Sabah hava necə olacaq? - Proqnoz

img

14-08-2022 [11:51]


Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən günəşli olacaq, cənub-şərq küləyi əsəcək.

Mia.az xəbər verir ki, havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti, Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacaq.  Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR