Hərbi jurnalist Rəşad Süleymanovun xatirəsinə həsr olunan tədbir keçirilib - FOTO
16-04-2022 [09:30]
Füzuli rayonunun Böyük Bəhmənli kənd orta məktəbində hərbi jurnalist, “Poliqon” (“Azeri Defence”) jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanovun (1982-2020) anadan olmasının 40-cı ildönümü münasibətilə açıq havada tədbir keçirilib.
Mia.az xəbər verir ki, Dövlət Himni səsləndirildikdən və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan edilib.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Təhsil Nazirliyinin və “Poliqon” jurnalının dəstəyi ilə keçirilən tədbir çərçivəsində Rəşad Süleymanovun xatirəsinə ithaf olunan fotosərgi təqdim olunub.
Sərgidə 702 saylı briqadanın veteranı, hərbi fotoqraf Nurəhməd Vəliyevin Birinci və İkinci Qarabağ müharibəsində Füzuli rayonunda gedən döyüşləri əks etdirən fotoları nümayiş etdirilib.
Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin nümayəndələri, jurnalistlər, veteranlar, dövlət və qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçılarının çıxışları, məktəblilərin vətənpərvərlik mövzusunda şeirləri dinlənilib.
Mərasimdə çıxış edən Rəşad Süleymanovun 1-ci sinif müəlliməsi Həqiqət Rzayeva mərhum şagirdinin bilik və bacarığından söz açıb, onu məktəblilərə ən baris nümunə kimi göstərib. Həqiqət müəllimənin çıxışının sonunda Rəşad Süleymanovun ona illər öncə yazdığı məktubu oxunub.
Xocavənd rayon prokuroru Kamran Əliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Rəşad Süleymanov hərbi jurnalist kimi Azərbaycanı xarici ölkələrdə keçirilən müdafiə sənayesi sərgilərində layiqincə təmsil edib: “Rəşad dövləti, bayrağı və xalqı üçün yaşadı”.
Hərbi fotoqraf Nurəhməd Vəliyev bildirib ki, Azərbaycan ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Rəşad Süleymanovun informasiya cəbhəsində müstəsna xidmətləri olub.
Rəşad Süleymanovun hərbi jurnalist fəaliyyətindən söz açan Kürdəmir Regional Mədəniyyət İdarəsinin müdiri Faiq Xudanlı mərhumun ekspert kimi hərbi təhlillərini yüksək qiymətləndirib: “Rəşad kimi yaşamaq, onun kimi jurnalist olmaq çox çətin olduğu kimi, Rəşad kimi yaşamaq və onun kimi jurnalist olmaq da çox şərəflidir”.
Tədbirdə iştirak edən qazilər Rəşad Süleymanovun vətənpərvərliyindən danışıblar. Onun fəaliyyətinin Azərbaycanın müdafiə sənayesi üçün yüksək tövhə olduğunu bildiriblər.
Füzuli Rayon Ağsaqqallar Şurasının sədri həkim Zülfüqar Əliyev Şura adından mərhumun yaxınlarına başsağlığı verib və qeyd edib ki, Rəşad Süleymanovu qısa zamanda hərbi jurnalist kimi dünya tanıdı, qısa ömrü ilə bütövlükdə Azərbaycanın övladı oldu.
Tədbir çərçivəsində Rəşad Süleymanovun adına sinif otağının açılışı olub. Rəşad Süleymanovun keçdiyi mənalı həyat yolu və yaradıcılığından bəhs edən “Rəşad xatirələrdə” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra “Poliqon” jurnalının hazırkı baş redaktoru Zaur Babaşov həmkarı Rəşad Süleymanov ilə keçən tələbəlik illərindən, iş fəaliyyətindən, jurnalın necə ərsəyə gəlməsindən və müdafiə sənayesindəki rolundan söz açıb.
Tədbirin bədii hissəsi qiraət ustalarının çıxışları ilə davam edib.
Sonda qonaqlarla birgə Rəşad Süleymanovun qəbri ziyarət olunub, məzarı üzərinə əklil qoyulub, gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb