Komitə sədrindən rəhbərlik etdiyi qurumun adının dəyişdirilmə təklifinə reaksiya: “Yanıma bu günə qədər xoşbəxt olan qadınlar gəlməyib"

img

21-09-2022 [16:24]


“Mən Ailə, qadın və uşaq məsələləri komitəsinin adının dəyişdirilməsinin tərəfdarı deyiləm. Çünki tənha yaşayan qadınlarımız var və onların da kifayət qədər problemləri var”.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin adının dəyişdirilməsi təklifinə cavab olaraq bildirib.

“Yanıma bu günə qədər xoşbəxt olan qadınlar gəlməyib. Axı niyə gəlsinlər? Bəzən müraciətə gələn kişilər qadının ailə üzvü olduğundan onların adının ayrı qeyd edilməsini istəmirdilər. Hesab edirəm ki, komitənin adında qadın sözünün qalması ilə qadınlara qarşı hörmətimizi, dəstəyimizi nümayiş etdirmiş olarıq. Eyni zamanda bu həm də qadını daha ruhlandırar ki, ona cəmiyyətdə dəstək var”.

Qeyd edək ki, komitənin bugünkü iclasında deputat Rəşad Mahmudov komitənin adından qadın sözünün çıxarılması və Ailə və uşaq komitəsi kimi adlandırılması təklifi ilə çıxış edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR