Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
25-09-2022 [00:05]
Qoç - günün ilk yarısında məhsuldar çalışın. Tənbəllik etməyin, süstlüyə yol verməyin. Belə davransanız, rəqibləri üstələyərək yaxşı nəticələrə nail ola bilərsiniz. Həddən artıq çalışaraq özünüzü yormayın. İfrat yorğunluq səhhətinizə ziyan vuracaq.
Günün ikinci yarısında başağrıları, xroniki xəstəliyin kəskinləşməsi, ürək-damar sistemində problem istisna deyil. Zərərli vərdişdən əl çəkməyə çalışın.
Ailədəki problemlərin həlli, qohumlarla ünsiyyət üçün münasib zamandır. Dil tapa bilmədiyiniz insanlarla münasibətləri normallaşdırın. Emosiyaların təsiri altına düşməyin.
Buğa - çoxdan bəri maraqlandığınız işə başlamaq zamanıdır. Həmin işi indiyədək çox ağır, mümkünsüz hesab edirdiniz.
Gün uğurludur. Sizə məsləhətlə və əməli fəaliyyətlə yardım edəcək insanlar var. Gəlirlər və uğurlu alış-veriş istisna deyil.
Günün ikinci yarısı qısamüddətli səfər, səyahət, fəaliyyət arealının dəyişdirilməsi üçün əlverişlidir. Dəvət aldığınız tədbirə qatılın. Diqqət mərkəzində olacaqsınız. Qeyri-adi, hətta ekstravaqant qərar və ya addımlar istisna deyil.
Əkizlər - əvvəllər başladığınız işlərin başa çatdırılması üçün səylərinizi davam etdirin. Aktiv olun, mühüm məsələlərin həllini ertələməyin. Pedant və səliqəli olun. Belədə işlərdə səhvlərə yol verməyəcəksiniz. Maliyyə məsələləri və sənədləşdirmələrdə sərvaxt olun. Məmurlarla ünsiyyətdən kənarlaşmaq mümkün deyil. Dövlət qurumlarının mənsubları ilə təmaslarda sayıq olun.
Günün ikinci yarısı bilik və bacarıqların artırılması, düynagörüşünün genişləndirilməsi üçün pis deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səylərinizi əsirgəməyin. Əlaqələrdə sayıq olun. Əldə etdiyiniz məlumatlardan və ya təcrübənizdən öz məqsədləri üçün istifadə etmək istəyən insanlar var.
Xərçəng - pozitiv emosiyalar vəd edən maraqlı gündür. Dəyər verdiyiniz insanla bağlı xoş xəbər alacaqsınız. İşgüzar danışıqlar pis keçməyəcək. Əməkdaşlıqla bağlı maraqlı təkliflər ala bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla mübahisə etməyin. Hər hansı məsələ ilə bağlı fikir ayrılığı ixtilafa səbəb olmamalıdır. Axşam saatları ailəvi istirahət üçün münasibdir. Son vaxtlar darıxdığınız insanla qarşılaşacaqsınız.
Kəsilmiş əlaqələri bərpa etmək olar.
Şir - günün ilk yarısında həddən artıq çalışmayın. İfrat yorğunluq arzuolunmazdır. Mühüm məsələnin həllini ertələməyə çalışın. Təmkinli və soyuqqanlı davranın. İşdə kiçik anlaşılmazlıqlar və ixtilaflar istisna deyil. İndiyədək birgə əməkdaşlıq etdiyiniz, dil tapdığınız insanlarla mübahisə etməyin.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Anlaşma və sövdələşmələr gözlənilən effekti verməyəcək.
Axşam saatlarında müstəqil çalışmağa, tək qalmağa can atın. Son günlərin hadisələrini təhlil edin. Rutin ev işləri sizi yormayacaq, sinirləndirməyəcək. Kulinar eksperimentlər pis olmayacaq.
Qız - işgüzar görüşlər və şəxsi münasibətlərdəki məsələlərin həlli üçün yaxşı zamandır. İlk dəfə çalışdığınız insan ümidləri doğruldacaq. İndiyədək sizə rəğbət bəsləməyən insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın. Peşəkar fəaliyyətdə yeni layihələr və işlər üçün pis zaman deyil. Yeni işə başlamaq olar.
Günün ikinci yarısında səfər və ya səyahət yaxşı alınacaq. Uğurlu alış-veriş etmək, maraqlı insanlarla qarşılaşmaq mümkündür. Ailə üzvləri ilə ü
nsiyyət əhvalınızı yaxşılaşdıracaq. Emosiyalara aldanmayın, hisslərin əsiri olmayın.
Tərəzi - ehtiyatlı olun, zərurət olmayan yerdə risk etməyin. Belə davrasanız, günün ilk yarısında qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Səbrli olun və bilin ki, can atdığınız nəticəni sürətlə, qısa müddətdə əldə etmək mümkün deyil.
Kiçik maliyyə itkiləri istisna deyil. Günün ikinci yarısında alış-verişi təxirə salın. Xərclər mənasız ola bilər.
Axşam saatlarını rəğbət bəslədiyiniz insanlarla keçirin. Belə təmaslar əhvalınızı yaxşılaşdırmaqla yanaşı, maraqlı ideyalar və yeni imkanlar vəd edir. Yeni tanışlara inanmağa tələsməyin. Onların niyyətləri düşündüyünüz qədər saf deyil.
Əqrəb - ayın əvvəlində başladığınız işi tələsmədən, sakit şəkildə bitirin. Sonuca varmaq, nəticələri nəzərdən keçirmək və ödənişi almaq zamanıdır. İşdə rəhbərliklə danışıqlar və müzakirələr aparmaq olar. Karyeranız və maaşınızı müzakirə edin.
Yeni iş yeri arayırsınızsa, maraqlı, cazibədar təklif ala bilərsiniz.
Günün ikinci yarısında önəmli məsələnin həlli adi günlərlə müqayisədə daha çox vaxt ala bilər. Yaxınlarınızın diqqətinizə ehtiyacı var. Sevdiyiniz insanla baş-başa söhbət üçün vaxt tapın.
Oxatan - məqsədə çatmaq üçün yaxşıca çalışmaq, çoxsaylı maneələri dəf etməli olacaqsınız. İnadkar, qətiyyətli davranın, rəqiblərin məkrli davranışlarına fikir verməyin. Problemin həllində improvizə edə bilərsiniz. Hansısa iş istədiyiniz kimi alınmırsa, yerinizdə saymayın.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün sərfəlidir. İşgüzar münasibətləri intensivləşdirin, əməkdaşlığı gücləndirin.
Yaxınlarınız sizi asanlıqla anlayacaqlar. Onlar istək və arzularınızı anlamağa çalışırlar. Yaxın ətrafınızdakı insanlarla bağlı intuisiyanız sizi yanıltmayacaq. Maliyyə fonu uğurlu deyil. Qərarlarınız kiçik də olsa, pul itkisinə səbəb ola bilər.
Oğlaq - peşəkar fəaliyyət sahəsində mövqeyinizin, karyeranızın asılı olduğu insanlala ünsiyyətdə sakit və təmkinli olun. İşgüzar danışıqlarda soyuqqanlı davranın. Etiket qaydalarına riayət edin, qaba danışmayın.
Emosiyaların təsirinə qapılaraq düşünülməmiş addım atmayın.
Günün ikinci yarısında tək qalmaq, müstəqil çalışmaq istəyəcəksiniz. Əfsuslar olsun ki, yaxın ətrafınızdakı insanlar bunu anlamırlar. Yaşlı qohumların ifrat diqqəti sizi qıcıqlandırsa da, hisslərinizə hakim olun.
Dolça - günün ilk yarısında diqqətli, təmkinli və soyuqqanlı olun. Ehtiyatlı davranın. Belə olarsa, çoxsaylı anlaşılmazlıq, xoşagəlməz hadisələr və ixtilaflardan qurtula bilərsiniz.
Aktiv olsanız, məqsədə çata bilərsiniz. Bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Fəaliyyətinizdə izafi emosionallığa varmayın.
Günün ikinci yarısında diqqətli olun, deyilənlərə fikir verin. Pozitiv emosiyalar almağa çalışın.
Maraqlı xəbərlər, informasiya, məlumatlar almaq mümkündür. Çoxdan bəri rəğbət bəslədiyiniz insanla qarşılaşa bilərsiniz. Yeni əməkdaşlıq və tərəfdaşlığa başlamaq üçün münbit şərait var.
Balıqlar - önəmli qərar qəbul etməyin, mühüm məsələlərin nəzərdən keçirilməsini ertələyin. Etibar etdiyiniz insanlarla məsləhətləşin. Bir müddət sonra faydalana biləcəyiniz əlaqələri kəsməyin. Emosiyaların təsiri altında addım atmayın.
Günün ikinci yarısında sakit, təmkinli, soyuqqanlı şəkildə çalışın. Yaşam potensialınızın səviyyəsi aşağıdır. Axşam saatlarına yaxın yorğunluq hissi arta bilər.
Normal istirahət etməyə can atın.
Milli.Az
27 yaşlı şəxs xanına qıydı - Şəkidə
Gürcüstan Parlamentinin sədri Bakıya gəlib - FOTOLAR
Prezident İlham Əliyev Aleksandar Vuçiçlə görüşüb - FOTOLAR
Yusif Səmədoğlu adına nəsr yarışmasının qalibləri açıqlandı - Onlar kimdir? (FOTOLAR)
İlham Əliyev Bolqarıstan prezidentini Azərbaycana səfərə dəvət edib - Serbiyada görüş (FOTOLAR)
İlham Əliyev Serbiyada: Prezident Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışına qatılıb - FOTOLAR (Yenilənir)
Sabah hava necə olacaq? - Proqnoz
Ceyranbatanda mənzildə partlayış olub - Ev sahibi yaralanıb (FOTO)
Gəncədə toyda kütləvi dava: 3 nəfər bıçaqlanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Nazirlikdə korrupsiya: "Yoxlamalar zamanı 950 min manatı ona vermişəm..." - Generalla polkovnik məhkəmədə mübahisə etdi
İlham Əliyev Keniya prezidentinə məktub göndərib - MƏTN
SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir - CƏDVƏL
Azərbaycan BMT-nin nüfuzlu konfransına ev sahibliyi edəcək
GÜCLƏRİN CƏNUBİ QAFQAZDAKI SAVAŞI və ya QƏRBİN GİZLİ PLANI... - Əliyev erkən seçkiyə niyə qəfil qərar verdi?
Zakir Həsənov generalları topladı, tapşırıqlar verdi - Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
İqtisadiyyat naziri vəzifədən çıxarıldı, yeni təyinatlar oldu - Sərəncam (Yenilənib)
Sabah yağış yağacaq
Tovuz rayon sakinini qatar vurub
PREZİDENT BU SƏFİRLƏRİ GERİ ÇAĞIRDI - Yeni təyinatlar
MƏHƏRRƏM ƏLİYEV VƏZİFƏDƏN ÇIXARILDI: yeni təyinat - Sərəncam
Şəhid anasının hədə-qorxu ilə pulunu alan şəxs qandallandı - FOTO
Qaradağda dəmir yolu xəttindən 500 metr relsi sökən oğrular tutuldu
Azərbaycan nefti bahalaşdı
"MƏN HƏR HANSI RİSK GÖRMÜRƏM, OLA BİLƏR Kİ..." - Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsinin TAM MƏTNİ (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə kuboku: 5-ci turun püşkü atılıb - Qarşılaşmalar
"Qalatasaray" "Adana Dəmirspor"u devirdi - 3 qolla
Rəsmi Tehran: "Quterreşin çağırışına məhəl qoymamaq qlobal təhlükəsizliyin çökməsinə səbəb olacaq"
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqlədi - CƏDVƏL (Yenilənib)
Ombudsman Səbinə Əliyevaya ağır itki üz verib
ZƏNGƏZURA SALAM OLSUN
"Seçkilərin vaxtının irəli çəkilməsi 3-cü dövlətlərin planlarının pozulması və..." - Zahid Orucdan sensasiyalı açıqlamalar
"Mənə elə gəlir ki, siyasi islahatlar tam şəkildə başa çatmayıb" - "Bəli, köhnədən qalma oliqarx nazirlər var"
Mərkəzi Xəstəxanada mənimsəmə və... - Cinayət işi açıldı
Vəzifəsini itirən Cəsarət Valehovdan qısa açıqlama: "Yeni iş fəaliyyətimlə bağlı sizə məlumat verəcəyəm"
QARABAĞ UNİVERSİTETİ İLƏ BAĞLI DAHA BİR QƏRAR VERİLDİ
Kamran Əliyev Şuşa və Göygölə yeni prokurorlar təyin edib
NAZİRLİYİN STRUKTURU DƏYİŞDİ: bu qurumlar ləğv olundu, yeni şöbələr yaradıldı - Cəsarət Valehov vəzifədən çıxarıldı (TƏYİNATLAR)
Özgür Özəldən Kılıçdaroğlunu ziyarət edib - Seçki müzakirə olunub
Dövlət Aqrar Universiteti ilə bağlı qərar verildi
Sarov kənd sakinlərinin müraciətləri “Açıq mikrofon”da - FOTOLAR
VERGİ XİDMƏTİNDƏ KÖKLÜ İSLAHAT: yeni idarələr yaradıldı - DETALLAR