Mətbuat Şurasının qurultayının vaxtı bəlli oldu
06-09-2022 [17:21]
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.
Mia.az-ın məlumatna görə, iclası açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Şuranın Nizamnaməsinə əsasən hər dörd ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməli, İdarə Heyəti yenidən seçilməlidir. Bundan başqa MŞ-nin Nəzarət-Təftiş Komissiyanın tərkibi də yenilənməlidir. Prosedur qaydalara müvafiq olaraq ali məclisin düzənlənməsi üçün qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmalıdır.
“İndiyədək Azərbaycan jurnalistlərinin yeddi qurultayı keçirilib. Axırıncısı 2018-ci ildə baş tutub. Artıq vaxtdır. Bu, sayca səkkizinci ali məclisimiz olacaq. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq deyə bilərəm ki, qurultaya hazırlıq üçün formalaşdırılacaq Təşkilat Komitəsinin üzvləri bir qayda olaraq İdarə Heyətinin üzvlərindən təşkil edilir. Başqa təklif yoxdursa, yenə həmin qaydada olsun. Fikrimcə, birlikdə prosesə effektiv hazırlığı reallaşdıra biləcəyik”, - deyən Ə.Amaşov onu da vurğulayıb ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının təşkili məqsədilə Mətbuat Şurasına üzv təşkilatlarla müvafiq iş aparılmalıdır.
Üzv təşkilatlar qurultayda iştirak edəcək nümayəndəsinin və nümayəndələrinin adlarını TK-ya təqdim etməlidirlər. Bundan başqa onlar MŞ-nin İdarə Heyətində görmək istədikləri şəxslərin adlarını da bildirməlidirlər. Hər iki Nizamnamə prosedurunun tətbiqi üçün artıq anketlər hazırlanıb və onlar Mətbuat Şurasının presscouncil.az saytında “Azərbaycan jurnalistlərinin VIII qurultayı” adlı bannerdə yerləşdirilib.
Şuranın üzvləri ora daxil olaraq hər iki anketi endirə bilərlər. Anketlər doldurulub təşkilatın rəhbərinin imzası və möhürlə təsdiqləndikdən sonra skan edilib Şuranın info@presscouncil.az elektron ünvanına göndərilməlidir. Anketlər qeyd edilən prosedur yerinə yetirilməklə MŞ-yə şəxsən də çatdırıla bilər.
Ə.Amaşov qurultaya qədər TK-nın fəaliyyəti, eləcə də ali məclislə əlaqədar məsələlərə dair cəmiyyətə əlavə məlumatların veriləcəyini də diqqətə çatdırıb. MŞ sədri çıxışında həmçinin qurultayın sentyabrın 24-də təşkil olunmasını təklif edib.
MŞ İdarə Heyətinin üzvləri çıxışlarında Azərbaycan jurnalistlərinin indiyədək keçirilmiş qurultaylarının ölkənin ictimai həyatında mühüm əlamətdar hadisələr kimi yadda qaldığını vurğulayıblar. Onlar bu ənənənin davamlılığı üçün səkkizinci ali məclisə hazırlıq işlərinin də yüksək səviyyədə görülməsinin vacibliyini önə çəkiblər.
İclasda həmçinin qurultayın keçirilmə yeri, iştirak qaydası ilə bağlı bir sıra məsələlər müzakirə olunub, yekdil fikrə gəlinib. Qərara alınıb ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi yaxın günlərdə bunlarla əlaqədar ictimaiyyətə ətraflı məlumat versin.
Si Cinpin Prezident İlham Əliyevə məktubu ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"