Sabiq nazir: "Təsərrüfat işləri ilə məşğul oluram, kitab oxuyuram" - MÜSAHİBƏ
20-04-2022 [15:17]
Azərbaycanın siyasi həyatında, hökumətdə təmsil olunaraq vaxtilə bir sıra vəzifələrdə çalışmış sabiq nazirlərdən bəziləri cəmiyyətlə əlaqələri kəsməyərək ara-sıra mətbuata çıxsa da, bir çoxları kölgəyə çəkilməyə üstünlük verir.
Bu mənada sabiq nazirlərin hazırda nə işlə məşğul olduqlaqrını bilmək maraqlı olardı.
Mia.az xəbər verir ki, Bizim.Media-nın müsahibi sabiq Əmək və Əhalinin Sosial Müdafiə naziri, bir müddət ölkəmizin Belarusda səfiri işləmiş Əli Nağıyevdir.
Sabiq nazir hazırda təsərrüfat işləri və mütaliə ilə məşğul olmağa üstünlük verdiyini deyib:
- Hazırda oturmuşam evimdə. Təsərrüfat işləri ilə məşğul oluram. Evdə, bağda o qədər iş var ki, bacardığım işləri görürəm. Bir də kitab oxuyuram. Kitab oxumağı çox sevirəm. 68 illik ömrümün ən azı 60 ili kitab oxumaqla keçib. Cızma-qara şeyləri oxumuram. Böyük ədəbiyyatdan isə xoşum gəlir. Tolstoyu, Dostoyevskini, Çexovu, Qoqolu, Hüqonu, Balzakın əsərlərini həvəslə oxuyuram. Eyni zamanda, xristianlıq, büddizm, zərdüştlüklə bağlı kitablarla da tanışam. İslam dinilə əlaqədar mollaların yazdığını yox, böyük dəyərli kişilərin, məsələn Hüllerin məşhur əsərlərini oxumuşam.
Fəlsəfə əlaqədar isə Kantın, Şopenhauerin kitabları ilə də tanışam. Azərbaycan ədəbiyyatından, Nizami, Nəsimi, Füzuli, Seyid Əzim, Sabir, Cavid, Müşviqi, Səməd Vurğunu sinə dəftər bilirəm. Hərəsindən azı yarım saat-bir saat əzbər deyə bilərəm.
- Bu gün fəaliyyətdə olan deputatlar və siyasilər barədə nə fikirdəsiniz?
- AzTV və İctimai kanalda gedən “Hədəfə doğru”, “Açıq söz” kimi bəzi ictimai-siyasi verilişlərə baxıram. Fəaliyyətdə olan deputat və siyasilər arasında yaxşıları da var. Onların çıxışlarından ləzət alır, fəxr edirəm ki, milləti bu cür gözəl təmsil edənlər var. Bu yaxınlarda ikisi hətta İrəvana səfər etmişdi. Millətin belə yaxşı oğulları ilə fəxr edirəm. Xarabları isə xarabdır. Belələri də təəssüf ki, hər yerdə var.
- Qarabağda Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Zəfərlə bağlı nə kimi düşüncələriniz var?
- Heç şübhəsiz millətimizin tarixində ən böyük nailiyyətlərdən biri də şanlı Ordumuzun qazandığı bu möhtəşəm Zəfərdir. Ölkəmizin ən böyük nailiyyətləri elə də çox deyil. Keçən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə hansı böyük nailiyyət əldə etmişdisə, bu da elə həmin cərgədə olanlardandır. Ağlı başında olan azərbaycanlı buna başqa cür cavab verə bilməz.
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var