Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Moldovada qeyd edilib - FOTOLAR
11-05-2022 [18:15]
2022-ci ilin 10 may tarixində ölkəmizin Moldovadakı Səfirliyində diaspor təşkilatımız Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, tədbir çərçivəsində ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş foto-şəkillərdən ibarət sərgi təşkil edilib.
Tədbirdə Moldova parlamentinin hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatı, Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Vitaliy Jakot, Moldovanın Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri Vera Petuhov, ölkənin ictimai-siyasi xadimləri, Moldovada yaşayan icmaların nümayəndələri, yerli və xarici tələbələr və çoxsaylı həmvətənlərimiz iştirak edib.
İlk növbədə, qonaqlar Ulu Öndərin Səfirliyin önündəki bağçada ucaldılmış büstü önünə gül dəstələri düzüb.
Tədbirdə giriş nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov qonaqları salamlayaraq dünya şöhrətli siyasi xadim Heydər Əliyevin doğum gününün hər bir azərbaycanlı, eləcə də bütün dünyada yaşayan həmvətənlərimiz tərəfindən sevinc və qürürla qeyd edildiyini bildirib.
Heydər Əliyevin həyat və fəaliyyətinin fədakarlığın, Vətənə, xalqa sədaqətli xidmətin bariz nümunəsi olduğunu vurğulayan səfir dahi liderimizin müdrik siyasətinin Azərbaycanın dövlət müstəqilliyini əbədi və sarsılmaz etdiyini diqqətə çatdırıb. Səfir qeyd edib ki, əsası ümumilli lider tərəfindən qoyulmuş milli dövlətçilik strategiyası, eləcə də iqtisadi-sosial inkişaf layihələri Azərbaycanın gələcək inkişafını müəyyən edib. Bundan əlavə, o, ulu öndərin layiqli davamçısı Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən 44 günlük Vətən müharibəsi nəticəsində Heydər Əliyevin Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi arzusunun gerçəkləşdirildiyini, bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini və azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin aparıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Sonda səfir ümummilli liderin Azərbaycanla bağlı sözlərini xatırlayaraq çıxışını yekunlaşdırıb.
Öz növbəsində, deputat V.Jakot çıxış edərək bildirib ki, hər bir xalqın tarixində müstəsna xidmətləri olan, dövlətçilik ənənələrini formalaşdıran ümummili lider vardır. Belə ki, Azərbaycan xalqının ümummili lideri XX əsrin görkəmli tarixi şəxsiyyətləri sırasında yer almış Heydər Əliyevdir.
Deputat qeyd edib ki, Heydər Əliyev dühası 1969-cu ilə qədər SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycanı çox qısa müddətdə inkişaf etmiş sənaye ölkəsinə, yüksək mədəniyyəti ilə bütün dünyada tanınmış ölkəyə çevirə bildi. V.Jakot diqqətə çatdırıb ki, Heydər Əliyevin birbaşa rəhbərliyi ilə neft sektorunun aparıcı nümayəndələri ilə bağlanmış “Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadi sahədə mühüm nailiyyətlər əldə edib. Beləliklə, Heydər Əliyevin sovet illərində və daha sonra Azərbaycanın müasir tarixi dövründə fəaliyyəti bir-birini tamamlayan iki mərhələ kimi qiymətləndirilə bilər. Onun müdrik və uzaqgörən rəhbərliyi altında Azərbaycanın müstəqilliyi, suverenliyi və dövlətçilik ənənələri möhkəmləndirilib. Eyni zamanda, çıxışında deputat Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində hazırda Azərbaycanın sosial rifah və iqtisadi inkişaf yolu ilə irəliləyən, beynəlxalq birliyin nüfuzlu üzvü kimi mövqeyini qoruyan, eləcə də regionun siyasətində mühüm rolu olan ölkə olduğunu vurğulayıb.
Daha sonra V.Jakot xalqın və dövlətin inkişafında böyük xidmətləri olan lider kimi Heydər Əliyevin həm Azərbaycan tarixində, həm də bütün dünya siyasətində dərin iz qoyduğunu qonaqların nəzərinə çatdırıb. Çıxışının sonunda deputat V.Jakot Moldova xalqı adından Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb, əsası Heydər Əliyev tərəfindən qoyulmuş xalqlarımız arasında sarsılmaz dostluq münasibətlərini və qarşılıqlı dəstəyi yüksək qiymətləndirdiyini dilə gətirib.
Daha sonra Moldovanın Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri V. Petuhov çıxış edərək Azərbaycanın rifahı və inkişafı yolunda misilsiz xidmətləri olmuş ulu öndərin görkəmli siyasi xadim, qayğıkeş ailə başçısı, uşaqlara, gənclərə, ahıllara, eləcə də cəmiyyətin bütün üzvlərinə diqqətlə yanaşan tarixi şəxsiyyət olduğunu vurğulamışdır. Çoxsaylı azərbaycanlıların ümummilli liderin anadan olmasının 99-cu ildönümünü qeyd etmək üçün Səfirliyə toplaşmasının təqdirəqlayiq olduğunu və Moldovada yaşayan digər icma nümayəndələri üçün örnək olduğunu bildirib.
MAK-ın sədri Elçin Bayramov çıxışında qeyd edib ki, bugünkü qüdrətli və nüfuzlu Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevdir. O bildirib ki, ulu öndərin əziz xatirəsinə ehtiram olaraq, dünya azərbaycanlıları, habelə Moldovada yaşayan soydaşlarımız Azərbaycanın yüksək səviyyədə tərənnüm edilməsi, sosial-iqtisadi sahədə inkişafının genişləndirilməsi istiqamətində çalışmalı və səylərini əsirgəməməlidir. E.Bayramov çıxışının sonunda xalqımızın liderinin xatirəsini daim uca tutduğunu, Ulu Öndərin ruhunu ehtiramla andığını bildirib.
Bundan əlavə, tədbirdə Moldovada yaşayan azərbaycanlı fəallar Maarif Rəhimov, Yasin Seyidov, Ramil Mamedov və digərləri çıxış edərək Heydər Əliyevin həyat və faliyyətindən söhbət açıb, dahi liderə həsr edilmiş şeir nümunələri səsdiriblər.
Tədbir və böyük maraqla izlənən sərginin sonunda qonaqlara milli mətbəximizə məxsus çay və şirniyyatlar təqdim edilib.
Tədbir və sərgi Moldova KİV-də rumın və rus dillərində geniş işıqlandırılıb.
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var