"Bakcell" yaranan proqblemlə bağlı açıqlama yayıb

img

23-09-2022 [17:28]


Sentyabrın 21-də axşam saatlarında yaranmış texniki nasazlıq nəticəsində "Bakcell" MMC-nin xidmətlərindən istifadə etmək mümkün olmayıb.

Mia.az-ın mlumatına görə, bununlaa bağlı şirkət açıqlama yayıb.

Şirkət bildirir ki, hazırda şəbəkənin təkmilləşdirilməsi və ən son texnoloji həllərin tətbiqi istiqamətində beynəlxalq tərəfdaşlarla birlikdə böyük layihələr həyata keçirilir: "21 sentyabr tarixində axşam saatlarında şirkətin xidmətində yaranmış fasilə Nokia ilə birlikdə aparılan genişmiqyaslı modernizasiya işləri ilə bağlı olub.

Problemin həlli istiqamətində “Nokia”nın beynəlxalq dəstək komandası və “Bakcell”in texniki heyəti birlikdə çalışıb və texniki nasazlıq tam aradan qaldırılıb.

Xidmətlərimizin göstərilməsində yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR