Ərdoğan NATO-nu tənqid etdi, açıq mesaj verdi: "Suriyadan Qarabağa və Ukraynaya qədər dik duruşumuz davam edəcək"
18-05-2022 [14:05]
“Balkanlardan Afrikayadək, hər yerdə olduğu kimi, Suriyada, İraqda, Liviyada, Şərqi Aralıq dənizində, Qarabağda, Ukraynadakı böhranlarda da həmişə olduğu kimi dik duruşumuzla hərəkət etmişik, hərəkət edəcəyik”
Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, indi NATO müxtəlif vasitələrlə Şərq sərhədlərini gücləndirməyə çalışır: “Ukrayna böhranının ardından atılan addımları təbəssümlə izləyirik. Çünki biz illərlə NATO müttəfiqi olaraq belə mənzərə ilə qarşılaşmadıq. Bizim uzun illər NATO-dan yeganə istəyimiz Türkiyənin də öz sərhədlərini müdafiə etməsinə eyni münasibət göstərməsi idi. Biz sərhədlərimizi terrorçulardan qorumaq istəyirik. Amma demək olar, bu məsələyə heç bir müttəfiqimiz istədiyimiz münasibəti göstərmədi.
İndi İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyir. PKK və YPG terror təşkilatlarına dəstək vermək, daha sonra isə NATO-ya üzvlük üçün Türkiyədən dəstək istəməyin məntiqi ola bilməz. Onlardan 30 terrorçunu istədik, bizə təhvil vermədilər. Belə bir haldan sonra Finlandiya ilə İsveçin NATO üzvlüyünə müsbət baxa bilmərik. Müttəfiqlərimizdən bizim narahatlığımızı anlamaqlarını, hörmət etməklərini və, mümkündürsə, dəstək vermələrini gözləyirik.Bizim terror təşkilatlarının sərhədlərimizə etdiyi hücümlarından qorunmaq kimi həssasiyyətimiz var. İllərdir buna görə acı çəkdik, itkilərimiz oldu, hələ də qiymətini ödəyirik. Buna heç bir müttəfiqimiz gözlədiyimiz səviyyədə hörmət və dəstək göstərmədi. PKK və İŞİD-in sərhədlərimizdə dayandığı bir zamanda ölkəmizdəki hava hücumundan qorunma sistemlərin götürüldüyü günləri unutmadıq. NATO çərçivəsində müttəfiqlərin Türkiyəyə qarşı sərgilədiyi münasibətə baxmayaraq, biz Alyans çərçivəsində bütün öhdəliklərini yerinə yetirir və əməldə NATO-nun fəaliyyətlərinə ən çox dəstək verən ölkəyik. Amma bu qarşımıza qoyulan hər bir təklifə sorğu-sualsız “hə” deyən deyilik. NATO-nun genişlənməsi bizim həssaslığımıza göstəriləcək hörmət çərçivəsində anlamlıdır. Həm PKK/YPG terror təşkilatına tam dəstək verib, həm də bizdən NATO-ya üzvlük üçün dəstək istəmək uyğunsuzluqdur”.
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var