"Ərə ona görə getdim ki..." - Xumar Qədimovanın barəsində maraqlı məlumatlar açıqlandı
02-05-2022 [09:07]
Mia.az Kulis.az-a istinadən müğənni, Əməkdar artist Xumar Qədimova haqqında maraqlı faktları təqdim edir.
Xumar İttifaq qızı Qədimova 1966-cı il, aprelin 26-da Qazax rayonunda anadan olub. Ailədə ən ərköyün və həssas olan Xumar qarayanız, arıq qız olub. Özündən böyük bacılarına qarşı inanılmaz bağlılığı varmış. Bacısı Matan müsahibələrinin birində bu haqda deyir:
"Evdəkilərə bağlı olub. Ortada dayanıb, bir-bir uşaqların üzünə baxıb icazə istəyirmiş ki, hansı ilə birlikdə yatsın. Tək yox, evdəkilərlə, xüsusən də, anamla yatmağı istəyirmiş. Amma anam icazə verməzmiş, deyərmiş, öz yerində yat. Xumar da bir-bir hamıdan soruşarmış ki, olar, səninlə yatım? Daha çox böyük bacım Xumara razılıq verərmiş. O, kök, Xumar isə çox arıq qız imiş. Böyük bacıma həddindən artıq kök olduğu üçün "gonbul" deyirmişlər, Xumarın da acığı tuturmuş ki, niyə ona elə deyirsiniz? Böyük bacım yuxuda çevriləndə, Xumar yerə yıxılırmış. Hətta səhərə qədər də yerdə yatdığı olurmuş. Anam da gəlib oyadırmış, bax, öz yerin var, gül kimi, nədir gəlirsən onun yanına, o da sənə belə edir? Ortancıl bacım Xumarı çox döyürdü, çox vaxt da haqsız olurdu. Böyük bacım onu müdafiə edirdi. Çox kinli idi, buna baxmayaraq, Xumar ondan əl çəkmirdi, haqsız döyülsə də, ağlayırdı, gəlirdi tuturdu əlindən, deyirdi, gəl barışaq. O da günahkar ola-ola, Xumara deyirdi, "de bağışla, barışaq". Xumar da "bağışla" deyirdi".
Ən çox oğlanlarla dostluq etməyi, sinifdə arxa sıralarda oturmağı xoşlayan Xumarın bacısının və özünün sözlərinə görə ilk sevgisi dördüncü sinifdə olub. Xumar 10 yaşı olanda kürd əsilli məktəb yoldaşına vurulub.
***
1983-1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda "Kütləvi tamaşalar rejissoru" ixtisası üzrə təhsil alıb.
***
Müğənni erkən yaşda ailə həyatı qurub. Bu evlilikdən onun Uğur adlı oğlu dünyaya gəlib. Bir müddət sonra isə Xumar xanım həyat yoldaşından ayrılaraq oğlu ilə tək yaşamağa qərar verib. O, müsahibələrinin birində həmin günləri belə xatırlayır:
"İndi daimi ailə həyatımın olmasını istəməzdim. Ərə ona görə getdim ki, qanunlara boyun əyməyə məcbur olmuşam. Toy günümü heç vaxt xoş xatırlamamışam. Tələbəliyim çox gözəl olub. Universitetdə də həmişə fərqlənmişəm. Yadıma gəlir, universitetdə müəllimimə vurulmuşdum. Tanınmışdır, amma adını deməyəcəyəm. O da mənə vurulmuşdu. Təbii ki, sevgimiz kənardan-kənara bir-birimizə aşiq olmaqla bitdi. Hətta bir dəfə imtahan günü uşaqlar da hiss eləmişdi ki, müəllim mənə laqeyd deyil. Mən hisslərimi gizlədə bilirdim, amma o, gizlətməyi bacarmırdı. Uşaqlar mənə deyirdi ki, imtahana birinci sən gir, qoy müəllim səni görüb ürəyi açılsın, bizə də yaxşı qiymət yazsın. O, yaşca məndən çox böyük idi. Amma onu heç bir gəncə dəyişməzdim. Dəhşət sevirdim. Gözüm heç bir gənci görmürdü. Yeni ildə, bayramlarda hamı rayona gedirdi, mən isə ona görə Bakıda qalırdım. Vallah, bir-birimizə toxunmamışdıq. Sadəcə, onun olduğu şəhərdə rahat olurdum. Rayona getsəydim, bircə gün də dözə bilməzdim".
Xumar Qədimova ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda adminstrator kimi çalışıb. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda işləyib.
***
Xumar Qədimova 1997-ci ildə yaradıcılığına başlayıb. O, bu günə kimi 100-dən çox musiqi əsərləri səsləndirib. Daha çox "Gələcəyəm", "Ayrılıq", "Döz", "Bu məhəbbət yalan deyil", "Bilmirsən, qədrimi bilmə", "Təsbeh", "Dilbərim", "Ruhunla yaşayacağam", "Miyana gözlər", "Ay qəmərim", "Çiyələk ətirli qadın", "Gəl, inad etmə", "Yarım", "Dustaq bir də sevər oldu", "Yalan deyil", "Sarhoş", "Yalan dünya" kimi mahnılarla sevilib.
Xumar Qədimova Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərinə mahnı bəstələyib və ifa edib. Ən çox sevdiyi şairlər Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nazim Hikmətdir. Nazim Hikmət və Yunus Əmrənin şeirlərinə mahnılar bəstələyib.
***
Onun bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənnisi Kibariye, Yıldız Tilbe və başqaları ifa edib.
***
2007-ci ildə Türkiyənin Maslak şəhərində yerləşən möhtəşəm TİM konsert sarayında "Bir Can Turkiyə-Azərbaycan" adlı solo konsertlə çıxış edib.
Xumar Qədimova qardaşını və atasını vaxtsız itirib. Ancaq o, heç zaman onların məzarı üstünə getməyib. Bu haqda müsahibələrinin birində deyir:
"Mən məzarlığa ölməmək üçün getmirəm. Vallah, mən qəbiristanlığa gedə bilmirəm, ora getsəm ölərəm. Axı mən yaşamalıyam. Mən məni sevənlərə lazımam, mən balama lazımam. Adamlar tanıyıram ki, valideyn qədri, qayğısı bilməyib. Amma öləndən sonra onun ad günlərində aş dəmləyib, ziyarətə gedirlər. Bütün bunlar necə də saxta gəlir mənə. Əgər atam sağ olsaydı, mən ona mahnılarımın hamısını ifa edərdim. Atam isə ən çox "Yandım, elə yandım" mahnısını sevirdi".
Hazırda oğlu və bacısı Matanla birgə yaşayan müğənni gününün böyük hissəsini bacısı ilə birgə keçirir. Əməkdar artistin musiqi repertuarını da bacısı müəyyənləşdirir.
***
Müğənni 3 mart, 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib