Elza Seyidcahanla jurnalist arasında efirdə gərginlik: "Şantaja görə heç nəyimi satmaram” - VİDEO

img

25-05-2022 [18:03]


Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.

Mia.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində baş verib.

Aparıcı Xoşqədəm Hidayətqızı Elzanın oğlunun anasına 1 000 manat göndərdiyini bildirib.

Zülfiyyə Qurbanova isə “Oğlun deyir ki, maşını satıb, qalan pulu ödəyəcək. Maşını satıb pulu verirsə, burada oturmağına ehtiyac yoxdur, burada niyə camaatdan pul yığırsan?” - deyə əlavə edib.

Bu sözlərdən sonra Elza ilə jurnalist arasında gərginlik yaranıb. 

“Mən icazə vermərəm ki, oğlum nə maşınını, nə telefonunu, nə də evini satsın. Şantaja görə heç nəyimi satmaram”, - deyə Elza vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 26.11.2022

Sabah yağış yağacaq