Qurultayı nümayəndələri İlham Əliyevə müraciət ünvanlayıb - MƏTN
27-04-2022 [13:51]
Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Mia.az həmin müraciəti təqdim edir:
"Zati-aliləri!
Dünya Azərbaycanlılarının V Qurultayının təşkilində göstərdiyiniz yüksək diqqət və dəstəyə görə Sizə bütün qurultay iştirakçıları adından dərin minnətdarlığımızı bildiririk. Tədbirin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsinin xüsusi əhəmiyyəti və rəmzi mənası vardır. Biz bu tarixi hadisənin iştirakçısı olmaqdan şərəf duyuruq.
Vətən müharibəsindəki möhtəşəm Qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılaraq, hər bir azərbaycanlının yaddaşında silinməz izlər buraxmış milli birlik, rəşadət və qəhrəmanlıq salnaməsidir. İftixar hissi ilə bəyan edirik ki, məhz Sizin müdrik rəhbərliyiniz və qətiyyətli siyasətiniz nəticəsində Azərbaycan dövləti və xalqı bu sınaqdan alnıaçıq, üzüağ çıxmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın Ermənistan tərəfindən 30 il boyunca davam etmiş işğalına son qoyulması Sizin apardığınız uğurlu daxili və xarici siyasətin, müasir və güclü ordu quruculuğu istiqamətində gördüyünüz misilsiz işlərin bəhrəsidir. Məhz Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu erməni millətçilərinin 200 illik “dənizdən-dənizə böyük Ermənistan” xülyasını və Ermənistan ordusunun məğlubedilməzliyi mifini darmadağın edərək bu neofaşizm təzahürünə ağır zərbə vurdu. Vətənimiz və xalqımız qarşısında müstəsna xidmətlərinizi dünya azərbaycanlıları hər gün dərin minnətdarlıq duyğuları ilə anırlar.
Möhtərəm cənab Prezident!
Dünya azərbaycanlılarının son qurultayından ötən dövr ərzində diaspor quruculuğu sahəsində mühüm işlər görülmüş, ciddi uğurlar əldə edilmişdir. Sizin tapşırıq və tövsiyələrinizə uyğun şəkildə diaspor təşkilatlarının fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olunmuş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyət həyatına inteqrasiyası və onların ictimai-siyasi fəallığının artırılması sahəsində mühüm layihələr həyata keçirilmişdir. Azərbaycana dost münasibəti bəsləyən xalqların müxtəlif ölkələrdəki milli icmaları və diaspor təşkilatları ilə əlaqələr dərinləşdirilmişdir.
Xaricdə yaşayan azərbaycanlılara və diaspor təşkilatlarına dəstəyinizə görə Sizə minnətdarıq. Dünya azərbaycanlıları Sizin inamlı və məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycanın müstəqil dövlət kimi dünya siyasi səhnəsində öz yerini daha da möhkəmləndirməsindən və qlobal proseslərin fəal iştirakçısına çevrilməsindən qürur duyur. İnanırıq ki, Sizin rəhbərliyinizlə xalqımız qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcək, işğaldan azad olunmuş ərazilərimizi qısa zamanda bərpa edəcək, yenidən abadlaşdıracaq və gözəlləşdirəcəkdir.
Sizi əmin edirik ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və tanıdılması, dövlətimizin maraqlarının təmin olunması və mənafelərinin müdafiəsi naminə dünya azərbaycanlılarının daha mütəşəkkil qaydada təşkilatlanmaları üçün bundan sonra da bütün imkan və bacarığımızı səfərbər edəcəyik.
Bir daha bəyan edirik ki, dünya azərbaycanlıları Zati-alinizin Azərbaycanın tərəqqisinə, milli birliyimizin və həmrəyliyimizin möhkəmləndirilməsinə yönəlmiş siyasətini yekdilliklə dəstəkləyirlər.
Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə xalqımızı hədsiz qürurlandıran siyasətinizin Azərbaycanı bundan sonra da davamlı inkişaf yolu ilə daha firavan gələcəyə aparacağına əminik.
Bu müqəddəs yolda Sizə yeni-yeni uğurlar arzulayırıq".
Qeyd edək ki, müraciət aprelin 23-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında qəbul edilib.
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var