Jurnalist: "Boğazıma bıçaq dirəyəni ora göndərən var, bunu bilmək istəyirəm”
23-06-2022 [15:57]
“Təxminən bir həftə əvvəl mən Bakı şəhər Baş Polis İdarəsinə dəvət olundum. Mənə ötən müddət ərzində bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verildi”.
Mia.az xəbər verir ki, bu sözləri yaşadığı binanın liftində bıçaqlı hücuma məruz qalan tanınmış jurnalist
Aytən Məmmədova işlə bağlı hüquq-mühafizə orqanlarında gedən proses barədə Yeniavaz.com-a danışarkən deyib.
O bildirib ki, polis tərəfindən xeyli iş görülsə də, konkret nəticə yoxdur:
“Mənə qarşı cinayəti törədən şəxs və ya şəxslərin tapılıb cəzalandırılması üçün əməliyyat-istintaq tədbirləri davam edir. Hadisədən sonra ilk iki həftə ərzində az qala hər gün Bakı şəhər Baş Polis İdarəsində, Binəqədi rayon Polis İdarəsinə və ya 7-ci polis bölməsində olurdum, proseslərdə birbaşa iştirak edirdim. Həmin vaxt ərazidə olan bir çox adamların fotoları təqdim olundu və başqa məsələlər araşdırıldı. Sonradan təxminən 15 gün istintaqın gedişi barədə ümumiyyətlə, heç bir məlumatım olmadı.
Təxminən bir həftə əvvəl mən Bakı şəhər Baş Polis İdarəsinə dəvət olundum. Mənə ötən müddət ərzində bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verildi. Məlum oldu ki, ortada konkret nəticə olmasa da, xeyli işlər görülüb. Hadisədən əvvəl izlənmə, mənimlə bağlı məlumatların cinayətkara ötürülmə ehtimalını və s. nəzərə alaraq, texniki vasitələrdən istifadə olunmaqla bir çox məsələlər araşdırılıb.
Mənə qarşı törədilmiş cinayətlə əlaqədar əməliyyat-istintaq qrupunun rəhbəri Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərovdur. O, qrupun üzvlərinə bundan sonrakı addımlarla bağlı tövsiyələrini verib. Araşdırmalar müxtəlif istiqamətlərdə davam edir. Peşə fəaliyyətindən tutmuş, qohumlarıma qədər bir çox istiqamətlərdə araşdırma aparılır.
Cinayətin qeyri-aşkar şəraitdə baş verməsi, birbaşa bloku görən kameranın işlək olmaması müəyyən çətinliklər yaradır. Düzü, cinayətkarın fotorobotunu hazırlamaqda istintaqa kömək edə bilmədim. Həm onun üzünü çox qısa müddətdə - təxminən 1-2 saniyə ərzində görmüşdüm, ona görə bütün cizgilər, geyim və s. tam yadımda qalmayıb. Həm də mən, hətta ən yaxın adamlarımın belə fotorobotunu çəkmək üçün təsvir edə bilmirəm”.
Aytən Məmmədova bildirib ki, hadisənin təsirindən onda fobiya yaranıb:
“Ümid edirəm ki, cinayətkar və onu mənim evimə göndərən mütləq tapılacaq. Bu, mənim üçün çox vacibdir. Hadisədən sonrakı bir neçə həftə ərzində stress içində idim. Amma zaman keçdikcə yaxşılaşıram. Bununla belə, fobiya yaranıb. Bu gün də mən liftə tək minə bilmirəm, evə gələndə və ya gedəndə mütləq blokda kiminləsə olmalıyam. Hadisə həm də şəxsi həyatıma təsir göstərib.
Xüsusən onu göndərənin kimliyi mənim üçün vacibdir. Aydın məsələdir ki, mən cinayəti törədən şəxsi tanımıram və deməli, onu göndərən var. Göndərən kimdir, bunu bilmək istəyirəm”.
Qeyd edək ki, Aytən Məmmədova may ayının 8-də Binəqədi rayonunda, yaşadığı binanın liftində bıçaqlı hücuma məruz qalıb. Jurnalist hadisədən sonra ona qarşı edilən bıçaqlı hücumun birbaşa peşə fəaliyyəti ilə bağlı olduğunu bidirib. O, Tovuzun Dondarquşçu kənd sakini Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəmə proseslərini işıqlandırdığı üçün daha əvvəl də təhdidlərlə üzləşdiyini deyib.
Artıq Aytən Məmmədovanın bıçaqlı hücuma məruz qalmasından 46 gün keçsə də, saxlanılan yoxdur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, məsələ araşdırılır və yeni bir məlumat yoxdur.
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu