Xaçmaz və Goranboyda elektrik enerjisinin verilişi bərpa olunub

img

25-09-2022 [11:25]


Güclü külək səbəbindən dünən Xaçmaz rayonunda elektrik enerjisinin verilişində yaranmış fasilə aradan qaldırılıb.

"Azərişıq" ASC-dən bildirilib ki, hadisədən dərhal sonra təmir bərpa briqadaları ərazilərə yollanıb.

ASC əməkdaşlarının səyi nəticəsində gecə saatlarında elektrik enerjisi verilişi tam bərpa olunub.

Xaşmazla yanaşı, Goranboy rayonunun kənd və qəsəbələrinə də elektrik enerjisinin verilməsi bərpa olunub.

Xatırladaq ki, hər iki rayona elektrik enerjisinin nəqli kəsilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR