istinadla xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində ifadə verən Xalis Həsənov deyib.
O bildirib ki, 2014-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul şöbəsinin rəisi işləyib: “İdarəmizdə qrafik üzrə yoxlamalar aparılırdı. Müəyyən nöqsanlar aşkarlandı. Nöqsanların şişirdilməməsi üçün Nizami Xanlarovla görüşdüm. Ona 12 min manat pulu otağında təqdim etdim".
Daha sonra şahid qismində Vüqar Əhmədli dindirilib. O söyləyib ki, 2014-cü ilin dekabrında nazirliyin sifarişi ilə tikilən evlər üçün 140 min manatlıq tikinti işini öz üzərinə götürüb:
“20 fərdi evə görə nazirliyin nümayəndəsi Natiq Əzizova 8 min manat pul vermişəm. Dövlətə vurduğum 175 min manat zərəri ödəmişəm. İşlərimin zəifləməsinə səbəb isə onların 1 milyon 100 min manatlıq müqavilədən 460 min manat pul vermələri olub”.
Digər şahid Elman Səfərov "Təmir Tikinti-M" şirkətin sahibi olduğunu söyləyib. Onun sözlərinə görə, 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Natiq Əzizov tikinti işlərinə cəlb edib: "Natiqlə danışığımızda müəyyən tələblər oldu və razılaşdıq. İki ev tikib təhvil verdim. Hər evə görə isə 6 min manat rüşvət verdim".
Prosesdə şahid Tağı Talıbov da ifadə verib. O, Lənkəranda idarələrin birində mühəndis vəzifəsində işlədiyini deyib: “Adıma firmalar açılıb və tikinti işləri həyata keçirilib. Həmin şirkətdə 3 min 698 manat yeyinti olub”.
Şahid Yaşar Hüseynovun sözlərinə görə, Fərəqət Miriyev adlı qohumu onun adına "Kəbələ" adlı şirkət açıb, 2 ev tikilib və 6 min 336 manat dövlətə ödənilməli borcu yaranıb.
Şahid Zahid Cabbarov "Qubadlı İnkişaf Təmir Tikinti" MMC şirkətinin sahibi olduğunu söyləyib. O bildirib ki, Ağcabədi rayonunda nazirliyin sifarişi ilə 4 fərdi ev tikilib:
“Natiq Əzizova otağında hər evə görə 3 min manat olmaqla ümumilikdə 12 min manat pul vermişəm. Evlərin tikintisinə görə şirkətə 229 min manat pul köçürülmüşdü”.
Şahid qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentinin audit sektorunda baş məsləhətçi vəzifəsində işləmiş Elxan Səlimov ifadə verib. Onun sözlərinə görə, hər gün müəssələrdə yoxlamalar apararaq rüşvət alıb rəhbəri olan Fuad Əlizadəyə verib:
“2014-cu ildə Bakı şəhəri üzrə müəssisələrdə yoxlamalar apararaq hüquqi şəxslərin işçilərə verilən əmək haqqı məbləğinin düzgünlüyü, onlarla bağlanan müqavilələrin qanunvericiliyin tələblərinə uyğunluğu zamanı bir sıra nöqsanlar aşkar edirdik və onlardan “şirinlik” alırdıq. Yığılan pulları isə 2005-2014-ci illərdə audit şöbəsinin rəhbəri olan, 2014-2018-ci illərdə isə Dövlət Əmək Müfəttişliyinin rəisi işləmiş Fuad Əlizadəyə verirdik. Hər obyektdən 300 manat pul alırdıq. Obyektlərə 2 nəfər gedirdik. Hər ay Fuad Əlizadəyə ümumilikdə 5 min manat pul verirdik”.
Şahid Telman Səfərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tikilməkdə olan obyektlərin İdarəsində texniki nəzarətçi vəzifəsində çalışdığını qeyd edib. O deyib ki, Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən evlərin təmirində müəyyən saxtakarlıqlar olub:
"Fəaliyyət göstərdiyim müddətdə Natiq Əzizova hər evə görə 5, 9, 15 min manat rüşvət verirdim. Evlərin təmirində iştirak edirdim. Məsələn 50 min manata rəsmiləşdirilən mənzili 30 min manata təhvil vermişəm. Evlərdə istifadə ediləcək materiallarda da yeyintilər olub. Mən Gəncədə, Mingəçevirdə olan evlərin təmirinə nəzarət etmişəm. Ayrılan vəsaitin yalnız 10 faizi təmirə sərf olunurdu. Qardaşım Elman Səfərovun tikinti işləri ilə bağlı 8 min 425 manat yeyintinin olmasından xəbərim var".
Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib.
Xatırladaq ki, şahid Nizami Xanlarovun Xalq artisti Zeynəb Xanlarovanın yaxın qohumu olduğu bildirilir.
Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.
Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq