Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10-10-2022 [00:14]
Qoç - narahat olmayın, nigaranlığa qapılmayın. Bədbin olmayın, aktiv çalışın. Gününüzü korlamayın. İşlər nə qədər çox olarsa, situasiyanızı bir o qədər nəzarətdə saxlaya bilərsiniz. Məhsuldar çalışın. Nəticələr səylərinizə proporsional olacaq.
Günün ikinci yarısında qəfil görüşlər olacaq. Onların əksəriyyəti xoş olmayacaq. Bir zamanlar xətrinə dəydiyiniz insanın könlünü alın.
Axşam saatlarına yaxın o qədər də xoş olmayan xəbərlər alacaqsınız. Gəlirlər istisna deyil.
Buğa - günün ilk yarısında mühüm qərarlar qəbul etməyin. Qarışıq, laübəli, mürəkkəb gündür. Səhv riski artır. Anlaşılmazlıqlar və gərgin münasibətlər başladığınız işləri bitirməyə mane olacaq.
Günün ikinci yarısında situasiyada ciddi dəyişikliklər olacaq. Məhz bu zamanda aktiv fəaliyyətə başlayın.
Tərəfdaşlıq üçün əlverişli zamandır.
Axşam saatlarında diqqətli olun. Qonaqlar gələcək. Hədiyyə və xoş sürprizlər istisna deyil. Şərtlərin uğurlu axarı maliyyə müstəvisində əlverişli zamandır.
Əkizlər - günün ilk yarısı qeyri-adi olacaq. Problemlərin həllində orijinal variantlar arayın. Sonuclarla yaxın ətrafınızdakı insanları təəcübləndirə bilərsiniz. Yaşanacaq olaylar yaşamınızda ciddi dəyişikliklərə səbəb olacaq.
Günün ikinci yarısında yeniliklərə müqavimət göstərməyin, yaxınlarınızla mübahisə etməyin.
İşdə rəhbərliklə fikir ayrılıqları istisna deyil. Qarşıdurmaya yol verməsəniz də, münaqişələrdə bəlli gərginlik olacaq.
Axşam saatlarında səhhətinizdə kiçik problemlər istisna deyil. Allergiya riski var. Zərərli vərdişlərdən imtina edin. Pəhriz saxlamaq olar.
Xərçəng - günün ilk yarısı asan və rəvandır. Ruh yüksəkliyiniz var. Ən ağır işlərin öhdəsindən gələ biləcəyinizi düşünürsünüz. Qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Reallığı dəyərləndirin, praqmat olun.
Günün ikinci yarısında görüşlərlə danışıqlar gözləntiləri doğrultmayacaq. Maliyyə problemləri istisna deyil. Axşam saatlarına yaxın işgüzar aktivlik arta bilər. Həddən artıq çalışmayın.
Yaxınlarınızla mübahisə etməyin. Müzakirələrdə konstruktiv olun. Ailə üzvlərinin qayğısına qalın. Münaqişələrin qarşısını alın.
Şir - diqqətli və sayıq olun. Ən kiçik işlərə ciddi münasibət bəsləyin. İndiyədək öhdəsindən asanlıqla gəldiyiniz işlər indi daha mürəkkəb təsir bağışlayır. Problemlərin həlli üçün daha çox səylər göstərməli olacaqsınız.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün var gücünüzlə çalışın.
Günün ikinci yarısında qıcıqlı, aqressiv olmayın. Belə davransanız, nüfuzlu düşmən qazanacaqsınız.
Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın, onları pərişan etməyin. Onlara qayğı göstərin, diqqətli olun.
Axşam saatlarında romantik görüşə dəvət ala bilərsiniz. Etiraz etməyin.
Qız - günün ilk yarısı gərgin, çətin olacaq. Əsəbləşərək səhvlərə yol verməyin. Xoşagəlməz söhbətlər, münaqişələr, münasibətlərin aydınlaşdırılması istisna deyil. Müttəfiq saymağa adət etdiyiniz insanların sizə münasibəti dəyişə bilər.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Dəyər verdiyiniz insanlarla təmasları aktivləşdirin. Maliyyə məsələlərinin müzakirəsini ertələyin. Əks təqdirdə fikir ayrılıqları və ixtilaflar yarana bilər.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - günün ilk yarısı uğurlu zamandır. Müxtəlif kommersiya anlaşmaları, ticarət, sövdələşmə və müqavilələr üçün əlverişli zamandır. İşgüzar duyumunuz kəskin olmalıdır. Pullarınızı boş və mənasız məqsədlə xərcləməyin.
Maliyyə problemlərinin həllini ertələyin. Məhsuldar çalışsanız, əməyinizin nəticələrindən razı qalacaqsınız.
Günün ikinci yarısında şəxsi münasibətlərinizdə irəliləyişə nail olacaqsınız. Təmasları daha etibarlı və miqyaslı edin. Köhnə dostlardan biri ilə bağlı münasibətlərə yenildən baxmaq olar.
Axşam saatlarını romantik keçirmək olar.
Əqrəb - əsəbləşməyin, aqressivləşməyin. Narahatsınızsa, ruhi müvazinətinizi itiribsinizsə, vəziyyət daha da ağırlaşa bilər. Yaşanan olaylar sınaqlardır və onların öhdəsindən gəlməyə çalışın. Prinsiplərinizlə məqsədlərinizdən imtina etməyin.
Bu gün sərt qərarlar qəbul etməlisiniz.
Günün ikinci yarısında əzmkar olun.
Kiçik anlaşılmazlıqlar, problemləri ürəyinizə salmayın. Şəxsi münasibətləri korlamayın. Uğursuz təsadüfləri təhlil edərək özünüzü suçlamayın. Yeni, heç bir səbəb olmadan problemlər yaratmayın. Fitnələrə uymayın, şirnikləndirici vədlərə inanmayın.
Oxatan - günün ilk yarısında yaranan imkanlardan maksimal dərəcədə effektiv istifadə edin. Fəal olsanız, uğur əldə edəcəksiniz. Tələsin. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq. Ən sadə işləri bitirmək asan olmayacaq.
Həddən artıq mübahisə etməyin, sınanmış müttəfiqlərin xətrinə dəyməyin.
Günün ikinci yarısında müttəfiq və dostlarınızdan bəziləri sizə yardım etməkdən boyun qaçıra bilərlər.
Önəmli maliyyə məsələlərinin həlli ilə məşğul olmayın. Alış-veriş üçün münasib zamanı deyil. Ciddi məqamların müzakirəsini təxirə salın. Asan və maraqlı iş tapın. Öz əhvalınızı korlamayın, yaxınlarınızın xətrinə dəyməyin.
Oğlaq - günün ilk yarısı hadisələrlə zəngin, əlverişli olacaq. Doğrudur, son vaxtlar sizi narahat edən məsələləri asanlıqla həll etməyə imkan yaranmayacaq. Amma əhvalınız korlanmasın. Nikbin və aktiv olun. Faydalı tanışlıqlar istisna deyil.
Romantik macəralar istisna deyil.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. İşlər ağırlaşır, situasiya çətinləşir. Başladığınız işlərə marağınız azalmasın. Bədbinliyə qapılmayın.
Dolça - günün ilk yarısı uğurlar vəd edir. Süst olmayın, tənbəllik etməyin. Ağır işdən qorxmayın. Öz işlərinizi görməklə yanaşı, başqasının problemlərini də həll etməli olacaqsınız.
Belə perspektiv sizi çəkindirməsin.
Günün ikinci yarısında çətin vəziyyətə düşmüş insanlara yardım edin. İndiyədək sizə layiq olduğunuz qiyməti verməyən insanların mövqeləri, münasibətləri dəyişəcək.
Qəfil gəlirlər, hədiyyələr və sürprizlər istisna deyil. Köhnə dostlar və ya uzaq qohumlardan biri ilə bağlı məlumat sizi sevindirə bilər.
Axşam saatlarını ailə işlərinə həsr edin.
Balıqlar - günün ilk yarısında diqqətli olun. Yaşanacaq olaylar az sonra yaşamınıza təsir edəcək. İntuisiyanız iti olsun. Nəyi nə zaman etməyin gərəkdiyini müəyyənləşdirin. Dəqiq olun ki, qərarlarınızla bağlı sonradan təəssüf hissi keçirməyəsiniz.
Günün ikinci yarısında yeni peşəkar maraqlar və məqsədlər yarana bilər.
Şəxsi münasibətlərinizdə dəyişikliklər olacaq. Özünüzü daha yaxşı tanıyın. Məziyyətlərinizi dəqiqləşdirin. Yaxın ətrafınızdakı insanlarla dil tapın.
Çoxdankı fikir ayrılıqlarını və ixtilafları unudun.
Milli.Az
Məktəb idarəçiliyində süni intellekt: liderlik üçün yeni imkanlar - VAHİD TAĞIYEV YAZIR
Maştağafa obyekt yanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
"Neftçi"nin baş məşqçisi oxşar forma ilə meydana çıxmalarını belə cavablandırdı - VİDEO
Ağsuda 14 yaşlı qıza qeyri-etik hərəkət... - İki nəfər saxlanıldı
Məhkəmə-Hüquq Şurasının üzvləri Albaniyada görüşlər keçiriblər
"Neftçi" yeni məşqçi ilə qələbə qazandı - Emin Əmrullayev "Karvan -Yevlax" matçını meydanda izləyib (FOTO, VİDEOLAR) - Yenilənib
Dəmiryolu ərazisində vaqona toxunan məktəblini elektrik cərəyanı vurub - "Vəziyyəti ağırdır" (VİDEO)
Polkovnik Füzuli Musayev hakimləri və rəqib komanda üzvlərini söyüb? - Qalmaqal necə bitəcək?
Şəkidən Bakıya piyada gələn tanınmış idmançı: "Bu yürüş birliyin yoludur" - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub
SÖZÜMÜZ İMZAMIZDIR! - Azərbaycanın sülh çağırışları
Meyxanaçı Ağakərim Maştağada dəfn olunub (Yenilənib)
Azərbaycan nefti cüzi bahalaşdı
“İş yoldaşı qışqırdı ki, uşaq qaldı 20 tonluq çənin altında" - VİDEO
“Özümü birmənalı olaraq təqsirli bilmirəm" - Kamran Əsədov haqqındakı iddialara belə cavab verdi
Keçmiş partiya sədri məhkəmədə: "Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı" - "Onun niyyəti pisdir, istəyir ki, məni həbs etdirsin"
ABŞ Suriyada əməliyyata başladı: "Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İstintaqa çağırılan "Fənərbağça" prezidentindən ilk açıqlama: "Heç nədən qorxmuram"
İstanbulda məşhurların həbsi davam edir - Bir aktrisa qonşunun, digəri isə gecə 03.00-da öz evində saxlanıldı
ŞOK: "Fənərbağça" prezidentinin evində narkotik axtarıldı - Sadettin Saran istintaqa çağırıldı
"Beşiktaş" axtardığı oyunçunu Hollandiyada "tapdı"
İsrail ordusuna əmr verildi: "Daş atanları öldürün!"
Tramp: "O, mənim nə istədiyimi dəqiq, özü də hamıdan yaxşı bilir"
Putin Avropanı hədələdi: "Nəticələri ağır olacaq"
Putin Ukraynada bir neçə şəhəri ələ keçirmək üzrə olduqlarını dedi: "Sizdədirsə, niyə içəri girmirsiniz?"
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Mia.az Xəbər Portalının iki əməkdaşı təltif olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Əhməd İsmayılov Türkiyədə - Burhanettin Duranla görüş olub + FOTO
Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib
Sumqayıt, Quba, Ağdam və İsmayıllıda yaşıllıqları qırıblar
QƏBUL İMTAHANI İLƏ BAĞLI MƏHKƏMƏ: Kamran Əsədovla Gündüz Abbasov hakim qarşısına çıxarıldılar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var
Beyləqanda kanalizasiya quyusuna düşən azyaşlı ölüb
Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərildi - FOTO
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
ABŞ-da qaçırılan kiçik təyyarə qəzaya uğrayıb