Mətbuat Şurasının sədri bəzi media orqanlarında intihar xəbərlərinin təqdimatına qarşı çıxdı: "Nə qədər demək olar ki..."
19-07-2022 [16:54]
“Nə qədər demək olar ki, intihar halları cəmiyyətə təqdim edilərkən mütləq qaydada konkret hadisənin ictimai motivinin olub-olmadığı araşdırılmalıdır? Tam mümkündür ki, kiminsə intiharı cəmiyyətin maraq və mənafelərindən irəli gələn problemlə əlaqədar olub”.
Mia.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, ola bilər ki, intihar hansısa vəzifəli şəxsin səlahiyyətlərindən sui-istifadəsinin məntiqi sonluğu kimi meydana çıxsın:
“Yaxud da intihar faktının araşdırılması cəmiyyətin tamamilə yanlış yönləndirildiyi reallığını ortaya qoysun. Media bütün bunlara öncədən diqqət yetirilməli və vurğu da intiharın özü yox, həmin motivin üzərinə qoyulmalıdır. Yəni jurnalistikanın işi bu olmalıdır. Bizdə isə məsələyə tam fərqli münasibət göstərilir. Əvvəl intiharın özü mümkün qədər səs-küylü boyalarla təqdim olunur, sonra daha çox telekanalların timsalında hadisəyə guya ictimailik gətirilir. Əslində isə tam əksər hallara məişət müstəvisindəki olay cəmiyyətə ictimai mahiyyət daşıyan məsələ kimi sırıdılır. Nəticə etibarilə özünə qəsd bir növ təbliğ olunur, ona maraq oyadılır, elə təəssürat yaranır ki, insanın düşdüyü çətin durumdan xilasının yeganə yolu elə odur. Belə çıxır ki, media intiharların sayının artmasına çalışır (?)”.
MŞ sədri qeyd edib ki, ümumən intiharlar və media mövzusu illərdir müzakirə olunur:
“Hər dəfə də bildirilir ki, intihar halları tarixin bütün dövrlərində olub. Yaxşı yadımdadır, yazılarımın birində qədim antik mədəniyyəti xalqlarının intiharlara qarşı həyata keçirdikləri sərt tədbirlərdən söz açmışdım. Həmçinin müasir dövrümüzdə intiharların ən çox Skandinaviya ölkələrində qeydə alındığını bildirmişdim. O ölkələrdə ki, onlarda həyat şəraiti kifayət qədər yüksəkdir. Yəni bütün bunları diqqətə çatdırmaq intiharların ictimai, psixoloji, mənəvi və sosial motivlərinə həssas yanaşmaq ehtiyacının əslində zərurət olduğunu vurğulamaq məqsədi daşımışdı. Amma görünən budur ki, media bu həssaslığı nəzərə almaqdan hələ də uzaqdır. Bəli, son dövrlər kütləvi informasiya vasitələrində intihar hallarının yayılmasında dinamiklik hiss olunur. Bu mənzərə isə illərdir söylədiklərimizin müəyyən mənada puça çevrildiyini göstərir. Məyusam, özü də çox.
Axı, tez-tez deyirik ki, media zövqlü auditoriya, tamaşaçı baxışı yaradır, ictimai rəyi yönləndirir. Ancaq müşahidə edirik ki, medianın formalaşdırdığı auditoriya nəyin ictimai əhəmiyyət daşıdığını anlamayacaq dərəcədə kordur. Baxın, televiziyada veriliş gedir, ölkədə az-çox tanınan adamlar yığılıblar, auditoriya onları nüfuz sahibi kimi tanıyır, qəbul edir və bu adamlar ilk baxışdan heç bir məzmunu olmayan hadisəni müakirəyə çıxarırlar, fikir bildirirlər, hərdən əsəbləşib özlərindən çıxırlar. Sizcə, mövcud durumda media necə bir tamaşaçı formalaşdırdı? Ad tapa bilmirəm. Amma təkrarlayım ki, o tamaşaçı intiharı sıradan məsələ kimi qəbul edəcək və adi bir çətinlikdən çıxış yolunu onda görəcək. Bu, kimə lazımdır?
Onu da həmişə bildirmişik ki, dövlət qurumlarının cəmiyyətə məlumat verilməsinə məsul struktur bölmələri də neqativ, insanları ruhdan salmaq ehtimalı böyük olan məsələlərə informasiya dəyəri qazandıraraq onu mediaya çatdırmaqdan uzaq dayanmalıdırlar. Yəni hansısa hadisənin ictimailik dərəcəsini, onun insanlara ziyanını əvvəlcə informasiya mənbələri düşünməlidirlər”.
Əflatun Amaşov vurğulayıb ki, bu kimi məsələlərdə jurnalistlərlə onlar arasında bir növ konsensus olmalıdır:
“Mümkündür ki, hər iki tərəf konkret məsələ ətrafında müzakirə apararaq onun cəmiyyətə çatdırılmasının nə dərəcədə mümkün olub-olmadığını dəqiqləşdirsin. Başqa sözlə, elə bir iş mühiti yaransın ki, informasiya mənbəyinin konkret hadisə barədə təfərrüatları cəmiyyətə çatdırmaq istəməməsi media tərəfindən məlumat verməkdən boyun qaçırmaq kimi dəyərləndirilməsin.
Yeri gəlmişkən, zaman-zaman hansısa hadisənin cəmiyyətə çatdırılmamasına söz azadlığı prizmasından yanaşmış, mövcud xüsusda intiharların da üzərinə gəlmişik. Əlbəttə, cəmiyyətdə söz azadlığı qorunmalıdır və jurnalistika bu azadlığın bir növ katalizatoru rolunda çıxış etməlidir. Amma sual yaranır: intiharların və bu kimi neqativ ovqat yaradan hadisələrin, eləcə də onların tükürpədici təfərrüatlarının insanlara çatdırılması söz azadlığıdır, yoxsa, söz azadlığından sui-istifadə? Axı ola bilməz ki, KİV cəmiyyəti neqativə kökləməkdə azadlıq tapsın. Söhbət yalnız ölkəmizdən getmir, bütün dünyada belədir.
Media cəmiyyətdə konfrantasiyaların dərinləşməsində maraqlı tərəf kimi çıxış etməməlidir, yaranmış hər hansı gərginliyin aradan qaldırılması üçün ortaq mənafelər tapmalıdır, uzlaşdırıcı mövqe tutmalıdır. Təbii ki, bunu problemlərə soyuq yanaşmaqla həyata keçirməlidir, emosiyalara qapılmamalıdır. Təəssüf ki, bu sadaladıqlarım böyük ölçüdə nəzərə çarpmır. Adi bir müşahidəmi bölüşmək istərdim. İntihar edən şəxsin-qazinin, yaxud şəhidin dəfnindən çəkilişlər gözümə dəyir. Yaxın qohumları, xüsusən də qadınlar dünyasını dəyişmiş şəxsin tabutunun üzərinə yıxılıb ah-nalə çəkirlər. Həqiqətən ağır mənzərədir. Ancaq dünyadan köçmüş insan üçün ağrı-acı ifadəsi mahiyyət etibarilə eyni təbiətdə olur. Dünyasını vaxtsız dəyişən ədiblər, yazıçılar və digər ictimai şəxslər də görmüşük. Media bir qayda olaraq onların dəfnindən, vida mərasimlərindən reportajlar hazırlayarkən ağrılı səhnələri yayımlamır. Hər halda mən belə hallarla rastlaşmamışam. Söhbət sırf belə demək mümkünsə, dəhşət mənzərəsinin təqdimatından gedir. Amma reportajlara, çəkilişlərə baxırıq ki, şəhidin, yaxud intihar edən şəxsin dəfnində dəhşət yaşanır. Heç düşünən olub ki, doğmasının tabutu, nəşi üstündə ah-nalə çəkən şəxs emosional durumu düzələndən sonra mediada, sosial şəbəkələrdə özünü görəcək və yenidən sarsıntı yaşayacaq? Özü də bu dəfə vaxtilə yaşadığı sarsıntını hamının gördüyünü düşünərək üzüləcək. Axı, sevinc hissi kimi dərd və acı da fərdidir. Bunu nəzərə almaq çoxmu çətindir? Görünür çətindir...”
Mətbuat Şurasının sədri deyib ki, ayrı-ayrı şəxslərin ölümü ilə yaşanan ağrı-acının ifadəsi mahiyyət etibarilə oxşardır, bütün hallarda tükürpədicilik, dəhşət var:
“Necə olur ki, jurnalist sırf bu baxımdan tutalım yazıçı ilə şəhid arasında fərq qoyur? Bəlkə jurnalistlər öz aləmlərində dəyər verirlər, həssas yanaşdıqlarını vurğulamaq istəyirlər? Belə deyil. Çünki jurnalistin silahı sözdür. O, güldürəndə də, ağladanda da, düşüncələrə qərq edəndə də, hətta hönkürtüyə salanda, qəhərə boğanda da bunu sözlə etməlidir. Axı biz vaxtilə jurnalistlərimizin dəfn və hüzr mərasimlərindən hazırladıqları təsirli materialları çox görmüşük. Heç biri barədə deməmişik ki, bu, insanlarda mənfi ovqat yaradır, neqativə kökləyir və s. Nəyə görə deməmişik? Çünki o materiallarda peşəkarlıq öndə gəlib.
Bəli, peşəkarlıq, peşəkarlıq və yenə də peşəkarlıq. Əslində biz media müstəvisindəki istənilən mənfi tendensiyanı məhz peşəkarlıq müstəvisində müzakirəyə çıxarmalıyıq. Peşəkarlıqda bütün məqamlar cəmləşib. Çox həssas durumlar var ki, onların aradan qaldırılmasında media, jurnalist məhz peşənin diktəsinə əsaslanmalıdır. Mən də əsaslanıram və ümid edirəm. Ümid edirəm ki, yaxın zamanlarda Azərbaycanda sözün əsl mənasında peşəkar media mühiti formalaşacaq. Ona da ümid edirəm ki, bu mühitdə təsadüfi şəxslərə, həvəskarlara meydan tanınmayacaq”.
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu