Əflatun Amaşov yazır: “Medianın cərimələnməsini istəmək heç kəsə fayda gətirməyib”
08-04-2022 [12:12]
Mediada və sosial şəbəkədə yayılmış bir xəbər diqqətimi çəkdi. İstərdim ona münasibət bildirim.
Ümumən onu deyim ki, Azərbaycan Mətbuat Şurası olaraq biz həmişə jurnalistlərin və kütləvi informasiya vasitələrinin məhkəməyə çəkilməsinə qarşı olmuşuq. Bununla bağlı tövsiyələr vermiş, çağırışlar etmişik. Təbii ki, mediaya dair problemlər var və həmişə də olub. Ancaq hesab edirəm ki, problemlərin məhkəməyə qədər həlli yolları mümkündür. Mətbuat Şurasının təcrübəsi də bunun sübutudur.
“Demokrat.az” saytına qarşı şikayət vaxtilə Şurada müzakirə edilib. Saytın baş redaktoru, gənc həmkarım Vasif Həsənli məsələyə həssas yanaşıb. Lakin sonradan məsələ məhkəmə müstəvisinə daşındı ki, bu barədə söz açmaq istəmirəm. Hər halda narazılıqlara Mətbuat Şurasında son qoyulmalıydı. Təəssüf ki, mövcud müzakirələrdən sonra iş adamı Oqtay Abuzərov məhkəməyə üz tutdu. Jurnalistin həbsini tələb etdi ki, bu isə təmin olunmadı.
Hazırda Oqtay Abuzərov yenə “Demokrat.az” saytını və onun rəhbəri Vasif Həsənlini məhkəməyə verib, yüksək məbləğdə cərimələnməsini tələb edir. Əlbəttə, məhkəməyə müraciət hər kəsin hüququdur. Ancaq yenə o fikirdəyəm ki, müəyyən kompromis variantların tapılması və tərəflər arasında barışığın əldə edilməsi mümkündür. Elə bilirəm ki, Vasif Həsənli buna razıdır.
Digər yandan, o da nəzərə alınmalıdır ki, media orqanının yüksək məbləğdə cərimələnməsi istəyində olmaq indiyədək heç kəsə fayda gətirməyib. Eyni zamanda media orqanının məhkəmə ilə üzləşməsi faktı da ona divident vermir. Əminəm ki, ölkəmizin öz dəst-xəttilə seçilmiş internet media orqanlarından sayılan “Demokrat.az”ın rəhbərliyi bunu qəbul edir. Yaxşı olardı ki, qarşı tərəf də məsələyə öz üzərinə düşən həssaslıqla münasibət göstərsin.
Bir daha tərəfləri barışığa, aralarındakı narazılığı danışıqlar, qarşılıqlı güzəştlər yolu ilə həll etməyə çağırıram.
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb