Ramin Hacılının cinayət işi: şahidlər və özü ifadə veriblər
14-09-2022 [15:18]
Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs 17 epizod üzrə ifadə verib.
O, Şəfəq Əsgərli və Asif Vəliyevin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib.
Daha sonra R.Hacılı məhkəməyə 11 bəndlik vəsatət təqdim edib.
Vəsatət təmin olunmayıb.
R.Hacılı zərərçəkmiş Nurlan Məmmədovun ifadəsinə münasibət bilrərək deyib ki, onu Almaniyada yaşayan qardaşı vasitəsilə tanıyıb:
"Qardaşım dedi ki, dostu öz ailəsi ilə birgə Almaniyada yaşayır. Həmin şəxs qardaşı uşaqlarını görmək istəyir. Bunun üçün də onlara səyahət təşkil edəcək bir etibarlı turizm şirkəti lazımdır. Həmin vaxt parlament seçkilərində Ümid Partiyasından namizədliyim irəli sürülmüşdü. Başım qarışıq olmasına baxmayaraq, qardaşımın sözünü yerə salmadım. Beləcə, Nurlanla görüşdüm. Ona iş üçün hər adam başına - hotel, gediş-gəliş bileti, sığorta, viza rüsumu 2 min manat olmaqla ümumilikdə 8 min manat düşdüyünü, 1000 manat isə xidmət haqqı olduğunu bildirdim. Bir müddət sonra Nurlanla metronun "28 May" stansiyasının yaxınlığında görüşüb rəsmi sənədlərini və 5 min manat ilkin ödənişi öz yanında Talıb adlı tanışıma təqdim etdim. Mənim işim bir vətəndaşı səyahət etməsi üçün turizm şirkətinə yönəltmək olub. Lakin istintaq tərəfi məni Nurlana AXCP adından saxta sənədlər təklif etdiyimlə ittiham edir".
Təqsirləndirilən şəxs söyləyib ki, zərərçəkmiş Anar Abdullayevi isə parlament seçkiləri zamanı tanıyıb: "Anar mənə seçkilərdə təbliğat təşviqat kampaniyasında köməklik edib. 2016-cı ilin yay aylarında Anar Almaniyaya qohumunun yanına ailəsi ilə birgə gəzməyə getmək istədiyini, lakin viza almaq üçün köməyə ehtiyacı olduğunu bildirdi. Anar və ailəsi üçün 4 gün Macarıstan, 3 gün Almaniyada olmaqla tur təşkil etdik. Bu səfər üçün isə hər adam başına 2 min manat olmaqla, ümumilikdə 6 min manat məbləğ lazım olacağını dedim. Anar da razılaşdı. İstintaqın ittihamına görə, mən Anar Abdullayevin AXCP üzvü olmasına dair saxta sənədlər hazırlayaraq ona təqdim etmişəm. Bunu qəbul etmirəm".
Digər epizod üzrə ifadə verən R.Hacılı bildirib ki, zərərçəkmiş Eldar Muxtarov ona Avropaya səyahət etmək üçün turpaket və viza təşkil etməsini xahiş edib: "Onun bütün sənədləri qaydasında idi. Yalnız iş yerindən arayış yox idi. Eldar mənim tanışım olduğu üçün ondan qazanc güdmədim. Özünün də məhkəmədə dediyi kimi, yalnız viza rüsumu, sığorta, sənədlərin notariat qaydada tərcümənin təsdiq edilməsi üçün 200 manat pulu çıxıb. İbtidai istintaq isə bu məbləği ondan dələduzluq yolu ilə ələ keçirdiyimi qeyd edib".
Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına görə, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.
Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Xatırladaq ki, digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb.
Əməkdar artist plastik əməliyyat etdirən qadınları "topa tutdu": "Yandan, qobaqdan görüntü, dodaq əcaib..."
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?