Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12-10-2022 [00:03]
Qoç - günün ilk yarısı çətinliklərdən xali deyil. Problemlər sizi qorxutmasın. Onların öhdəsindən gələ bilərsiniz. Konstruktiv olun, yaranmış vəziyyəti təhlil edin. Yardıma zərurət yaranarsa, yalnız yaxşı tanıdığınız insanlara üz tutun.
Təəssüflər olsun ki, yeni tanışlardan yaxşı heç nə gözləməyə dəyməz.
Günün ikinci yarısında şirin vədlərə və irreal təkliflərə inanmayın. Yasaqlara, bilinməyənlərə sürəkli can atmayın. Məntiqli və soyuqqanlı olun, ağır səhvlərə yol verməyin.
Buğa - yeni və maraqlı işə başlamaq üçün əlverişli zamandır. Macəra axtarışına çıxsanız, emosiyaların təsiri altında hərəkət etməyin. Hisslər aləminə qapılmayın. Eksperimentlər edə bilərsiniz. Amma heç bir ehtiyac olmadan risk etməyin.
Günün ikinci yarısında görüşlər pis keçməyəcək. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün səy göstərin. Bacarıq və biliklərini nümayiş etdirmək imkanları olacaq.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - günün ilk yarısı pis keçməyəcək. Bədbinlik üçün heç bir səbəb yoxdur. Ən kiçik uğurlar və irəliləyişlər əhvalınızı yaxşılaşdıracaq. Səy göstərib əzmlə çalışsanız, ciddi irəliləyişə nail ola bilərsiniz.
Yeni işgüzar əməliyyata, layihəyə başlamaq üçün əlverişli zamandır. Yaxın gələcəklə bağlı planları müzakirə edin, onların reallaşdırılma yollarını nəzərdən keçirin.
Günün ikinci yarısında yeni tanışlarla ehtiyatlı olun. Adi günlərdən fərqli olaraq indi başqasının ideyalarını dərhal təqdir etməyin. Vədlərə və dilətutmalara aldansanız, belə yanlışlığın fəsadları xoşagəlməz ola bilər.
Xərçəng - hər şey alınacaq. Hətta gerçəkləşəcəyinə inanmadığınız ideyanızı reallaşdıra bilərsiniz. İşlər çoxdur və saatlar keçəndən sonra yorula bilərsiniz.
Tamamilə əldən düşdüyünüzü düşünə bilərsiniz. Amma az sonra "ikinci nəfəs" açılacaq və işlərdə nizam yaranacaq. Xoş sürprizlər istisna deyil.
Günün ikinci yarısında qəfil olay və ya təsadüf işlərinizi daha da rəvan edəcək. Bu gün sizin gününüzdür.
Yaxınlarınız və dostlarınızla ünsiyyət üçün yaxşı zamandır. Verdiyiniz suallara cavab alacaqsınız. Alış-verişə çıxarkən simiclik etməyin.
Şir - işlər o qədər parlaq olmasa da, lap pis deyil. Yaşamdan şikayətlənmək üçün ciddi səbəblər yoxdur. Fəqət emosional dəstək artıqlıq etməz. Yaxınlarınıza dəstək üçün müraciət edin, əhvalınızı yaxşılaşdırın.
Günün ikinci yarısı ailəvi tədbirlər, kiçik ekskursiyalar üçün əlverişlidir.
Maliyyə məsələlərinin həlli ilə məşğul olmaq əlverişli deyil. Pulla bağlı problemlərin müzakirəsini belə, təxirə salın. Maliyyə problemləri anlaşılmazlıqlara, qarşıdurmalara səbəb ola bilər.
Axşam saatlarına yaxın yaşam potensialının səviyyəsi aşağı düşəcək. Səhhətinizdə kiçik problemlər yarana bilər. Özünüzü qoruyun.
Qız - narahatlıq üçün ciddi səbəblər yoxdur. Xırda məsələlərə görə nigaran qalmasanız, gün pis keçməyəcək. İmkan varsa, yaxınlarınıza yardımlar edin. Sürpriz istisna deyil. Dəyər verdiyiniz insanlarla münasibətləri rəvan edin. Bu, əlaqələrə əla təsir edəcək.
Günün ikinci yarısında fəaliyyət ortamını dəyişə bilərsiniz. Şəraitdəki fərq yaşanan proseslərə müsbət təsir edəcək. Peşəkar fəaliyyətlə bağlı və ya önəmli saydığınız məsələ barədə maraqlı ideya yarana bilər.
Önəm verdiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Axşam saatlarını ailəvi istirahətə həsr edin.
Tərəzi - həddən artıq nikbinliyə qapılmayın. Eyforiyadan uzaq olun. Adi, ciddi olayların yaşanmayacağı gündür. Gərəkli işləri görün, rutin məsələlərlə məşğul olun. Hisslərinə qiymət verdiyiniz insana zəng vurun, onunla əlaqə saxlayın.
Emosional durumunuza nəzarət edin.
Günün ikinci yarısında ev işləri, ailə qayğıları ilə məşğul olmağı unutmayın. Çətinlikləri aradan qaldırarkən qeryi-trivial yolları seçə bilərsiniz. Təxəyyülü işə salın.
Axşam saatlarını evdən kənarda keçirin.
Əqrəb - günün ilk yarısıda problemlər az deyil. Ruhdan düşməyin, əsla geri çəkilməyin. Saatlar ötdükcə çətinliklərin öhdəsindən tədricən gələcəksiniz. Sizi sevindirəcək xəbərlər alacaqsınız. Gözlədiyiniz səfərə yollana bilərsiniz.
Fiziki işlə məşğul olmağı unutmayın.
Günün ikinci yarısında əks cins mənsubu ilə ünsiyyətdə çətinliklər yarana bilər. Dil tapmaq çətinləşir. Süni inciklik, boş məsələlərə görə inciklik yarana bilər. Sakit və soyuqqanlı olun. Emosiyaların əsirinə çevrilsəniz, onsuz da, birmənalı olmayan situasiya daha da ağırlaşa bilər.
Oxatan - həftə ərzində yaranan və formalaşan problemlərin həlli üçün münasib zamandır. Həmin çətinliklər həllini tapmayınca, çözüm ertələnincə işlərdə irəliləyişlər barədə düşünməyin. Süst və tənbəl olsanız, sonuclar sizi təəssüfləndirə bilər.
Günün ikinci yarısında özünütənqiddə ifrata varmayın. Situasiyada müsbət təmayülərin təsiri artır. Dürüst taktika seçsəniz, problemləri həll edə bilərsiniz.
Axşam saatlarında istirahət edin, qüvvələrinizin bərpası ilə məşğul olun. Bilik və bacarıqların artırılması, yaradıcılıq məşğuliyyəti üçün əlverişli zamandır. Təcrübəli insanlarla ünsiyyətdə olun.
Oğlaq - sizdən güclü insanlarla mübahisə etməyin. Tərəddüd etməyin. Kompromisslərə meylli olun, münaqişələrə səbəb yaratmayın. Ciddi məsələlərin həlli və ya müzakirəsini ertələyin. Bir qədər rahat çalışın. Səbrli, soyuqqanlı olun.
İndit məntiqi davranmalısınız.
Günün ikinci yarısında təbii materiallarla çalışmaqda xeyir var. Yaradıcılıq potensialınızın səviyyəsini artırın. Aktiv olun, qarşınıza qoyduğunuz məqsədə aparan yoldan sapmayın.
Mənasız sözlərə, dəyərsiz məsləhətlərə çox qulaq asmayın.
Dolça - tələskənliyə yol verməyin, vurnuxmaya aldanmayın. Əks təqdirdə çox tez yorulacaqsınız. Çoxdan yaranmış və hələ də həllini gözləyən problemlərin hamısını bu gün çözməyə can atmayın. Rutin və cansıxıcı işlərdən bəzilərini təxirə salmaq olar. Buna ehtiyac var, çünki önəmli işlə məşğul olmaq gərəkdir.
Günün ikinci yarısında planları reallaşdırmağa başlayın. Yaxın ətrafınızdakı insanların tələblərinə və iradlarına fikir verməyərək mühüm saydığınız məsələnin çözümü ilə məşğul olun. İntuisiyanızın səsinə qulaq asın. Alış-verişdə bədxərclik etməyin. Qənaətlə davranın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Balıqlar - günün ilk yarısı işlər üçün əlverişlidir. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün iradəli, qətiyyətli olun. İzafi səylərə, həddən artıq çalışmağa ehtiyac yoxdur. Özünüzü yormayın. Kənardan yardımlara və dəstəyə bel bağlamayın. Ağır işlərin öhdəsindən təkbaşına gəlməli olacaqsınız. Nəticə sizi pərişan etməyəcək.
Günün ikinci yarısında təmaslarda ehtiyatlı olun. Sizi aldatmağa, yanıltmağa çalışacaqlar. Kimlərsə bunu bilərəkdən, kimlərsə də doğru yol saydığı üçün edir. Sabiq həmkar və ya köhnə tanışla görüş ola bilər.
İşgüzar əlaqələriniz olduğu insanla əlaqə saxlamağı unutmayın.
Milli.Az
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!
Nizaminin icra başçısına ağır itki üz verib
“Azercell”dən xüsusi “Samsung” kampaniyası!
"Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və..." - XİN-dən paylaşım
Sumqayıtıda bir nəfər dəm qazından ölüb
DEPUTATLAR TOPLANIR: daha 12 qanun dəyişir - SİYAHI
Ev telefonları ləğv olunacaq? - Açıqlama
Britaniya Nigeriyaya təzminat ödəyəcək - 420 milyon funt sterlinq
Türkiyə gücləndikcə Qərb niyə əsəbləşir? -TƏHLİL
Xəzərdə balıqçılar xilas edilib - FOTO
Kirayəçi dəm qazından boğulub
Azərbaycan nefti cüzi ucuzlaşdı