Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10-08-2022 [00:07]
Qoç - ifrat dərəcədə əqli və emosional yük tələb etməyən işlərlə məşğul olun. Münasibətlərdə diqqətli davranın. Dəyər verdiyiniz insanın gözləntisini anlamağa çalışın. Təzyiq və ya izafi aşkarlıq bu insanla təmasların ssenarisini qəflətən poza bilər. Maliyyə məsələlərində astagəllik hadisələrin inkişafına mane ola bilər. Verilən vədin yerinə yetirilməsinə çalışın. Axşam saatlarında qayğıkeş olun.
Buğa - işlərdə tam qarışıqlıq olsa da, rasional davranın. Günün ilk yarısında işlərin əksəriyyətini başa vurmağa çalışın.
Bu gün istədiyinizdən artıq güzəştə getməli olacaqsınız. Hadisələrə təsir imkanı çox azdır. Dəyişikliklərin məğzini anlamağa çalışın. Əməllərdə yox, alınan xəbərlərin təhlilində aktiv olun.
Maddi məsələlərdə problem yarana bilər. Pul yatırmayın, borc verməyin. Münasibətləri aydınaşdırmağa çalışsanız, münaqişə yarana bilər. Lazımsız əşyalardan qurtulun.
Əkizlər - baş verən hər işdə bir məna var. Yeni əlaqələr yaradın, köhnə təmasları bərpa edin, perspektivlər barədə düşünün. Əvvəllər sizi çox maraqlandırmış suallara cavab tapmaq olar. İnformasiyanı müxtəlif mənbələrdə arayın, yazışmanı bərpa edin. Dostla görüşün, qonaq gedin və ya qonaq qəbul edin. Ailədə etimad hər şeydən üstündür. Qısqanclıq üçün səbəb yaratmayın. Əks təqdirdə başağrısı olacaq.
Təmir üçün əlverişli gündür.
Xərçəng - hadisələri özbaşına buraxmayın, işlərdə qaydaya nəzarət edin. Təmaslar, gələn informasiya perspektivləri artırmaq və yenilikləri sürətləndirmək potensialına malikdir. İşlərə məsuliyyətli yanaşın, nəticəyə istiqamətlənmiş konkret fəaliyyətə üstünlük verin.
Şəxsi münasibətlər də çox önəmlidir. İtirilmiş hissləri geri qaytarmaq, baş tutmamış istəyi reabilitasiya etmək niyyəti yarana bilər. Heç bir nəticə verməyən niyyətdən əl çəkmək vaxtı gəlib çatıb.
Axşam saatları ünsiyyət üçün əlverişlidir. Lakin hər şey qədərində olmalıdır. Mübahisə etməyin, münasibətləri aydınlaşdırmağa çalışıb haqq-hesab çəkməyin.
Şir - yaranan çətinliklərə təmkinli reaksiya göstərin. Gərgin iş rejimində çalışmağınız istisna deyil. Yaxın ətrafınızdakı insanlardan biri sizə ötən vədini xatırladacaq. Borcları qaytarın, yardım edin.
Böyük dəyişikliklərin astanasındasınız. Detalların aydınlaşdırılması, suallara cavab alınması gərginliyi azaldacaq. Hər şey istədiyiniz kimi olmasa da, irəliləmək olar. Axşam saatlarında artıq iş görməyin, dincəlin, açıq havada gəzişin.
Qız - dəyişikliklər zamanıdır. Gələcəklə bağlı planları götür-qoy etmək, sakitcə düşünmək üçün vaxt tapın. Çoxdan planlaşdırdığınız niyyəti gerçəkləşdirmək, yeni mərhələyə keçmək, bezdiyiniz insan və ya nəsnədən qurtulmaq imkanınız var. Dünyanın ən bəxtəvər insanının kimsəyə möhtac olmayan adam olduğunu unutmayın.
Bütün sahələrdə praqmat olun. Alınan informasiyalara laqeyd yanaşmayın. Baş verənlər diqqətə layiqdir. Tələsməyin, tərəfdaş, iş yoldaşı və dostların əhvalı ilə niyyətlərinə huşyar olun. Ətrafınızdakı insanlarla münasibətlərdə hansı yanlışlığa yol verdiyinizi düşünün. Əgər başqasını anlamaq fikriniz varsa, hissiyatınız sizi aldatmayacaq. Yaxınlardan birinə yardım gərəkdir.
Tərəzi - bəzən güclü olmaq əslində heç nə etməmək, zəif təsir bağışlamaq isə güc tətbiq etməkdir. Güc sizin üçün bu gün müdriklik olsun. Yeri olan müdriklik. Heç nəyi mürəkkəbləşdirməyin, çünki həyatınızda, onsuz da, müxtəliflik yetərincədir. Maraqlı xəbər alacaqsınız. Ailədəki yeniliklər işə təsir edəcək. Ona görə qüvvələr balansını qoruyun və eyni vaxtda bir neçə işin öhdəsindən gəlməyə çalışın.
Şəxsi münasibətlərdə gərginlik mənbəyinə toxunmayın. Kimsəni öz işinizi bölüşməyə vadar etməyin.
Ünsiyyətdə ifrata varmayın. İstənilən fiziki iş, evdə çalışmaq fikrinizi dağıdacaq, sizə sakitlik verəcək. Nə zamansa verdiyiniz vədi yerinə yetirin.
Əqrəb - depressiyadasınız? Narahat olmayın, həyatınızda ciddi dəyişiklik yaşanır. Hadisələrin inkişafını, hissiyatınızı izləyin. Hansı istiqamətin optimal olduğunu qəlbiniz pıçıldayacaq.
Kitablarda olduğu kimi, istənilən işdə çoxlu pisdənsə, az yaxşı daha üstündür. Mövqelərinizi möhkəmlətmək üçün konkret addımlar atın. Tələsməyin, hər şeyi ələ keçirməyə can atmayın. Əvvəlcə müəyyənləşin. Yaradıcı məşğuliyyətdə maraqlı tapıntılar ola bilər. Maraqları dəyişmək və ətrafla qarşılıqlı əlaqənin çərçivələrini genişləndirmək üçün əlverişli gündür. Axşam saatlarında əməllicə istirahət edin.
Oxatan - tələblərin bəzilərindən imtina etmədən yenilik, üstünlüklərin bəzilərindən əl çəkmədən irəliləyiş alınmayacaq. Bir insanla isə yollarınızı ayırmalı olacaqsınız. Qüvvə və enerjiniz yeni fəaliyyət sahəsi, yeni maraqlar tapacaq. İndi həyatda intizam və nizama, müxtəlifliyin azalmasına, seçilmiş yolda səbatlı olmağa ehtiyacınız var. Uzanan gözlənti məhz indi situasiyanı hansısa qurban vasitəsilə xilas etmək ehtiyacı yaradır. Diqqət fokusunu dəyişin, seçim edin, üstünlüyü dəqiq dəyərləndirin. Boş səylər göstərməyin. Onsuz da, dəlik kuzəni su ilə doldurmaq mümkün deyil.
Oğlaq - qadınların iki silahı var: göz yaşı və göz boyası. Amma qadınlar bu silahların ikisindən də eyni vaxtda istifadə edə bilmirlər. Ona görə qadınlar bu gün sayıq, kişilər isə xanımlarla diqqətli olmalıdır.
Bəzi məsələlərdəki yeniliklər sizin dəyişkən mərhələyə qədəm qoyduğunuzdan xəbər verir. Nəyin necə olduğunu bildiyinizi düşünürsünüz. Belədirsə, ətrafınızdakı insanlara qarşı çox tələbkar olmayın.
İş yerində qaydaya riayət edin ki, həddən artıq işin olmasından dolayı stress keçirməyəsiniz.
İşin xətrinə zəhləniz gedən insanla belə, danışın. Peşəkar aktivliyə maksimum diqqət ayırın. Şəxsi həyatda anlaşılmazlıqla qarşılaşmamaq üçün hadisələri tələsdirməyin.
Dolça - bu gün faydalı işlə məşğul olmaq, yaradıcılıq ehtiyatlarından nəyisə əxz etmək olar. Ünsiyyəti yalnız onların yanında özünüzü rahat hiss etdiyiniz insanlarla məhdudlaşdırın.
Maraqlandığınız ünsürün axtarışına vaxt sərf etməkdən çəkinməyin. Ehtimalınızı doğruldan, sizi nəyə isə sövq edən məsələni diqqətdən qaçırmayın. Hisslərdə simic olub bütün diqqəti sizin üçün indi çox mühüm olan işə ayırın. Qayğı, güzəşt, yardıma ehtiyacı olan insana dəstək günüdür. Orqanizmi tonusda saxlamağa çalışın. İdman məşqləri və təmrinlər, fiziki iş faydalıdır. Unutmayın ki, insan dünyanı dərk etdiyi miqyasda özünü anlayır.
Balıqlar - işdə və evdəki münasibətlər, dostların biri ilə təmaslar indi hadisələrin sınağına çəkilib. Son günlər baş verənlər indi, bu gün daha da aktivləşəcək və transformasiya olaraq təsirlərə dönəcək.
Səbəblər sizə "Mümkün deyil!" deyəcək, məntiq "Ağılsızlıqdır!" söyləyəcək, qürurunuz "Faydası yoxdur" bildirəcək və yalnız arzu sizə "Sına, bəlkə alındı!" pıçıldayacaq. Günün təmayülləri pozitivdir, amma müəyyən gərginlik hiss olunacaq. Planlaşdırdığınız bəzi işləri başa vurmaq, yaxın ətrafınızdakı insanlara verdiyiniz vədləri yerinə yetirmək məcburiyyətindəsiniz. Problemlər, yanlışlıqlar üzə çıxacaq. Onları sürətlə həll etməyə çalışsanız da, ətrafınızdakı insanlarla rəvan münasibətləri qorumaq asan olmayacaq. İşdəki münaqişə ciddiləşə bilər. Bu gün dostlarla toplantını və ya sevdiyiniz insanla görüşü təxirə salın.
Milli.Az
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO